“Müstəqilliyimizdən üzr istəməliyik” - deputat
Tarix: 4-01-2023, 09:48 | Çap et
“Üzeyir bəyə ayaqqabı atan nəsil yetişdi. O, yəni ayaqqabını atan Azərbaycan gənci Üzeyir bəyi tanımırdı. O, heç müstəqilliyi də tanımırdı. O, 44 günlük savaşda qazanılan qələbənin də nə olduğunu bilmirdi. O, Üzeyir bəyin vaxtilə Şuşada qoyulmuş büstünə ermənilərin güllə atdıqlarını da bilmirdi. Onun diplomu, ən azı attestatı olmamış deyil, ancaq təhsili yox kimidir. O, yanındakı yoldaşından kitab istəyə bilməzdi, ya siqaret, ya da telefon istəyə bilərdi. Ona Üzeyir bəyə atmaq üçün nisbətən ağır bir əşya lazım idi. Ayaqqabı bəlkə də gözlənilməz bir seçim idi. Çünki burada ayaqdan ayaqqabını çıxarmaq lazım idi. Ayaqabının qaytanlı yaxud qaytansız olması da burada işi qəlizləşdirən məsələ ola bilərdi. Əziyyət çəkib qaytanı açmaq lazım gələrdi. Hər halda ayaqqabı siqaretdən ağır, telefondan ucuz olmalıdır. Mümkündür ki, bu təzə ayaqqabı deyildi, ola bilsin ki, içinə adamın corablarının iyi də hopmuşdu. Ən maraqlısı o deyildi. Yayılan videoda yaxından keçən bir azərbaycanlının vücudu diqqət çəkir. O azərbaycanlı isə bizim nəslin nümayəndəsidir. O isə ya yeni nəslin təmsilçilərinə söz deməkdən çəkinir, ya da Üzeyir bəyə ayaqqabı atılmasına əhəmiyyətsiz hadisə kimi baxır. Biz Üzeyir bəyin erməni gülləsinə tuş gələn büstünü Şuşaya qaytardıq. İndi də bir azərbaycanlı gəncə Üzeyir bəyin ovucunda saxladığı ayaqqabını qaytarmalıyıq”.
DİA.AZ-ın Ölkə.az-a istinadən xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
“Üzeyir bəyin ovcunda qalan ayaqqabının sahibi onu Üzeyir bəyə atan dostu qədər bu əyləncəyə gülsə də, qışın günündə bir ayağı soyuqdan üşüdüyünə görə, evə necə qayıdacağını şübhəsiz ki, düşünmüş. Heykəl ucada olduğuna görə, ayaqqabının tayını geri götürməsi də mümkünsüz görünürdü. Yəqin evə ayaqqabının bir tayı ilə dönmüş. Övladlarının ayaqqabısının digər tayının Üzeyir bəyə atıldığından bəlkə də ata-anasının da xəbəri olmamış. Bir də xəbərləri olsaydı, nə dəyişərdi. Onlar da heykəlin yanından bu hadisəni seyr edib öz işinə tələsən həmin azərbaycanlı qardaş kimi bizim nəslin təmsilçiləri ola bilərlər. Yeni nəslə söz deməyə bəlkə də iradələri çatmır. Bizdə 20 yanvar, Xocalı adında matəm günləri var, bolluca bayram günlərimiz də var. Nadanlıq günümüz necə varmı? Bəlkə Üzeyir bəyin heykəlinə ayaqqabı atılan günü Nadanlıq Günü kimi təqvimə salaq? Bir az tələsmək istəməzdim. Dünən Milli Konservatoriyanın bir qrup müəllimindən şikayət məktubu almışam. Əmək haqlarının pozulmasından fəryad edirlər. Rektorları da Üzeyir bəy deyil. Bu zavallı müəllimlər onun heykəlinə də şikayət edə bilmirlər. Şikayət etsələr belə, Üzeyir bəyin heykəlinin acizliyini Azərbaycan Dövlət Konservatoriyasını iki yerə parçalayanda görmədilərmi? Onun ruhundan, irsindən, qəbrindən soruşan oldumu? Sabah həmin gənclər haradasa brifinq keçirib, məhz Üzeyir bəyin mirasına bu sayğısızlığa diqqət çəkməyə görə bu ayaqqabını atdıqlarını söyləsələr, nə baş verəcək? Adamlar desələr ki, Konservatoriyanın nə millisi, nə musiqi akademiyası, Üzeyir bəydən bu işi daha yaxşımı bilirsiniz? Hər halda bir neçə gün gözləyək. Əgər həmin gənclərdən səs-soraq çıxmasa, onda Nadanllq Günü məsələsinə yenidən qayıdarıq. Sakın bizim əziz polis yetkililərimiz o iki gəncə mikrafon verib Üzeyir bəyin heykəlindən üzr istətməsinlər. Öncə Üzeyir bəyin ruhundan üzr istənməlidir. Və öncə bu üzrü Üzeyir bəyin ocağında şad-xürrəm titulları və pulları sıralayıb Azərbaycan musiqisini yaşadan dəyərli və gün çörəyinə möhtac müəllimləri ayaqqabısı ilə təpikləyənlər istəməlidir. Bir də Üzeyir bəyə, Məhəmməd Əmin bəyə "ayaqqabı" atacaq dünyada bircə azərbaycanlı varsa, biz hamımız borcunu yerinə yetirməmiş bir vətəndaş kimi müstəqilliyimizdən üzr istəməliyik”, - F.Mustafa qeyd edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
|