"İran hər zaman Azərbaycana qarşı geniş miqyasda təxribatlar aparıb" - Etibar Məmmədov
Tarix: 18-11-2022, 09:04 | Çap et
Milli azadlıq hərəkatının liderlərindən Etibar Məmmədov Turan agentliyinə müsahibəsində azadlıq hərəkatının ölkəyə gətirdiyi yeni milli ideologiyadan danışıb. DİA.AZ həmin müsahibəni təqdim edir:
- Dirçəliş hərəkatından başlayan azərbaycançılıq ideologiyasının hazırda təsir dairəsi barədə nə deyə bilərsiniz? Azərbaycan siyasi xəritəsini artıq cızıb, bəs ölkənin ideoloji xəritəsi barədə nə düşünrsünüz?
- 1988-ci ildən başlayan hərəkat çox sürətlə Dağlıq Qarabağ mövzusundan kənara çıxmağa başladı. Yəni böyük Azərbaycan ideyası ətrafında söhbətlər genişlənməyə başladı. Ondan sonra milli azadlıq hərəkatı, Şimali Azərbaycanın müstəqil dövlətə çevrilməsi uğrunda olan mübarizə Azərbaycanın müstəqilliyinin bərpasına gətirib çıxardı. Amma, eyni zamanda bütöv Azərbaycan ideyası həmişə hər bir azərbaycanlının beynində dolaşırdı. Nəticə olaraq əvvəl-axır bütöv Azərbaycan ideyasının milli ideyaya çevrilməsi prosesi mərhələsi gəldi. Bu gün artıq bütöv Azərbaycan milli ideyaya çevrilib.
- Meydan hərəkatı ölkədə İran Azərbaycanında yaşayan soydaşların hüquqlarının müdafiəsi ideologiyasını da hakim etdi. İran Azərbaycanında yaşayan soydaşların hüquqlarının müdafiəsi ilə bağlı çoxsaylı təşkilatlar yarandı. Hazırda bu təşkilatlar İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından hansı işlər görür?
- Deyə bimərəm ki, təşkilatların effektiv fəaliyyəti sahəsində biz irəli getmişik. Ancaq, bu ideyanın təkcə xalqın arasında yox, həm də dövlət səviyyəsində irəli sürülməsi artıq dəfələrlə deyildiyi kimi, Azərbaycan Respublikasının dünyadakı bütün azərbaycanlıların himayədarı olması, onların hüquqlarının bu dövlətin zəmanəti altına alınması prosesi demək olar ki, başlayıb. Məncə indiyədək dərnəklər, maddi və təşkilati durumu zəif olan təşkilatlar artıq yerini daha böyük təşkilatlara verməlidir. İndiyə qədər təəssüf ki, Güney Azərbaycan problemi dünya səviyyəsində olan problem həddinə gətirilib çatdırılmayıb. İndiki mərhələdə bunun dünya səviyyəsində problem kimi irəli çıxması və beynəlxalq təşkilatlarda əsas mövzuya çevrilməsi mərhələsi gəlib.
- Meydan hərəkatının ilkin nəticələri kimi keçmiş Sovet İttifaqının cənub sərhədlərində azərbaycanlı fəallar sərhəd dirəklərini dağıdaraq İranla sərhədin böyük bir hissəsini açdı. İlk dəfə olaraq Araz çayı boyunca İranda yaşayan azərbaycanlılar Sovet İttifaqında yaşayan soydaşları ilə təmas qurdular. Hazırda Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılarla bağlı siyasətini qənatəbəxş hesab etmək olarmı?
- İndiyədək olan siyasəti qənatəbəxş hesab etmək olmaz. Ancaq son dövrlərdə artıq hakimiyyətdə olanlar da dərk etməyə başlayıblar ki, istəsə də, istəməsə də bizim cənubda yaşayan soydaşlarımızın duyğuları, onların mədəni, milli haqları məsələsi artıq bu dövlətin siyasətinin tərkib hissəsi olmalıdır. Prezidentin sonuncu çıxışı bu məsələlərə ciddi təkan verib. Bunun səbəbi ondan ibarətdir ki, İran indiyə qədər Azərbaycanı müstəqil dövlət kimi tanımaq istəmir və bundan sonra da istəməyəcək. Bu dövlətin böyüməsini və güclənməsini özünə təhdid hesab etdiyi üçün Azərbaycana qarşı geniş miqyasda təxribatlar aparıb və bundan sonra da aparacaq. Azərbaycan özünü, milli maraqlarını qorumaq üçün tədbirlər görməlidir. Bu tədbirlərin ən böyüyü ondan ibarətdir ki, oradakı soydaşlarımızın hüquqlarının müdafiəsi dövlət səviyyəsinə qaldırılmaldır. İlkin addım atılıb və bunun genişləndirilməsi gözlənilir. Biz çalışmalıyıq ki, oradakı soydaşlarımız da təşkilati cəhətdən fəaliyyətlərini gücləndirsinlər. Həmin təşkilatlar da öz növbəsində həm İranın daxilində, həm də beynəlxalq aləmdə soydaşlarımızın hüquqlarını müdafiə edə bilsinlər.
- 1988-ci ildən başlayaraq İranda yaşayan çoxsaylı azərbaycanlılar Azərbaycan Respublikasına axın etdi, təhsil müəssisələrinə qəbul edildi. Daha sonra İrandan olan azərbaycanlıların Azərbaycan Respublikasından digər ölkələrə köçü başladı. Sizcə Azərbaycan hökuməti İranda yaşayan azərbaycanlıların sərhədlərdən sadələşdirilmiş keçidi, təhsili ilə bağlı hansı işlər görə bilər?
- Sərhədlərdəki məsələ kifayət qədər sadələşdirilməlidir. İnsanların öz qohumları ilə görüşməsi üçün gəliş-gedişləri çox sadə olmalıdır ki, əziyyət çəkməsinlər. Bu məsələnin bir tərəfi, ikincisi isə oradakı insanların hüquqlarının müdafiəsi məsələsidir. Onların hüquqlarının müdafiəsi üçün isə təşkilatlanmalarına və savadlı kadrlara ehtiyacları var. Ona görə də oradan gələn gənclərimizin təhsil məsələləri dövlət səviyyəsində həll olunmalıdır. Mən dəfələrlə məsələ qaldımışam ki, güneydən olan soydaşlarımızın təhsil məsələsinin həlli üçün dövlət büdcəsində ayrıca maddə olmalıdır. Cənubdan olan soydaşlarımız üçün təhsil müəssislərində müxtəlif ixtisaslar üzrə kvotalar ayrılmalıdır. Cənubdan olan gənclər yetişdirilməlidir ki, öz millətini təşkilatı, hüquqi cəhətdən təmsil edə və qoruya bilsin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
|