GÜN.AZTV-DƏ BÜTÖV AZƏRBAYCAN İDEYASI MÜZAKİRƏ EDİLİB
Tarix: 12-03-2012, 13:18 |
Çap et
TELEKANAL AZƏRBAYCANI “BİRLƏŞDİRİR”
Güney Azərbaycan Televiziyasının “Həftə sonu” proqramının növbəti buraxılışı sosial şəbəkələrdə bütöv Azərbaycan ideyasının yayılması mövzusuna həsr olunub.
“Media forum” saytı xəbər verir ki, proqramın qonağı, “Facebook”da “Bütöv Azərbaycan” səhifəsinin yaradıcısı olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı təşəbbüs haqqında belə deyib: “Sosial şəbəkələr həyat tərzimizə çevrilib. Rəsmi məlumatlara görə, Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 800 minə çatıb. Bu imkandan yararlanmağa qərar verdik. “Facebook”da “Bütöv Azərbaycan” səhifəsi yaratmaqda məqsədimiz Şimali və Cənubi Azərbaycan arasında bir körpü salmaq, ortaq müzakirələri genişləndirməkdir.
İlkin hədəf yeni səhifənin istifadəçilərinin sayının 100 minə çatdırılmasıdır. Şimali və Cənubi Azərbaycanla yanaşı xarici ölkələrdə, o cümlədən ABŞ və Avropada yaşayan azərbaycanlıları da ortaq müzakirələrə fəal surətlə qatmağı düşünürük. Onların da bölünmüş Azərbaycan və bölgədə hadisələrin gələcək inkişafı ilə bağlı mövqelərinin öyrənilməsinə ehtiyac var”.