KÖÇƏRYAN SİYASƏTƏ QAYIDIR
Tarix: 5-10-2011, 16:37 |
Çap et
ARTIQ BU MƏQSƏDLƏ İMZA TOPLANILIR
Ermənistanın sabiq prezidenti Robert Köçəryan böyük siyasətə qayıtmaq üçün hərəkətə keçib.
Milli.Az xəbər portalının «Qraparak» qəzetinə istinadən verdiyi məlumata görə, bunun üçün insanlar arasında imzatoplama kampaniyasına başlanılıb. Sabiq prezidentin adamları insanları müraciətə imza atmağa məcbur edir: «Redaksiyamıza saysız-hesabsız insan zəng vuraraq, şikayət edir».
Bəzi hallarda insanların hətta müraciətlə tanış olmasına imkan verilmir və onlardan məcburi qaydada tanış olmadıqları mətnin altına imza atmaları tələb olunur: «Müraciətdə ölkədəki ağır sosial-iqtisadi durum əsas gətirilərək, Köçəryandan «geri dönməsi israrla xahiş olunur»».