"Referans Pharmaceuticals" da ölkədən çıxarılan .....                     Bayden gedərayaq TRAMPA QUYU QAZDI... .....                     Bələdiyyə sədri EL YOLUNU SATDI... .....                     “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                 

"Azərbaycanın bu saniyə belə Laçın dəhlizini bağlamaq hüququ var" - deputat
Tarix: 2-12-2022, 08:58 | Çap et
"Azərbaycanın bu saniyə belə Laçın dəhlizini bağlamaq hüququ var"
DİA.AZ Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin “Həftə içi”nə müsahibəsini təqdim edir:

- Razi bəy, Azərbaycanın dövlət lideri Ermənistanın Fransanı danışıqlar prosesinə qatmaq şərtinə cavab olaraq dekabrın 7-də keçirilməsi nəzərdə tutulan V Brüssel görüşündən imtina etdi. Ermənilərin sülh masasına oturması üçün Avropa İttifaqından hansı təsirlərin göstərilməsi mümkündür?

- Fransanın danışıqlar prosesinə təsiri və onun Azərbaycan üçün yarada biləcəyi təhlükə o qədər də güclü deyil. Fransanın Ermənistanı birtərəfli qaydada müdafiə etməsiı danışıqlar prosesinə zərbə vurmaqla yanaşı, həm də sülh prosesini ləngidir, Ermənistanı Azərbaycanla sülh müqaviləsi bağlamaqdan uzaqlaşdırır. Fransa Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına çalışsaydı, Ermənistana birtərəfli qaydada dəstək verməməli idi. Ermənistan 44 günlük müharibədəki məğlubiyyətdən sonra sülh müqaviləsi bağlamağa hazır idi. Paşinyan, erməni siyasətçiləri içərisində daha doğru düşünə və reallığı görə bilən siyasətçi idi. Onu bu yoldan Fransa daşındırdı. Paşinyanı sülh yolundan daşındırmaqla həm də Ermənistana problem yaratmış oldu. Birinci zərbəni Ermənistan 12-13 sentyabr tarixlərində aldı. Orada həlak olan erməni əsgərlərinin tam sayı bilinmir və cəsədləri də Ermənistan tərəfə tam olaraq verilməyib. Yəni Qafqazlardan min kilometrlərlə uzaqda yerləşən Fransanın bu gün Cənubi Qafqaza bu şəkildə müdaxilə etməsi bölgədəki sabitliyi bütövlükdə pozur. Fransa bu niyyətlərindən nə qədər tez geri çəkilsə, bir o qədər Cənubi Qafqazda, o cümlədən Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin və sabitliyin yaranmasına səbəb ola bilər.

Digər tərəfdən, Rusiya bu məsələlərə maneçilik yaradır. Rusiya sülhməramlılarının Qarabağda hansı fəaliyyət göstərdiyinin, birtərəfli qaydada Ermənistanın tərəfini tutduğunun şahidi oluruq. Bu gün Azərbaycan elə zəif ölkə deyil ki, nə Rusiyanın, nə də ki, Fransanın önündən çəkilsin. Bu baxımdan Fransa və Rusiya Azərbaycanla Ermənistan arasında sülh istəyirsə, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirsə, Ermənistanı birtərəfli qaydada müdafiə etməkdən çəkinməlidir. Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Onların Azərbaycana qarşı hərəkətləri həm də öz öhdəliklərinə əməl etməmək və beynəlxalq hüququ ayaqlar altına alıb tapdalamaq anlamına gəlir.

- Ermənistan sərhəddə atəşkəsi pozmaqda davam edir. Vəziyyət müharibə – antiterror əməliyyatını və Laçın yolunun bağlanmasını, nəzarətə götürülməsini nə dərəcədə zəruri edir?

