Kremlin KTMT şousu və Ukrayna blefi - GƏLİŞMƏ
Tarix: 30-08-2023, 15:29 | Çap et
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərargah rəisi Anatoli Sidorov təşkilatın daha da genişlənəcəyini deyib. O, BRİKS (BRICS) kimi müşahidəçilər siyahısının artırılmasından bəhs edib: “Biz prinsipcə Latın Amerikası, Afrika və digər qitələrdən tərəfdaşlar və müşahidəçilər olarsa, qəbul etməyə hazırıq. Dövlət başçıları qərar verdilər və BRICS 6 dövlət artdı. Eyni şey KTMT-də də baş verə bilər”.
Qeyd edək ki, hazırda KTMT-yə bu dövlətlər daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan. 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən etirazlardan sonra KTMT Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin çağırışı əsasında bu ölkəyə öz qoşunlarını yeridib. Təşkilatın Nizamnaməsində qeyd olunur ki, KTMT-yə üzv dövlətlərin hər hansı birinə qarşı hərbi təhlükə yaranarsa, o zaman digər ölkələr həmin ölkənin təhlükəsizliyinin təminatı üçün birlikdə döyüşməlidir.
DİA.AZ xəbər verir ki, Kanadada yaşayan azərbaycanlı politoloq Anar Mahmudov AYNA-ya müsahibəsində KTMT-nin genişlənmək ehtimalları, ABŞ-Qərb qarşıdrması, “Vaqner” döyüşçülərinin lideri Yevgeni Priqojinin ölümü və digər mövzular ətrafında danışıb.
- KTMT-nin qərargah rəisi Anatoli Sidorov Latın Amerikası və Afrika dövlətlərinin müşahidəçi qismində təşkilata üzv olacaqlarını bildirib. Bu, o deməkdir ki, Rusiya postsovet məkanı ilə kifayətlənmək niyyətində deyil və tərəfdaş coğrafiyasını böyüdür?
- KTMT rəsmisi Sidorovun təşkilatın fəaliyyətinin genişlənməsi barədə açıqlamasını ciddi saymıram. Onsuz da onun eyham vurduğu Latın Amerikası və Afrika ölkələri Moskvanın yanındadır. Müşahidəçi və tərəfdaş qismində quruma qoşulmaqla sadəcə münasibətlərini rəsmiləşdirəcəklər. Bu gün KTMT-də 6 üzv ölkə təmsil olunur ki, onların arasında da dərin ziddiyyətlər mövcuddur. Ermənistanla Rusiyanın münasibətləri gərgindir. Rəsmi İrəvan qərbyönümlü siyasət yürüdür. Bu isə, heç şübhəsiz, postsovet məkanını istisnasız olaraq öz ətrafında görmək istəyən Putin administrasiyası üçün qəbuledilməzdir.
Rusiya keçmiş ittifaq respublikalarının müstəqil siyasət yürütməsinin qarşısında əsas maneədir. Məhz elə bu səbəbdən Gürcüstan və Ukraynaya təcavüz edib. Gürcüstanın mövcud iqtidarı Moskvaya münasibətdə yumşaq siyasət yürütdüyünə görə, bu hücumlardan yayınmağı bacarsa da, Ukrayna və Moldovaya Kremlin münasibəti göz qabağındadır. Mövcud şəraitdə Rusiya öz ətrafında olan ölkələri belə, təsir dairəsində saxlaya bilmir. İndi Latın Amerikası və Afrika ölkələri müşhidəçi qismində KTMT-yə üzv olsa, nə dəyişəcək ki?! KTMT elə də ciddi qurum deyil və heç zaman NATO-nun rəqibi olmayacaq.
- Qərb-Rusiya qarşıdurması davam edir. Rusiya-Ukrayna müharibəsi ilə gərginləşən münasibətlər ətrafında müxtəlif mülahizələr irəli sürülür. İddialara görə, yaxın aylarda tərəflər arasında qarşılıqlı güzəştlər əsasında razılaşma əldə ediləcək. Razılaşırsınız bu fikirlə?
- Rusiya vaxtilə Gürcüstana və Ukraynaya qarşı işğalçılıq siyasəti yürüdəndə ABŞ, Böyük Britaniya və Qərb dövlətləri ona qarşı hərəkətə keçmədi. Gözləmə mövqeyi Rusiyanı daha da gücləndirdi və Moskva yeni iddialarla çıxış etməyə başladı. Görəndə ki, artıq Moskva nəinki region, bəşəriyyət üçün bir təhlükəyə çevrilir və onun liderliyi altında Qərbə qarşı geniş koalisiya formalaşır, o zaman Ukraynaya dəstək verməyə başladılar. Lakin bu dəstək də yüksək səviyyədə deyil. Qərb öz mahiyyətinə uyğun formada davranır və hər zaman özü üçün bir “işıq yeri” qoyur. Ukraynanın daha da güclənməsi və üstünlük əldə etməsi üçün Qərbin silah tədarükünə, yeni növ silahlara ehtiyacı var. Hazırda Qərb Ukraynaya lazım olan zəruri silahları vermir. Yalnız o silahları verir ki, təki Ukrayna məğlub olmasın, müqavimət göstərsin və müharibə tez qurtarmasın. Qərb çalışır ki, tərəflər bir-birlərini mümkün qədər çox zəiflətsinlər.
