MƏHƏRRƏM ƏLİYEVİN "VARİSİ" İŞƏ BAŞLADI
Tarix: 26-04-2012, 13:18 |
Çap et
ETİMADNAMƏ TƏQDİM OLUNUB
Tacikistan Prezidenti Emaməli Raxmon əməkdaşlığın vəziyyətini və perspektivlərini Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovla cümə axşamı müzakirə edib. Trend-in məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.
Səfirin etimadnaməsini Tacikistan Prezidentinə təqdim etməsindən sonra keçirilən görüşdə tərəflər mart ayında Düşənbədə baş tutan ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının iki ölkənin münasibətlərinə yeni təkan verəcəyinə əmin olduqlarını ifadə ediblər. Bu barədə SA-News yazır.
Mətbuat xidmətindən qeyd ediblər ki, Tacikistan Prezidenti Azərbaycanı MDB məkanındakı əsas tərəfdaşlardan biri adlandıraraq, əvvəllər əldə olunmuş razılaşmaların reallaşdırılmasına dair məsələlərə xüsusi diqqət ayırıb.