Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                 

"Ramiz Mehdiyev Qərbi Azərbaycan məsələsi ilə məşğul olan onlarla zyalını təqiblərə məruz qoyub" - İLGİNC AÇIQLAMALAR
Tarix: 30-12-2022, 11:31 | Çap et
"Ramiz Mehdiyev Qərbi Azərbaycan məsələsi ilə məşğul olan onlarla zyalını təqiblərə məruz qoyub"
Azərbaycan prezidenti İlham Əliyevin Qərbi Azərbaycan məsələsi ilə bağlı çıxışı göstərir ki, dövlət, tarixi Azərbaycan torpaqlarının, oradan deportasiya edilmiş yüzminlərlə soydaşımızın probleminə həssas yanaşır, tarixi torpaqlara qayıdışı prioritet hesab edir. Prezidentin dekabrın 24-də bu məsələ ilə bağlı konseptual çıxışından sonra xüsusi fəallıq da hiss olunur.

Hələ 34 il əvvəl Qərbi Azərbaycan məsələsini qaldıran, bu işlə fəal məşğul olan Deportasiya Qurbanları Cəmiyyətinin (DQC) sədri, “İrəvan” qəzetinin təsisçisi və baş redaktoru Köçəri Nağıbəyli Reyting.az-a müsahibəsində deyib ki, 1989-cu ildə bir qrup tanınmış ziyalı ilə təşkilat yaradıblar. DİA.AZ onunla söhbəti təqdim edir:

- O zaman Qərbi Azərbaycanla bağlı yaratdığımız ilk təşkilatın adını Zəngəzur Cəmiyyəti qoyduq. Hədəfimiz Qərbi Azərbaycana - tarixi torpaqlarımıza qayıtmaq, bu müqəddəs torpaqlarımızın unudulmaması, yaddaşlardan silinməməsi idi. Zəngəzur Cəmiyyətinin proqram və məramnaməsində bunları qeyd etdik.

Amma bu iş bizə asan başa gəlmədi. O dövrdə Qorbaçov-Vəzirov cütlüyü faktiki olaraq buna qarşı çıxır, Bakıda hakimiyyətdə oturanlar Moskvadan gələn tapşırıqları dərhal həyata keçirirdilər. Bundan sonra bizə, o cümlədən mənə qarşı təzyiqlər başladı.

Bizim ilk işimiz Qərbi Azərbaycandan gələn qaçqınları yerləşdirmək, onlara dəstək olmaq idi. Azərbaycanın o zamankı rəhbəri Vəzirov bunun əleyhinə idi, bizə düşmən kimi baxırdı, üstəlik, Zəngəzur Cəmiyyətinin qısa müddətə inkişafı onu narahat edirdi.

Biz bu məsələlərlə məşğul olan zaman əhəmiyyətli bir hadisə baş verdi. Bakının ermənilərdən təmizlənməsi ilə bağlı tarixi qərar verdik. Zəngəzur Cəmiyyəti tarixi iş gördü. 1918-ci ildəki kimi ermənilərin bizə arxadan zərbə vurmasının qarşısını aldıq, Bakını ermənilərdən təmizlədik. Sülhlə, nizamla və kimsəyə toxunmadan erməniləri buradan yola saldıq, eləcə də Qərbi Azərbaycandan qovulan soydaşlarımızı yerləşdirdik. Aydındır ki, Vəzirov bu məsələlərə dözə bilmirdi...

- Amma bundan qısa müddət sonra həbs edilmisiniz...

- Bəli, sonra Vəzirov məni həbs etdirdi, çünki onun planlarına mane olurdum.

Daha sonra, 1990-cı ildə Əbülfəz Elçibəylə Flora Kərimova məni Naxçıvana apardı. Çünki artıq mənə qarşı cinayət işi başlanmışdı, o dövrün Cinayət Məcəlləsinə əsasən az qala güllələnmə cəzası ala bilərdim. Çünki Qərbi Azərbaycan mövzusunu daima qaldırmaq, qaçqınların hüquqlarını müdafiə etmək, bu məsələləri gündəmə gətirməyimi Vəzirov-Mütəllibov cütlüyü həzm edə bilmirdi.

Naxçıvanda Heydər Əliyevlə görüşdük. Onun da Bakıya gəlməsinə, paytaxtda yaşamasına imkan vermirdilər, böyük haqsızlıqlar edirdilər. Heydər Əliyevlə görüşdə mənə baxıb “İgidin adını da eşit, özünü də gör”,- ifadəsini işlətdi.

Bir ilə qədər Naxçıvanda qalmalı oldum, sonra Bakıya qayıdıb işləri davam etdirdik, Qərbi Azərbaycan məsələsinin gündəmdə saxlanılması üçün əlimizdən gələni etdik.

- Vəzirov və Mütəllibovun hakimiyyətindən sonra bu məsələ ilə bağlı nələr baş verdi?