O ki qaldı razılaşmaya, yaxın gələcək üçün belə bir perskepktiv görmürəm. Düzdür, Roman Abramoviçin Qərbin adından Moskvada danışıqlar aparmaq üçün gəlməsi barədə məlumatlar tirajlanır. Yayılan informasiyalara əsasən, Abramoviç bir neçə gün öncə Moskvada olub və Qərbin təkliflərini Kremlin yüksək dairələrinə çatdırıb. Dünya mətbuatının yazdığına görə, Rusiya ordusunun indi olduğu ərazilərdə dayanması şərtilə müharibəni dayandırması və danışıqlara başlanılması, Krım və Donbassın güzəşti müqabilində Rusiyanın Ukrayna müharibəsindən qalib ayrılmasının təmin edilməsi, əvəzində isə Afrika məsələsində Kreml güzəştə gedilməsi və yaxud geri çəkilməsi tələbinin qoyulduğu iddia edilir.
Hesab edirəm ki, bu, belfdir və Moskvanın “təbliğat maşını” tərəfindən süni olaraq dövriyyəyə buraxılır. Çünki Ukrayna müharibəsində Rusiya böyük itkilərə məruz qalıb və müharibəni dayandırmaq istəyir. Bunu isə edə bilmir. Çünki bu qərar Putin rejiminin sonu deməkdir. Bu cür təbliğat metodları ilə dünya və Rusiya ictimaiyyətinə Qərbin müharibəni dayandırmaqda maraqlı olduğu rəyini aşılamağa çalışırlar.
- “Vaqner” döyüşçülərinin lideri Yevgeni Priqojinin olduğu təyyarə qəzaya uğradı və qəza nəticəsində Priqojin də həlak oldu. Priqojinin ölümü kimin marağında idi – Qərbin, Moskvanın, yoxsa Rusiya daxilindəki klanların?
- Yevgeni Priqojin Kremlə bağlı kriminal qruplaşmanın nümayəndəsi olub və hər zaman Putin rejiminə sədaqətlə xidmət edib. Bir neçə ay öncə “Vaqner” qiyamı başlayanda bəziləri ondan qəhrəman obrazı düzəltməyə çalışırdılar. Guya ki, Priqojin saraydaxili çəkişmələrin əsasını qoyaraq, Putin iqtidarına qarşı çevriliş ssenarisini həyata keçirir. Lakin sonradan məlum oldu ki, əslində Priqojin Putinə deyil, hakimiyyətin daxilində olan qüvvələrə qarşı qiyama qalxıb. Unutmaq lazım deyil ki, Priqojin kimi insanlar çox sayda cinayətlərə yol veriblər və onların azadlıqda gəzməsi yalnız Putin kimi avtoritar liderlərin sayəsində mümkün ola bilər. Afrikada Rusiyanın müəyyən üstünlük qazanmasından sonra Priqojinin təyyarə qəzasına uğramasını Qərbin proyekti kimi qiymətləndirənlər var. Lakin mən düşünürəm ki, bu, yanlış yanaşmadır. Sadəcə Priqojin sonuncu dəfə rəhbərinə sədaqət nümayiş etdirdi və bir müddət əvvəl etdiyi kobud səhvin bədəlini ödədi.
ABŞ dövlət katibi Entoni Blinkenin “Priqojin və onun kimilərinin yerində olsaydım, yenə də çox narahat olardım. NATO-nun açıq qapı, Rusiyanın açıq pəncərə siyasəti var”, Böyük Britaniya rəsmisinin “Priqojin Rusiya təhlükəsizlik qüvvələrinə yenidən inteqrasiya olunsa da, ABŞ rəsmiləri ondan qisas alınacağını bildirirdilər” kimi açıqlamaları Priqojinə qarşı sui-qəsdin hansı qüvvələr tərəfindən törədildiyinə şübhə yeri qoymur. Putin bilir ki, Ukraynaya qarşı təcavüz, Rusiyanın çoxsaylı canlı qüvvə və hərbi texnika itkisi, çoxvektorlu embarqolar fonunda iqtisadi böhranın dərinləşməsi, rus rublunun sürətlə dəyər itirməsi yaxın gələcəkdə daxildə kütləvi etirazların əsasını qoyacaq. Əslində ABŞ və Qərbin də planı budur. Daxildə belə bir qiyam gözlənildiyinə görə, Priqojinin ölümü ilə cəmiyyətə ciddi mesaj ötürülür. Bu mesaj da ondan ibarətdir ki, heç kim, hətta sonradan əməlindən səmimi peşman olaraq sədaqətlə xidmət edənlər belə, törətdiyi xəyanətə görə cavabsız qalmayacaqlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|