"Naxçıvanın respublika statusunda olmasına heç bir ehtiyac yoxdur" - ÇAĞIRIŞ
Tarix: 7-01-2023, 08:48 |
Çap et
"Naxçıvana təyin olunmuş xüsusi nümayəndə vəzifəsinin icrasına və dəyişikliklərə başlayıb. Gözləmək lazımdır ki, nəticələr də olsun". DİA.AZ bildirir ki, bu barədə "Şərq"ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu, tanınmış siyasi-ictimai xadim Etibar Məmmədov deyib. E.Məmmədov Naxçıvanın xeyli müddətdir müzakirə olunan status məsələsi ilə bağlı bunları bildirib: "Naxçıvanın respublika statusunda olmasına heç bir ehtiyac yoxdur. Naxçıvan Azərbaycanın bir vilayətidir və gələcəkdə də ölkəmizin tərkib hissəsi kimi qalmalıdır. Qars və Moskva müqavilələrinə görə də Naxçıvan Azərbaycanın idarəetməsində olan bir vilayət kimi konkret qeyd olunub. Ona görə də idarəetməsi başqa ölkəyə verilə bilməz".
AMİP lideri Prezidentin Qərbi Azərbaycan İcması ilə görüşünü belə şərh edib: "Qərbi azərbaycanlılar dövlət başçısının tapşırıqlarından nəticə çıxartsınlar və bu istiqamətdə fəaliyyət göstərsinlər. Hər şeyi Prezident özü edəsi deyil ki?!".