“TƏFƏKKÜR”ÜN PROREKTORUNUN MEYİTİ TAPILDI
Tarix: 16-09-2011, 12:07 |
Çap et
ONUN TURNİKDƏN YIXILARAQ DÜNYASINI DƏYİŞMƏSI EHTİMAL OLUNUR
Bu gün səhər saatlarında Yasamal rayonu, Şərifzadə küçəsi 8-də, ATV telekanalının arxasındakı binada yaşayan Taryel Əhmədovun meyiti tapılıb.
Hüquq-mühafizə orqanlarından sayta verilən məlumata görə, mərhumun meyiti həmin ərazidəki idman meydançasından tapılıb. Hələlik ölümün səbəbi bilinməsə də, T. Əhmədovun turnikdən yıxılması və ya ürək tutmasından dünyasını dəyişməsi versiyaları irəli sürülür.
Hazırda Bakı şəhər Baş Polis İdarəsinin, Yasamal RPİ-nin rəhbərliyi hadisə yerindədir. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. Yasamal RPİ-nin 28-ci polis bölməsindən əldə etdiyimiz məlumata görə, meyitin baş nahiyəsində xəsarət izləri aşkar olunub. Hazırda bununla bağlı araşdırma aparılır. Xəsarət yıxılma nəticəsində və ya küt alətlə vurulması barədə hər hansı konkret rəy verilmir.
Qeyd edək ki, mərhum Taryel Əhmədov «Təfəkkür» Universitetinin rektor müavini idi.