"Qərb ölkələri birbaşa və İran vasitəsilə Azərbaycana ciddi təzyiq göstərir" - deputat
Tarix: 24-03-2023, 10:21 | Çap et
DİA.AZ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir: - Qüdrət bəy, Paşinyan əldə olunmuş yazılı razılaşmalar əsasında sülh sazişi imzalanacağı barədə nikbin bəyanatla çıxış edib. Onun dediklərinə inanırsınızmı? - Rusiya razı olmadıqca qərbyönümlü siyasətçi olduğunu hər addımbaşı nümayiş etdirməyə çalışan “sorosçu” Paşinyanın Azərbaycanla sülh sazişi imzalayacağı az inandırıcı görünür. Putinin isə həm Valday klubunda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan çıxışı, həm də 10 noyabr 2020-ci il üçtərəfli sazişin yerinə yetirilməsi üçün Ermənistana təzyiq etməməsi Rusiyanın iki qonşu ölkə arasında sülhün olmasını istəmədiyini nümayiş etdirir. Sülh üçün Azərbaycan Ermənistanla yox, Rusiya ilə intensiv danışıqlar aparmalı, paralel olaraq Ermənistana təzyiqləri ciddi şəkildə artırmalıdır. Açıq-aydın görünür ki, Qarabağdakı mövcud status-kvonun qorunub saxlanması, yəni işğalçı rejimin de-fakto müstəqil ölkə kimi yaşaması üçün Qərb ölkələri birbaşa və İran vasitəsilə Azərbaycana ciddi təzyiq göstərir, bizə dövlət sərhədlərimizi bərpa etməyə imkan vermir, bizi Ermənistanla uzunmüddətli mənasız danışıqlara sövq edib özləri üçün əlverişli zamana qədər vaxt qazanmaq istəyirlər. - Belə çətin geosiyasi vəziyyətin olduğu bir zamanda Azərbaycanın Qarabağda suveren hüquqlarını bərpa edəcəyi mümkün görünürmü? - İlham Əliyev qlobal miqyaslı siyasi fiqurdur. O, bu günə qədər Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət aparmağa nail olub. İndi Qərb ölkələri bizdən Rusiya ilə münasibətlərə yenidən baxmağı tələb edir. Onlar fikirləşirlər ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşməsi həm Rusiyanı zəiflədər, həm də birinci Qarabağ savaşında olduğu kimi Rusiyanın Ermənistanı açıq müdafiə etməsinə səbəb olar. Amma İlham Əliyev dəfələrlə bəyan edib ki, ciddi dövlət adamı hər cür təzyiq qarşısında heç vaxt milli maraqlardan geri çəkilməməlidir. Biz beynəlxalq qanunlara əsaslanan hüquqlarımız uğrunda, işğala qarşı mübarizə aparırıq. Hamımız bilirik ki, xalqımızın Qarabağ problemindən də böyük dərdi var. Geosiyasi vəziyyət həqiqətən ağırdır, amma ciddi qərarların qəbulu, ağır problemlərin həlli bir qayda olaraq çətin və mürəkkəb dövrlərdə mümkün olur. Görünən odur ki, İlham Əliyev dünyanın və regionun böyük oyunçuları ilə təkcə Qarabağ məsələsəni yox, xalqımızın gələcəyi ilə bağlı daha ciddi məsələləri də müzakirə edir. İnşallah, ədalətli tərəf kimi sonda qalib gələcək, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan regionun böyük güclərindən birinə çevriləcək. - Qüdrət bəy, sizə elə gəlmir ki, bəzən biz özümüz islahatları genişləndirməməklə Qərbə bizə təzyiq üçün bəhanələr, əsaslar veririk? - Bütün istiqamətlərdə islahatların dərinləşdirilməsi üçün iqtidara mütəmadi olaraq çağırışlar edirəm. İqtidar düşünür ki, xalqımızı onun indiki durumu qane edir. Xalqımız aşağıdan islahatların zəruriliyi barədə iqtidara ciddi siqnallar ötürə bilmir. Gələn siqnallar isə islahatların xeyrinə deyil, əksinə, iqtidarı qorxudur ki, böyük dəyişikliklər ölkədə sabitliyi pozar, xaosa yol açar, “qaş qoymaq istədiyimiz yerdə vurub gözü də çıxardarıq”, əldə etdiklərimizi də itirərik. Gəncə qiyamı, Elçibəyin devrilməsi, Heydər Əliyevin prezidentliyi zamanı hərbi çevriliş cəhdləri çox da uzaq keçmişdə baş verməyib. Mən iqtidarın islahatları yubatmasına haqq qazandırmıram, amma onların bu istiqamətdə fəaliyyətsizliklərinin motivlərini başa düşməyə çalışıram. Xalqımız inkişafın yeni mərhələsinə keçməyə, demokratik dəyişiklikləri müdafiə etməyə hazırlığını nümayiş etdirəndə, bölgədə geosiyasi vəziyyət islahatların ölkəmizi zərbə altında qoymayacağına əminlik yaratdıqda İlham Əliyev çevik siyasətçi kimi islahatların başında dayanacaq. Hamımızı qane etməsə də, hələlik cəmiyyətin dəyişikliklərə hazırlanması prosesi gedir. - “Siyasi məhbus” məsələsi, insan hüquq və azadlıqlarının mövcud durumu barədə nə deyə bilərsiniz? - Hər zaman hökumətə insan hüquq və azadlıqlarını qoruyan beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus hesab olunan, şəxsiyyət və dövlət əleyhinə ağır cinayətlər törətməmiş şəxslərin azadlığa buraxılması, müstəqil və güclü məhkəmə hakimiyyətinin formalaşdırılması üçün müraciət etmişəm - beynəlxalq təşkilatların onları maliyyələşdirənlərin sifarişlə işlədiyini, bəzən ədalətsiz olduqlarını bildiyim halda belə… Çünki bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, ölkəmizdə insan hüquqları və qanunun aliliyi ilə əlaqədar vəziyyətin necəliyi barədə beynəlxalq ictimai fikri onlar formalaşdırır. Bizə isə Qarabağ məsələsinin ədalətli həlli üçün beynəlxalq dəstək, iqtisadiyyatımızın inkişafı üçün isə investisiya lazımdır. Ümid edirəm böyük dövlət adamı Heydər Əliyevin 100 illiyi ilə əlaqədar siyasi məhbus hesab olunanların hamısı əhv olunacaq və onlar da reallıq hissini itirməyəcək, davranışlarında etik çərçivəni aşmayacaq, başa düşəcəklər ki, onların müxalif fəaliyyəti onlar üçün toxunulmazlıq immuniteti yaratmır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|