"Nazirlikdə bu cür düşünüblərsə, yanılırlar" - ETİRAZ
Tarix: 25-01-2023, 08:53 | Çap et
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qurumun son qurultayının nəticələrinin Ədliyyə Nazirliyində qeydə alınmasının uzadılmasından şikayətlənir. 1999-cu ildən dövlət qeydiyyatında olan Azərbaycan Xalq Partiyası 2022-ci il dekabrın 11-də Bakıda 5-ci qurultayını keçirib, nizamnamə və proqram yenilənib, Pənah Hüseyn yenidən sədr seçilib.
Partiya sədri yazır ki, 5-ci qurultayın nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması süni şəkildə uzadılır: “27 dekabr 2022-ci ildə yazılı şəkildə iki texniki çatışmazlıq - təqdim edilən sənədlərə nizamnamənin ilk redaksiyada əslinin əlavə edilməməsi, nizamnamənin yeni redaksiyasının titul səhifəsində qeydiyyat ili kimi 1999-cu il əvəzinə 1992-ci ilin getməsi əsas göstərilib. Bunlar düzəldilərək sənədlər yenidən təqdim olunub. 5 yanvar 2023-cü ildə sənədlər titul səhifəsində vəzifəli şəxsin düzgün göstərilməməsi və nizamnamədə sıralama uyğunsuzluğu qeydi ilə geri qaytarılıb.
Bu çatışmazlıqlar düzəldiləndən sonra, 23 yanvarda “Siyasi partiyalar haqqında” yeni qanuna istinad olunaraq tamamilə qanunsuz tələb irəli sürülüb. Tələbin yazılı şəkildə təqdim olunmasını gözləyirəm və alandan sonra nədən qanunsuz olduğunu göstərəcəm".
Yanvarın 11-də prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu imzalayaraq onun tətbiqinə fərman verib. Qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Əvvəlki qanun əsasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir. Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər.
1992-ci ildən partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi. Hazırda ölkədə 60 partiya dövlət qeydiyyatındadır.
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, AXP-nin qeydə alınmaması böyük ehtimalla anlaşılmazlıqdır. AXP-nin qurultayı yeni “Siyasi Partiyalar haqqında” Qanun qüvvəyə minməmişdən öncə keçirilib. Burada yeni qanunla əlaqəli bir şey yoxdur, partiyanın qurultayı öz vaxtında keçirilib: “Yəni qurultayı ona görə keçirməyiblər ki, yeni qanun qüvvəyə minmədən keçirib məsələni həll etmiş olsunlar. Ola bilsin ki, Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində düşünüblər ki, AXP-nin qurultayının nəticələri qeydə alınacaqsa, partiya artıq 5 min imza təqdim etməli olmayacaq. Nazirlikdə bu cür düşünüblərsə, yanılırlar. Çünki sonuncu qurultayın nəticələri qeydə alınsa belə, AXP də digər partiyalar kimi yeni qanunun tələbinə uyğun olaraq 5 min üzvün imzasını reyestrə təqdim etməlidir. Yeni qanunun qüvvəyə minməsindən öncə qurultayların keçirilməsi partiyaları bu öhdəlikdən azad eləmir. Ola bilsin Ədliyyə Nazirliyi siyasi qərar gözləyir. Yeni qanun, şübhəsiz, partiyalar üçün yeni vəziyyət, yeni problemlər ortaya çıxaracaq. Partiyalar hər il nazirliyə hesabat təqdim etməlidir. Bir sözlə, partiyaların işi-gücü hesabatlar hazırlamaq və təqdim eləmək olacaq”.
T.Abbaslı qeyd etdi ki, qanunda partiyalara heç bir ciddi imtiyaz verilmir: “Partiya yaratmaq, onu inkişaf etdirmək işi daha əlverişsiz hala gəlib və gələcək. Beş min imza toplamaq isə xüsusilə bir çox partiyalar üçün ciddi problemlər meydana çıxaracaq. Odur ki, bu gün Azərbaycanda siyasi partiya kimi fəaliyyət göstərmək siyasi anlamda sərfəli deyil. Əminəm ki, bir sıra partiyalar bununla bağlı qərar verəcək ki, bundan sonra siyasi partiya kimi fəaliyyət göstərmək siyasi anlamda faydalıdır yoxsa yox. Partiyalar seçim qarşısında qalacaq. Kimin imza toplayacağını, kimin toplamayacağını, kimin ümumiyyətlə toplamaqdan imtina edəcəyini, kimin kimlə birləşmə qərarı verəcəyini zaman göstərəcək. Ola bilsin, üç-beş partiya birləşib bir partiya kimi çıxış edəcək. Amma partiyaların sayının azalması problemin həlli deyil. Partiyalara büdcədən vəsait ayrılacağına gəlincə, maliyyə ayrılmasında da qəribə qaydalar var. Partiya əgər parlamentdə təmsil olunmursa, ay ərzində dövlət büdcəsindən 350-400 manat pul alacaq. Təsəvvür edin, bir partiya qeydə alınmaq üçün ən azı 5 min üzvün imzasını təqdim edir, deməli, bu partiyanın ən azı beş min üzvü var. Belə çıxır ki, büdcədən ayrılacaq vəsait hər üzv üçün təxminən 1 qəpik olacaq”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə hesab edir ki, AXP-nin sənədləşmə ilə bağlı problemi tezliklə həll olunacaq: “Bəlkə yeni qanunla bağlı hansısa dəqiqləşməyə ehtiyac var. Bütün hallarda problemin çözüləcəyinə inanıram. O ki qaldı 5 min üzvün imzalı sənədləşməsi məsələsinə, bəli, biz hamımız bu işin üstündə çalışırıq, sənədləşmə yeni qanunun tələblərinə uyğun yenilənir, partiyaya yeni üzvlər qəbul olunur. Qanunun tələblərinə riayət etməyən partiyaların məhkəmə vasitəsilə fəaliyyətinin dayandırılması, ləğvi barədə yeni qanunda müddəa var. Hakimiyyətin partiyalarla bağlı hansı planının olmasından xəbərim yoxdur. Amma siyasi partiyaların sıradan çıxması və ya təmərküzləşməsi prosesinə fərqli yanaşıram. Yalnız demokratik seçkilər nəticəsində partiyalar təsnifata bölünməlidir. Seçkilərdə uğur qazanmayanlar ya sıradan çıxır, ya da kiminləsə birləşir. Təbii və demokratik yol budur”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
|