MTN-DƏ MÜAVİN YERİNDƏ KİMİN GÖZÜ VAR İMİŞ?
Tarix: 26-04-2012, 17:00 |
Çap et
MƏHƏRRƏM ƏLİYEV MƏYUSDUR
Bakı Şəhər baş Polis İdarəsinin keçmiş rəisi, Azərbaycanın Tacikistandakı sabiq səfiri Məhərrəm Əliyev məyyusdur. Bu barədə gunxeber.com-a danışan şəxsin sözlərinə görə, bunun çox ciddi səbəbləri var. M.Əliyev Tacikistan səfiri postundan geri çağırılandan sonra uzun müddət boş qalan milli təhlükəsizlik nazirinin müavinini vəzifəsini əldə etməyə çalışıb.
Hətta bununla bağlı ona müəyyən ümidlər də verilibmiş. “Qorotdel”in keçmiş şefinin yaxın ətrafı bir neçə ay bundan əvvəl M.Əliyevin yeni vəzifəsini qeyd etməyə hazırlaşırmış. Onun nazir müavini olması üçün bir neçə yüksək vəzifəli şəxs danışıq aparsa da, bu post M.Əliyevə qismət olmadı. Bu günlərdə həmin posta MTN Səbayel rayon İdarəsinin rəisi polkovnik Elçin Əliyev təyin olundu.
Mənbə bildirib ki, bununla belə, M.Əliyevin yüksək vəzifəyə gətirilməsi üçün danışıqlar aparan şəxslər ona ümidini itirməməyi və gözləməyi məsləhət görüblər.
Qeyd edək ki, M.Əliyev Azərbaycan hakimiyyətində çox geniş qol-budaq atmış bir qrupun təmsilçisidi.
O hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun qudasıdı. M.Əliyevin vurulmasında bu amilində rol oynadığı iddia olunur.