- Onlar hakimiyyətdən getsə də, daha əzazilləri peyda oldu. Məsələn, uzun illər hakimiyyət daxilində az qala FETÖ kimi bir çete yaradan Ramiz Mehdiyev (Prezident Administarsiyasının keçmiş rəhbərini nəzərdə tutur-red.). Bir müddət də Ramiz Mehdiyev və onun qəddar dəstəsi ilə üz-üzə qalmalı olduq.

İlk dəfə deputatlığa namizəd kimi 15 il əvvəl ANS kanalında çıxış etdim, canlı yayımda bildirdim ki, cənab prezident, Ramiz Mehdiyev cinayətkardır, sizə səhv məlumatlar verir, ölkədə qarışıqlıq yaradır, xalqı, milləti və dövləti sevən insanları dövlətdən narazı salır. O dövrdə Ramiz Mehdiyevin qılıncının dalı da, qabağı da kəsirdi. Beləcə, bundan sonra Ramiz Mehdiyev sakit dayanmadı, adımı “qara siyahı”ya saldı.

- Qərbi azərbaycanlıların deportasiya olunduğu günü ilk dəfə siz qeyd etmisiniz, ziyalıları bir yerə toplayaraq tədbirlər keçirmisiniz. Ramiz Mehdiyevin buna münasibəti necə idi?

- Mən 30 ildən çoxdur ki, qərbi azərbaycanlıların deportasiyası ilə bağlı anım gününün keçirilməsində fəallıq göstərir, bunu təşkil edirəm. İlk dövrlərdən bu prosesi aparanlardan biri olmuşam. Təsəvvür edin, mən bu işləri gördüyüm müddətdə Mehdiyev adımı siyasətlə bağladı, barəmdə olmazın şər-böhtanını yaydı və məni işimdən qovdurdu. Yəni mənim Qərbi Azərbaycanla bağlı apardığım işlər şəxsi mənada özümün ziyanıma, amma xalqımın, dövlətimin xeyrinə oldu.

2000-ci ilin əvvəllərində Qərbi Azərbaycanın tanınmış ziyalıları ilə birlikdə Deportasiya Qurbanları Cəmiyyətini yaratdıq. Amma ermənilərə qarşı mübarizə apardığımız üçün Ramiz Mehdiyev bizə qənim kəsildi. Təşkilatımızın dövlət qeydiyyatına alınmasına imkan vermədi. Əvəzində məni işimdən uzaqlaşdırdı.

Mehdiyev həm də bu işlə məşğul olan ziyalılarımızı, o cümlədən professor Eldar Abbasovu işindən kənarlaşdırdı, ona qarşı şər-böhtan kampaniyası həyata keçirdi. Onun zəhmətlə qurduğu xəstəxananı əlindən aldı.

Firudin Cəlilova da problem yaratdı, onun deputat təqaüdü almasına imkan vermədi, televiziyada çıxışlarına qadağa qoydu.

Xalq şairi Vahiz Əzizə də təzyiqlər etdi.

Qısası, Ramiz Mehdiyev Qərbi Azərbaycan məsələsi ilə məşğul olan onlarla ziyalını “qara siyahı”ya salaraq qapıları onlarına üzünə bağladı, təqiblərə məruz qoydu. El-obasını sevən insanlara divan tutdu.

Nəhayət, Mehdiyevin şəbəkəsi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra sonra, bir il əvvəl bizim təşkilat dövlət qeydiyyatına alındı. Hazırda mübarizəmizi davam etdiririk. Ata-baba torpaqlarımızın unudulmaması, gəncliyin bu məsələni bilməsi üçün tədbirlər keçirir, mətbuatda çıxışlar edirik. O cümlədən dövlətimizə və millətimizə qarşı xəyanətləri ifşa edirik.

- Azərbaycan prezidenti İlham Əliyev Qərbi Azərbaycan məsələsi ilə bağlı qəti və konkret mövqe ortaya qoyub. Bunu necə qiymətləndirirsiniz?

- Biz prezidentin bu təşəbbüsünü alqışlayırıq. Bu, vacib məsələdir və belə məsələlərdə dövlət başçısının mövqeyi son dərəcə əhəmiyyətlidir. Prezident zamanında cəsarətli mövqe ortaya qoyub, buna görə ona təşəkkür edirik. Biz bu işi sona qədər müdafiə edəcəyik. Çünki bizim ata-babalarımızın məzarı o müqəddəs torpaqlardadır. Biz illərlə bunu dəstəkləmişik, bu işləri görmüşük. Nə yaxşı ki, dövlət başçısı özü şəxsən ortaya iradə qoyub və biz də bu ideyanı birmənalı dəstəkləyirik.

