DİA.AZ: - Tanınmış jurnalist, “gundeminfo” portalının rəhbəri Razi Abasbəyliyə ağır itki üz verib. Bu barədə DİA.AZ-a jurnalistin özü məlumat verib.
Babasını itirən həmkarımız bildirib ki, mərhum keçmiş müsavatçılardandır və zamanında sovet hakimiyyəti tərəfindən çox çək-çevirə salınıbmış. Allah rəhmət eləsin.