“Vasif Talıbov həzrətləri nə istəyibsə, onu edib” - Tural Abbaslı
Tarix: 2-02-2023, 11:03 | Çap et
Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda keçirdiyi əməliyyatlardan sonra ciddi faktlar ortaya çıxarılıb. Bu əməliyyatların nəticəsində Naxçıvanın ləğv edilmiş Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov, muxtar respublikanın maliyyə naziri Rafael Əliyev və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Bu şəxslərin 500 milyon manata yaxın vəsaiti mənimsədiyi açıqlanıb. Araşdırmalar dərinləşdirildikcə, daha ciddi faktlar, böyük məbləğlər ortaya çıxıb. Məlum olub ki, Vasif Talıbovun yaxın ətrafına məxsus şirkətlər həm vergidən yayınıblar, həm də bu şirkətlərin Naxçıvana idxal etdiyi məhsullardan gömrük rüsumu alınmayıb.
Bundan başqa, Naxçıvana ayrılan dotasiyadan tikinti-quruculuq işləri üçün nəzərdə tutulan vəsaitlər də mənimsənilib. Büdcədən oğurlanan, qeyri-leqal yollarla əldə edilən vəsaitlər hesabına böyük şirkətlər yaradılıb, bahalı əmlaklar alınıb. Son məlumata görə, Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov da həbs edilib. General vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.
DİA.AZ-ın məlumatına görə, Naxçıvanda aparılan təmizləmə prosesini "Şərq"ə dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, Naxçıvanda Vasif Talıbovun 28 illik fəaliyyəti araşdırılarkən məlum olur ki, Azərbaycanın dövlət büdcəsinə milyardlarla manat vəsait vurulub, dotasiya pulları yeyilib. Partiya rəhbəri qeyd edib ki, gömrük rüsumlarından, vergilərdən ciddi yayınmalar aşkarlanıb:
""Gömrük" və "vergi" adı altında toplanan vəsaitlər dövlət büdcəsinə keçirilməyib. İş adamlarının əmlaklarına əl qoyulub. Biznes sahələri monopoliyaya götürülüb. Naxçıvan sözün həqiqi mənasında muxtar, hətta müstəqil, əlahiddə zona kimi idarə olunub və Bakıdan asılılığı sıfıra endirib. Özü də monarxiya, krallıq, şeyxlik kimi yönəldilib. Vasif Talıbov həzrətləri nə istəyibsə, onu edib. Cəmi üç vəzifəli şəxsin mənimsədiyi vəsait yarım milyon manat həcmindədir. Təbii ki, mənimsənən bütün vəsait dövlətə geri qaytarılmalıdır. Dövlətə vurulan ziyan ödənilməlidir. Talıbovlar ailəsinə məxsus bütün əmlaklara birmənalı həbs qoyulmalıdır. Qanunsuz əməl sahibləri mütləq və ən sərt şəkildə cəzalandırılmalıdır ki, digərlərinə də görk olsun. Qanunun aliliyi sübut olunmalıdır, hamı bilməlidir ki, insanlar qanunlardan üstün ola bilməz. Bu, həm də dövlətçilik sütunlarının formalaşması üçün lazımdır. Əgər kimsə cəzasız qalsa, törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmasa, onların əməlləri digərləri üçün "stimul" olacaq. Belə halda hansısa korrupsioner məmurun başqa bir rüşvətxorla əvəzlənməsi heç nəyi dəyişməyəcək. Məsələn, son zamanlar müşahidə edirik ki, bəzi rüşvətxor məmurların üzərinə həbs qoyulmuş əmlakları bir müddət sonra onlara geri qaytarılır. Bu, təhlükəli və çox ziyanlı tendensiyadır".
T.Abbaslı vurğulayıb ki, büdcədən mənimsənilən hər bir manat müsadirə olunmalıdır:
"Necə olur ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin araşdırmaları nəticəsində əlilliyi "saxta" elan olunmuş vətəndaşdan illərlə aldığı müavinət qəpiyinədək geri alınır, amma milyardlarla manat oğurlamış generalların, icra başçılarının pulu onlarda qalır?! Bu, onların halal malı deyil ki, toxunulmasın. Korrupsiyanın kökünü kəsmək istəyiriksə, qanunsuz yolla əldə olunmuş bütün mal-mülk müsadirə olunaraq büdcəyə qaytarılmalıdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
|