Bu gün də Deortasiya Qurbanları Cəmiyyətində Eldar Abbasov, Firudin Cəlilov, Paşa Qəlbinur, Vahid Əziz, Əli Ömərov, Pənah Əliyev və çoxlu sayda tanınmış ziyalı birləşir. Eləcə də minlərlə gənc bizim təşkilatı tanıyır, ona etimad göstərir. Dövlətimiz nə zaman tapşırıq verərsə, dünyanın istənilən yerində Qərbi Azərbaycan məsələsində mübarizə aparmağa hazırıq.

Son tədbiri də dəstəkləyirik. Dövlətimizin və prezidentimizin bu addımı olduqca cəsarətlidir və hərtərəfli dəstəklənməlidir. 34 ildir biz bu ideya uğrunda mübarizə aparmışıq, həyatımızı, gəncliyimizi bu yolda fəda etmişik. Bu məsələdə hamı bir yumruq kimi birləşməli, öhdəsinə düşəni etməlidir.

Onu da qeyd edim ki, ilk dəfə mən “İrəvan” adlı qəzet təsis etmişəm, müxtəlif dövrlərdə bu qəzet işıq üzü görüb. Həmin qəzetdə İrəvan və digər tarixi torpaqlarımızla bağlı fikirlərə geniş yer vermişik. Amma illərdir ki, qəzetimizi nəşr etdirə bilmirik. Buna səbəb yerimizin, redaksiyamızın və maliyyənin olmamasıdır. Yaxşı olardı ki, “İrəvan” qəzetinə də dəstək versinlər, onun fəaliyyətini bərpa edə bilək.

Biz cəmiyyətimizin iclaslarını çayxanalarda keçiririk, amma dayanmırıq.

Ən əsası, qərbi azərbaycanlıları, ziyalılarımızı birliyə dəvət edirik. İllərlə bu məsələlərdə fəal olan ictimai qurumlar, şəxslər var və onları prosesdən kənarda qoymaq düzgün olmazdı. Hamı yumruğu bir yerə vurmalıdır. Çünki qarşımızda erməni kimi hiyləgər düşmən dayanır.

- Sizin təşkilat bu prosesə hansı formada dəstək verə bilər?

- Öncə nəzərə alın ki, bizim təşkilatda böyük ziyalı potensialı və çoxsaylı gənclər birləşir. Üstəlik, biz dünən deyil, 30 ildən çoxdur ki, bu mübarizəni aparırıq. Ən ağır şərtlər altında mübarizə aparan ilk şəxslər bizik.

Dediyim kimi, ilk dəfə Qərbi Azərbaycanla bağlı Zəngəzur Cəmiyyətini biz yaratmışıq. Qurultay zamanı mən sədr, Abbas Səfərov, Lahudi Əliyev, Vidadi Quliyev, Nurəddin İsmayılov, Həmid Əliyev, professor Həsən Balıyev və digər görkəmli ziyalılarımız müavin seçilib.

Yeri gəlmişkən, Zəngəzur Cəmiyyətinin yaradılmasında deputat Fəzail Ağamalının da rolu və dəstəyi olub. İndi millət vəkili olanlar arasında da cəmiyyətimizin üzvləri var.

Bizim bir məqsədimiz olub - Qərbi Azərbaycana qayıtmaq, bunun davasını aparmaq. Bu, bizim əsas amalımızdır. Zəngəzur Cəmiyyəti haqqında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də öz kitablarında kifayət qədər yazıb.

Bu yolda işimi, sağlamlığımı itirmişəm. Vəzirov, Mütəllibov, Ramiz Mehdiyev ayrı-ayrı dövrlərdə məni şərləyərək zindana atdırıb. Amma buna görə heç vaxt dövlətdən inciməmişəm. Çox şadam ki, FETÖ kimi çeteni yaradan mehdiyevlər, əli həsənovlar artıq dövlətdən təmizlənib, proses davam edir.

Şəxsi mənada heç nə istəməmişəm. Mən I Qarabağ savaşında, övladım isə II Qarabağ müharibəsində iştirak edib, qazidir. 1990-cı ilin qanlı 20 yanvar hadisəsi zamanı yaralanmışam. Biz dövlətə və millətə bağlı adamlarıq. Hər zaman da şəxsi deyil, milli və dövlət maraqlarını əldə bayraq etmişik. Bu gün də narazı deyiləm, hesab edirəm ki, ümumi işə dəstək vermək vacibdir. Mənim üçün gedib ata-babamın məzarını ziyarət etməkdən böyük mükafat yoxdur. Ümid edirəm ki, günün birində bu baş verəcək.

Biz təşkilat olaraq dəfələrlə bildirmişik ki, əgər Qarabağ erməniləri Azərbaycanda yaşamaq istəyirsə, bizə də tarixi dədə-baba torpaqlarımızda yaşamaq hüququ verilməlidir. Ermənilər Azərbaycanda hansı şəraitdə yaşayacaqsa, biz də Ermənistanda o şəraitdə yaşamalıyıq. Məncə, sülh bu şəraitdə baş verə bilər. Yəni, bizim də öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru