Müxalif partiya lideri İlham Əliyevə təşəkkür etdi... - BUNA GÖRƏ...
Tarix: 24-04-2023, 08:18 | Çap et
Dünən Laçın - Xankəndi yolunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarət - keçid məntəqəsi yaradılıb. Rəsmi informasiya verilməsə də, KİV-lər bu barədə məlumat yayıb və inanıram ki, bu belədir. Laçın-Xankəndi yolunun tam nəzarətimizə keçməsi elə Şuşanın, Laçının, Kəlbəcərin, Füzulinin, Ağdamın, Zəngilanın, Qubadlının, Cəbrayılın, Hadrutun və onlarla digər yaşayış məntəqəsinin işğaldan azad olunmasına bərabər və hətta onlardan üstün qələbədir. Bu dövlətin öz sərhədlərinə nəzarətidir, bu müstəqilliyin və suverenliyin ən başlıca şərtidir. Müstəqilliyimizin bərpasından bu günə kimi atılan ən böyük və cəsarətli addımlardan biri, bəlkə də birincisidir. Təşəkkür edirəm Azərbaycan ordusunun əsgər və zabitlərinə, Dövlət Sərhəd Xidmətinin kollektivinə, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına, bu işdə əməyi keçən hər kəsə. Təbii ki, Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevə... 2020-ci ildə başlayan uğurlu əks-hücum əməliyyatına birbaşa rəhbərlik edən, təhdid və hədələrdən çəkinməyərək Şuşaya qədər gedən Azərbaycan hərbçilərinin Ali Baş Komandanı kimi Cənab İlham Əliyev yeni tarix yazdı. Necə ki, ölkədəki neqativlər barədə tənqid birbaşa iqtidarın rəhbəri kimi ona ünvanlanır, qalibiyyət həm də məhz onundur. Haqqını vermək lazım. Bir müxalif partiyanın sədri kimi, sosial-iqtisadi vəziyyətin ağırlığından, korrupsiyadan, rüşvətxorluqdan, məmur özbaşınalığından, insan haqlarının pozulmasından, məhkəmə hakimiyyətinin azad olmamasından, seçki pozuntularından danışıb tənqiq etdiyimiz kimi, qələbəni də öyüb təbrik etməyi bacarmalıylq. Həm də təkcə təbrik etməklə görəvimizi bitmiş hesab etməməliyik. Milli məsələ, sərhədlərin bağlanması və keçid məntəqəsinin yaradılması iqtidarın vəzifəsidirsə və vəzifəsinin öhdəsindən gəlibsə, qorumaq və təzyiqlərə qarşı durmaq, sinə gərmək hamımızın işidir - iqtidarın da, müxalifətin də, vətəndaş cəmiyyətinin də, mətbuatın da, vətəndaşlarımızın da... Burda mən, sən yoxdur, iqtidar-müxalifət yoxdur, demokrat-avtoritar, millətçi-liberal yoxdur. Burda biz varıq - Azərbaycan və özünü azərbaycanlı hesab edən hər kəs. Rusiya da, İran da, Avropa da, demokratik dediyimiz dünya da üstümüzə gələcək. Bizdən haqqımızdan və hüququmuzdan əl çəkməyimizi istəyəcəklər. Bir addım da geri qoymamalıyıq. Bu savaşda iqtidarı da, onun rəhbəri Prezident İlham Əliyevi də heç bir bəhanə ilə yalnız buraxmamalıyıq. Bu demokratiya, insan haqları, korrupsiya, seçki davası deyil. Bu Azərbaycan davasıdır, milli davadır. Kimsə qeyri-demokratlığı, nə bilim daha nəyi bəhanə gətirərək Azərbaycan davasından yaxasını kənara çəkməsin. "Ay Ermənistanda demokratiya bizdən üstündür", "hardasa uşaq pulu verirlər, bizdə yox", "Qarabağda yaşayan ermənilər bizə niyə birləşsin" deyənlər, sadəcə unutmasınlar ki, bu neqativlərin olması kiməsə separatçılıq etməyə haqq vermir, siz isə düşmən dəyirmanına su tökməməlisiniz. Onlar da Azərbaycan vətəndaşı kimi buyursunlar, demokratik cəmiyyət quruculuğu istiqamətində hamılıqla mübarizə aparsınlar. Daha nəsə yoxdursa, Vətən bölməyə kimsənin haqqı yox... Unutmayın, iqtidarın siyasətini qəbul etməyənlər müxalifət, Vətən, milli məsələlərdə yanlış edənlər xain adlanır... P. S. Bu qələbənin əsasını 44 günlük savaşın şəhidləri və qaziləri qoyublar. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Şəhid ailələrinə səbir və mətanət arzulayıram. Onların haqqı ödənilməz!!!
İqbal Ağazadə Ümid Partiyasının sədri
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|