- Laçın dəhlizi 2020-ci il 10 noyabr razılaşmasından irəli gələn məsələdir. Ermənistan Azərbaycanın humanitar dəhliz kimi onlara təqdim etdiyi Laçın yolu vasitəsilə xain məqsədlər üçün separatçı qüvvələrə silah daşıyır. Onların Azərbaycanın suveren ərazisi olan Xankəndiyə bu humanitar dəhlizdən silah daşımaq üçün istifadə etməsi Azərbaycana tam hüquqi əsas verir ki, Laçın dəhlizini bağlasın. Hələ ki, Rusiya tərəfi buna təzyiq göstərir və razılaşmır. Rusiyanın Laçın dəhlizindən silah daşımaq, orada olan qanunsuz hərbi birləşmələrin güclənməsi üçün bir resurs kimi istifadə etməsi Azərbaycan tərəfinin gözündən qaçmır. Bu da rus sülhməramlılarını və Rusiyanı bir vasitəçi kimi gözdən salır. Ona görə də Azərbaycanın bu saniyə belə Laçın dəhlizini bağlamaq hüququ var. Ümid edirəm, Azərbaycan bu hüququndan istifadə edəcək. Bizim bilmədiyimiz məqamlar ola bilər. Azərbaycan Prezidenti bu məsələlərlə bağlı daha çox məlumatlıdır. Ümid edirəm, Azərbaycan xalqının və siyasi qüvvələrin dəstəyini alaraq, bu qərarı da verəcək.Cənab Prezidentin yanında dayanıb onu müdafiə edəcəyik.

- Rus hərbçiləri toponimlərimizin adını erməniləşdirir. Bununla bağlı Müdafiə Nazirliyi səviyyəsində bir neçə xəbərdarlıq da olub...

- Rus sülhməramlılarının Qarabağdakı fəaliyyəti bizi qane etmir. Onların özbaşına hərəkət etməsi, bu əraziyə bir rus ərazisi kimi baxması, separatçı qüvvələrin tərəfini tutması, təbii ki, Azərbaycan insanlarını, Azərbaycan tərəfi narahat edir. Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı məlumatlar yayılan zaman Qarabağda yerləşən və hazırda müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətində olan ermənilərin yaşadıqları ərazilərin ermənilərin qoyduğu uydurma erməni adları ilə yox, Azərbaycan toponimləri, adları ilə adlandırılmasını tələb etməsi də qulaqardına vurulur. Rusiya Müdafiə Nazirliyinin bu hərəkəti başadüşülən deyil, bu, Azərbaycan tərəfində qəzəb doğurur və bizi birtərəfli addım atmağa vadar etmək məqsədi daşıyır. Rusiya bilsin ki, Azərbaycan heç də tək deyil. Azərbaycan Prezidentinin də dediyi kimi, Türkiyə Ordusu Azərbaycan Ordusudur, Azərbaycan Ordusu da Türkiyə Ordusudur. Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycanın suverenliyinə hörmət etməlidir. Rusiya Prezidenti Vladimir Putinin “Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan öz ərazisində müharibə aparır” sözünü də unutmamalıyıq. Rusiya Azərbaycanın ərzi bütövlüyünü tanıyır. Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Azərbaycanın qəbul etdiyi toponimlərdən istifadə etməlidir. Bu bizə əsas verir ki, bu gün həssas durumda olan, qanunsuz hərəkətlər edən və müxtəlif millətlərin respublikalarından ibarət olan Rusiyaya analoji addım atsın. Azərbaycan ona qarşı bu addımı atarsa, Rusiya bundan xoşlanmayacaq. Rusiya bizə hörmət etməsə, biz də Rusiyaya hörmət etməyə borclu deyilik.

- Ermənistan Zəngəzur yolunun açılması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu istiqamətdə İranın təsirlərini, ölkəmizə qarşı sərgilədiyi aqressiyanı necə dəyərləndirmək olar?

- Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməsə, Azərbaycan birmənalı olaraq Laçın dəhlizini bağlamalıdır. Azərbaycan tərəfi hazırda bu məsələləri düşünür, götür-qoy edir. Hələ də Laçın dəhlizini bağlamaması müəyyən obyektiv və subyektiv səbəblərə bağlıdır. Həmin obyektiv və subyektiv səbəblərin aradan qalxması ilə bağlı müəyyən işlər aparılır.

