Ukrayna Rusiya ilə ərazi mübadiləsinə gedə bilər? - "Bu, onlarda çaşqınlıq yaradıb"
Tarix: 21-08-2024, 09:13 |
Çap et
Kursk vilayətində Ukrayna nəinki əsirlərin mübadiləsi, həm də ərazilərin mübadiləsi üçün fond yaradıb.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Denis Popoviç deyib.
Popoviç bildirib ki, əməliyyatın məqsədinin Ukraynada Rusiya ordusunun ehtiyatlarını cəbhədən uzaqlaşdırmaq olduğu açıq-aydın görünür: "Strateji mənada burada məqsəd təkcə əsirlərin mübadiləsi deyil, ən azı ərazi fondu yaratmaqdır".
Onun sözlərinə görə, ərazilərin mübadilə fondu yaradılmalıdır ki, Ukrayna nə vaxtsa başlayacaq müharibənin dayandırılması ilə bağlı danışıqlara güclü mövqedən daxil olsun.
Popoviç qeyd edib ki, ruslar indi fəal şəkildə danışıqların olmayacağını desələr də, danışıqlar olacaq. Eyni zamanda o vurğulayıb ki, Kursk əməliyyatından sonra reallıqlar ruslar üçün bir az dəyişib, çünki onlar təkcə bizim ərazilərə deyil, biz də onların ərazilərinə nəzarət edirik:
"Bu, onlarda çaşqınlıq yaradıb".