"Anti-terror əməliyyatı qaçılmazdır" - ÇAĞIRIŞ
Tarix: 23-02-2023, 07:51 | Çap et
Ermənistan silahlı qüvvələri sərhəddə və Qarabağda növbəti dəfə təxribata əl atıblar. Erməni tərəfi Ordumuzun Tovuzun Ağdam yaşayış məntəqəsi və Naxçıvanın Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərimizi snayperdən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə məruz qoyub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər, Şuşa və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqelərimizə atəş açıblar.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb və düşmən susdurulub. Ekspertlərin fikrincə, Avropa İttifaqının "mülki missiyası"nın Ermənistana gəlişi fonunda silahlı qüvvələrin aktivləşməsi təsadüfi deyil. Görünür, təlimat Kremldən deyil, Fransa Prezidenti Emmanuel Makronun ofisindən verilib. Hesab edilir ki, Ermənistan təxribatlar həyata keçirməklə, Avropa İttifaqının anti-Azərbaycan bəyanatlar hazırlamasına nail olmağa çalışır. Yəni hərbi yolla Azərbaycana təzyiq edə bilməyən rəsmi İrəvan Fransa ilə birgə siyasi yolla təzyiq planını işə salmaq istəyir. DİA.AZ-ın məlumatına görə, erməni təxribatını "Şərq"ə dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev bildirib ki, eko-fəalların Laçın yolunda təşkil etdikləri və aylardır davam edən aksiyalarda şüarları dəyişməyin zamanıdır. Partiya rəhbərinin sözlərinə görə, Xankəndidən qovulmuş 15 min insan aksiyada yeni şüarlar səsləndirməlidir: "Onlar "biz evimizə qayıdırıq" şüarını dilə gətirməlidir. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişin 4-cü bəndinə əsasən, erməni silahlılarının bölgədən çıxarılması və 9-cu bəndə görə, oradan qovulmuş Azərbaycan türklərinin geri dönüşü iddialarını təmin etmək üçün təzyiqlərimizi artırmalıyıq. Əvvəlcədən demişdim ki, Avropa İttifaqının, Fransanın polis və hərbçilərinin Azərbaycan sərhədinə göndərilməsi ilə vəziyyət mürəkkəbləşəcək. Bu təxribatlar gözlənilən idi. Ona qədər müəyyən addımlar atılmalıydı. Ancaq indi də gec deyil. Vurğuladığım məsələlərin üzərinə gedilməlidir. Qarabağdakı proseslərin yenidən 1988-ci il səviyyəsinə qayıtmasına imkan verməməliyik. Bölgədə ona bənzər proseslər gedir. Ermənilər təhlükəli şüarlarla çıxış edirlər və təxribatlar törədirlər. Atəşin pozulmasında həm Rusiyanın, həm də Qərbin əli var. Daha doğrusu, ortaq maraqları var. Rusiya Ermənistana təzyiq göstərir ki, Moskvanın başı üstündən bölgəyə kənar qüvvələr gətirməsin. Ona görə də özünə bağlı qüvvələri motivasiya edərək təxribata əl ata bilər. Digər yandan, təxribat Qərbə də sərf edir. Bunlar iddia edir ki, "baxın, regiona gəlməyimiz zərurətdir, çünki orada vəziyyət gərgindir və s". Söhbət ondan gedir ki, indi bölgədə yaranmış status-kvo həmin güclərə sərf etmir. Oyundan kənarda qaldıqları üçün təzyiq metodlarını işə salırlar, yəni qüvvələr bir-biri ilə oynayır. Ermənistandan daha çox bu ölkəni oynadanlar meydanda oynayır". F.Quliyev hesab edir ki, çox soyuqqanlı şəkildə rusların və ermənilər imza atdığı üçtərəfli sazişə istinad edərək ərazilərimizdən dərhal erməni silahlılarının çıxarılmasını reallaşdırmalıyıq: "Daha sonra əhalimizin ora geri qayıtmasını təmin etməliyik. Məskunlaşma olmadan Qarabağda problemləri həll etmək çətin olacaq. Çünki əhalimiz orada olarsa, onları qorumaq üçün polisimiz, hərbçimiz də bölgəyə daxil olmalıdır. Mülki idarəetmə bizə keçməli və öz ərazilərimizdə suverenliyimiz bərpa edilməlidir. Bu məsələlərdə cəld tərpənməliyik. Anti-terror əməliyyatı qaçılmazdır. Nəzərə alaq ki, anti-terror əməliyyatı dünya üçün sürpriz olmayacaq. Çünki Münhendə dövlət başçımız tərəfindən bildirildi ki, Ermənistan kapitulyantdır və Qarabağda baş verənlər Azərbaycanın daxili işidir. Hətta Prezident irad tutdu ki, beynəlxalq təşkilatlar "Dağlıq Qarabağ" ifadəsini işlətməsinlər. Bizim inzibati ərazi bölgümüzdə belə söz yoxdur. Azərbaycanın daxili işinə heç kim qarışa bilməz. Bu mesajlardan sonra işimizi görə bilərik. Çəkinməyə ehtiyac yoxdur. Rusiyanın başı kifayət qədər qarışıqdır. Fransa və Almaniyanın 5-10 polisi də bizə təsir göstərə bilməz. Əgər təhdid olunuruqsa, təhdid nöqtələri bizim üçün legitim hədəflərdir. Kim nə deyirsə, desin, artıq sərt üzümüzü göstərməyin vaxtıdır. Boş buraxsaq, ermənilər 1988-ci il sindromunu diriltməyə çalışacaq".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|