Bu gün ermənilər rus sülhməramlılarına güvənib təxribatlara əl atır və Zəngəzur dəhlizini açmaq istəmirlər. Təbii ki, Ermənistan əl-qolunu sallayıb Qarabağa gələ bilməz. Bu, Azərbaycanın müstəqilliyinə həqarətdir, Azərbaycan xalqına təhqirdir. Heç bir güzəşt ola bilməz. Azərbaycan Ermənistanın ərazisinə hücum edib Göyçə gölünü, Zəngəzuru, ümumiyyətlə öz qədim ərazilərini işğaldan azad edə bilər. Azərbaycanın buna hərbi gücü, siyasi iradəsi də var. Bu, təbii ki, Ermənistanın və onu müdafiə edənlərin xoşuna gəlməyəcək. Azərbaycanın da xoşuna gəlmir ki, işğalçı Ermənistan ərazilərimizi işğalda saxlasın, separatçıları, terroristləri Azərbaycan ərazisində, Xankəndidə saxlasın. Bu, birmənalıdır. Ona görə də Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur.

İrana gəlincə, İranın müsəlman kimi deyil, xristian kimi hərəkət etməsi, Paşinyanı Quranın altından keçirməsi, Quranla qarşılaması İslam dininə təhqirdir. Bütün bu hərəkətlər İran İslam Respublikasına bağışlanmayacaq. Azərbaycan dövləti İrana hörmətlə yanaşıb, İranın milli maraqlarına hörmət edib, İranla dostluğunu davam etdirmək istəyib. İran Azərbaycanla bütün körpüləri yandırdı, yandırır və yandırmaqda davam edir. Başqa yolumuz yoxdur, əgər onlar körpüləri yandırdısa, bizim o körpünü bərpa etmək niyyətimiz yoxdur. Biz 30 ildə onu çox bərpa etmişik, İran isə yenidən yandırıb. İran körpüləri yenidən tikmək istəyəcəksə, barış əlini uzadacaqsa, günahını boynuna alacaqsa, İslam dövləti, müsəlman dövləti kimi hərəkət edəcəksə, o zaman biz düşünə bilərik. İranın bu gün Azərbaycana təsir etmək imkanları, Azərbaycanı işğal etmək, Azərbaycana hücum etmək imkanları sıfıra bərabərdir. İran ağılsız hərəkət edərsə, qarşısında Azərbaycan Ordusunu görəcək; “F-16”larını, “F-35”ləri qarşısında görəcək. Bakıdan İrana olan uçuş məsafəsi 550 kilometrdir. İsrail də İranın nüvə obyektlərinə raketlərlə zərbə vurmaq üçün məkan axtarışındadır. Ümid edirəm, İran elə səhv etməyəcək ki, Azərbaycan bu imkanı İsrailə yaratsın..

- Azərbaycanın daxilində ictimai təşkilatların dialoqu və yeni siyasi konfiqurasiyanın qurulması istiqamətində atılan addımlar mövcud şəraitlə nə dərəcədə adekvatdır?

- Azərbaycandakı ictimai-siyasi qüvvələrdən müxtəlif düşmən qüvvələr istifadə etməyə çalışıb və buna nail olub. İctimai-siyasi təşkilatlarımızdan, siyasi partiyalarımızdan istifadə edən, onları öz tərəfinə çəkə bilən İran və Rusiya olub. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu cəhdlərin qarşısı alınıb. Azərbaycanda siyasi partiyalar və qanunvericilik orqanları ilə iş şöbəsinin yaradılması bu məsələlərdə nizam-intizamın yaradılmasına səbəb olub. Bu şöbə Azərbaycandakı vətənpərvər, dövlətçi qüvvələri, eyni zamanda, xain qüvvələri aşkara çıxartdı. Hazırda kimin azərbaycançı, dövlətçi olduğunu, kimin də xarici qüvvələrin əlində alət olduğunu bilirik. Bu gün görürük ki, hansı qüvvələr İranın və digər ölkələrin Azərbaycana qıcadığı dişi sındırmağa çalışır, onlara qarşı çıxış edir, onları tənqid edir... Hansı qüvvələr isə kənarda qalır, ikili oyun oynayır və yaxud dəstəyini birbaşa həmin düşmən qüvvələrə ifadə edir. Bu o deməkdir ki, onlar azərbaycançı qüvvələr deyil, Azərbaycanı sevmirlər və onlar doğrudan da “5-ci kolon”dular. Bütün bu məsələlərin aşkara çıxarılmasında yeni yaranan siyasi konfiqurasiyanın rolu oldu.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36
Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru