ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                 

Fars-molla rejimi BU ÜSULLA HARA QƏDƏR GEDƏCƏK? - Ekspert danışır
Tarix: 28-12-2022, 08:11 | Çap et
Fars-molla rejimi BU ÜSULLA HARA QƏDƏR GEDƏCƏK?
İranda hakimiyyət əleyhinə olan etirazlar hələ də səngimir. Rejim isə etirazçılara qarşı sərt cəzalar tətbiq edir. İranın hökumət mollaları etirazçılarla bağlı növbəti qorxunc qərarı veriblər. Onlar etirazçıların əl və ayaqlarının kəsilməsinə nail olmaq istəyirlər. “Azad İran” Telegram” kanalının məlumatına görə, Qum Elmi-Dini Hövzəsinin Müəllimləri Birliyi, o cümlədən İranın şər rejimini dəstəkləyən bir qrup radikal molla İranda etirazları yatırtmaq üçün “İslam qanunlarına əsasən” etirazçıların əl və ayaqlarının kəsilməsini tələb edib.

Etirazlar xalqın ayrılmaz hüququdur, etirazçıların öldürülməsi və onlara ölüm hökmünün verilməsi isə beynəlxalq cinayətdir. Etirazçıların edamını tələb edənlər bu cinayətdə iştirak edirlər və buna görə məsuliyyətə cəlb edilməlidirlər.
Qeyd edək ki, İranda edam hökmlərinin icrasının sayı ötən illə müqayisədə 88 faiz artıb. İranda İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) illik hesabatında bildirilib ki, agentlik cari ildə 267 xəbər mənbəyi tərəfindən yayımlanan insan hüquqlarının vəziyyəti ilə bağlı 13 342 hesabatı toplayaraq təhlil edib.

Bildirilib ki, ötən il ərzində İran vətəndaşları fundamental hüquqlarının kobud şəkildə pozulması ilə üzləşiblər.
Yeri gəlmişkən, ABŞ İranı ölkədəki bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb. Bunu Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Ned Prays deyib: “Biz İranda azadlıqlarının dinc şəkildə həyata keçirilməsi üçün həbsdə olan bütün insanların qeyd-şərtsiz azad edilməsinə çağırırıq. Onların hüquqları uğrunda mübarizə davam edir”.

DİA.AZ-ın məlumatına görə, İrandakı vəziyyəti dəyərləndirən politoloq Natiq Miri isə “Şərq”ə açıqlamasında deyib ki, hazırda rejim özünün ən təhlükəli dönəmini yaşayır:

“Mollakratiya rejiminin güzəştə getməməsi Ali rəhbəri Xameneyi özünü Allahın yerdəki nümayəndəsi sayması ilə əlaqədardır. Özlərini alim sayan mollalar etirazçıları cahil gözündə görür deyə tələblərinin mümkünsüz olduğunu bəyan edirlər. İran rejiminin geri çəkilmək niyyətində olmadığını vurğulayan politoloq deyib ki, radikal cəzalarla insanların gözünü qorxutmağa çalışırlar. Zənn edirlər ki, edamların sayı artsa, etirazçılar öz tələblərindən əl çəkəcək və aksiyaları dayandıracaqlar. Əslində isə cəzaların sərtləşdirilməsi, edamların artması mollaların gözləntilərinin əksi olaraq etirazları daha da alovlandırır. Bu cəzaların fonunda molla rejiminə nifrət artır və qorxu sindromunu aşan etirazçılar, sadəcə, şər qüvvələri məhv etmək barədə düşünür. Əvvəllər etirazlar kor-təbii olurdu. İndi isə İranda milli oyanış və milli azadlıq hərəkatı var. Bu da İranın qondarma rejimini ciddi şəkildə təhdid edir. İran rejimi etirazları yatıra bilmir. Ona görə də etirazçılara qarşı güc strukturları daha amansız davranır, hətta küçələrdə, hamının gözü qarşısında insanları güllələyirlər. Etirazçılara qarşı belə münasibət İrana faydadan çox ziyan vuracaq. Güc tətbiqinin artırılması əks-təsirə səbəb olacaq.
Biz bunun təzahürlərini görməkdəyik. İrana qarşı iqtisadi sanksiyalar artıb. Xüsusən də Ukrayna ilə müharibə şəraitində olan Rusiya ilə hərbi tərəfdaşlıqdan sonra onsuz da ağır vəziyyətdə olan İran iqtisadiyyatını çökdürəcək. Nəticədə bu gün nədənsə qorxub etirazlara qoşulmayan insanların da küçələrə axın etməsinə səbəb olacaq”.

Artıq İrandakı rejimin perspektivi olmadığını vurğulayan N.Miri deyib ki, şəriətdə əli-qolu kəsmək kimi cəzalar ancaq oğrulara tətbiq olunur. Küçələrə çıxan insanlar isə özlərinin haqlarını tələb edir:

“Sərt cəzalar, güc tətbiqi həm də ona görə işə yaramayacaq ki, İranı din pərdəsi altında idarə etmək istəyən molla rejiminə zərrə qədər inam qalmayıb. Çünki molla rejimi İranı islamlaşdırmaqdansa, islamı iranlaşdırıb və fransızlaşdırıb. Məhz buna görə də İranın gələcəkdə molla rejimi tərəfindən idarə edilməsi ehtimalı sürətlə sıfıra yaxınlaşır. İrandakı etirazlarda iştirak edənlərin əksəriyyətinin əsasən tələbə və gənclərdən ibarət olması hazırkı rejimin sürətlə çökməsinə təkan verə biləcək. Çünki etirazın önündə gedənlər ölkənin gələcəyi hesab olunan tələbələr, gənclərdir.

Təkcə 35-40 milyonluq Azərbaycan türkləri deyil, türksoylu etnoslar, ərəblər, kürdlər İran rejiminə qarşı etiraza qalxıb.
Düzdür, İranda bu zamana qədər də müxtəlif səbəblərlə etirazlar olub, amma budəfəki etirazların miqyasının genişliyi və uzunmüddətli olması bu 3 faktorun birləşməsindəndir. Yəni etiraz edənlər həm rejimdən bezib, həm ağır sosial-iqtisadi vəziyyətdədirlər, həm də etnik kimlikləri, hüquqları ciddi şəkildə pozulur. Sadəcə olaraq aksiyalar vahid mərkəzdən idarə olunan struktur halında deyil. Əsas problem də burdadır. Gələcək perspektivdə etirazçı toplum vahid siyasi liderlərini müəyyənləşdirə bilsə, artıq o zaman İrandakı rejimin çöküşündən danışmaq mümkün olacaq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru