İran hakimiyyəti “Hüseyniyyun”dan niyə imtina etdi? - Ərəstun Oruclu ilə MÜSAHİBƏ
Tarix: 2-05-2023, 08:34 | Çap et
Azərbaycana qarşı fəaliyyəti ilə tanınan “Hüseyniyyun” terror qruplaşmasının üzvlərinin Qumda həbs edilməsi barədə məlumatlar yayılıb.
Təşkilatın təsmsilçiləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Azərbaycana ekstradisiyası ehtimalı barədə də fikirlər səsləndirilir. Bununla yanaşı, son günlər Azərbaycanla İran arasında gərginiyin nisbətən səngidiyi də müşahidə olunur.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Cebhe.info-ya müsahibəsində İranın Azərbaycana qarşı təhdidlərinin səngiməsi, gərginliyin azalmasının səbəbləri və bunun gözlənilən nəticələri ilə bağlı sualları cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir: - Son həftələr İranın Azərbaycana qarşı müharibə və terror ritorikasının “dostluq və qardaşlıq” mesajları ilə əvəz edilməsi müşahidə olunur. İranın bu bəyanatlarının nə qədər səmimi olması sual doğurur. Azərbaycan-İran münasibətlərində gərginliyin azalmasının əsl səbəbi nə ilə bağlıdır?
-İranın Azərbaycanla münasibətlərində son iki ildə gərginliyin yaranmasının başlıca səbəbi 44 günlük müharibənin nəticələridir. Azərbaycanın İranla həmsərhəd rayonları işğaldan azad etdi və həmin əraziləri öz nəzarətinə qaytardı. Bu ərazilər isə sanksiyalar altında olan İran üçün müəyyən bir kommunikasiya rolunu oynayırdı. Beynəlxalq terminologiyada buna “boz yol” deyirlər. Münasibətlərin gərgin mərhələyə keçməsinin bünövrəsi də həmin dövrdə qoyuldu. Digər səbəb isə Türkiyənin faktiki olaraq Cənubi Qafqaza təsirinin bu və ya digər dərəcədə artması ilə bağlıdır. İran həmişə Cənubi Qafqazda Rusiya ilə qismən ortaq maraqlara sahib olub. Təbii ki, hər iki ölkə arasında ziddiyyətlər də olub. İranın Türkiyə ilə maraqları isə diametral ziddiyyət təşkil edib. Ona görə də İran Azərbaycana təzyiq göstərməyə, təhdidlər etməyə başladı. Hətta hərbi addımlar atdı, hərbi təlimlər, Azərbaycan səfirliyinə qarşı terror aktı təşkil edildi. Nəhayət, Azərbaycan tərəfindən cavab tədbirləri görüldü. Yüzlərlə şəxs həbs edildi. Strateji baxımdan, Azərbaycanla İran arasında əsas ziddiyyət Şimal-Cənub dəhlizi ilə bağlıdır.
Artıq Hindistan həmin dəhlizin çəkilməsinə başlayıb və 7200 kilometrlik məsəfədə kommunikasiyaların inşası işlərini həyata keçirir. İran bu prosesdə Hindistanla yanaşı, həm də Rusiya ilə tərəfdaşdır. Amma bu dəhliz Azərbaycan ərazisindən keçir. İranın Azərbaycana olan qısqanc, düşmən münasibəti bu məsələdən qaynaqlanır. Amma İranın Azərbaycana qarşı düşmənçiliyinin arxasında həm də Rusiya dayanır. Yəni bu, yalnız İranın təşəbbüsü deyil. Azərbaycana yönəlik təhdidlər əsasən İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən edilir. SEPAH da Rusiya ilə yaxın tərəfdaşdır. Amma İranın istiblişmenti kifayət qədər mürəkkəbdir. Orada Qərblə də, Türkiyə ilə də əməkdaşlıq tərəfdarları var. Yəni bu, bir daxili münaqişənin təzahürüdür. Görünür, son zamanlar İranda siyasi hakimiyyətin təsiri güclənib. Çox güman ki, SEPAH-ın xarici siyasi fəaliyyətlərinə tətbiq olunması Azərbaycanla münasibətlərin başqa bir məcraya yönəlməsinə səbəb olub. Yəni münasibətlər əvvəlki məcrasına qayıdır.
- İranın mövqeyindəki kardinal dəyişikliklər fonunda “Hüseyniyyun” terror qruplaşmasının üzvlərinin Qumda həbs edilməsi barədə yayılan xəbər əslində çoxları üçün gözlənilməz oldu. Sizcə, İranın bu addımı Azərbaycanın tələblərini yetirmək məqsədi daşıyır, yoxsa Tohid İbrahimbəyli və Orxan Məmmədovun saxlanılması hansısa şərtlərin irəli sürülməsi qarşıdılığında “siyasi bazarlığa” hesablanıb?
- Mən bunu daha çox daxili səbəblərlə izah edirəm. “Hüseyniyyun” təşkilatı daha çox SEPAH-ın və onun Qüds korpusunun 2020-ci ildə öldürülmüş komandanı, general Qasim Süleymaninin xeyir-duası ilə yaradılıb. Hətta bu terror qruplaşmasına İran vətəndaşlarının üzv olmaq hüququ yoxdur. Amma buna da icazə verilib. Qasim Süleymani SEPAH-ın xarici siyasətini faktiki olaraq həyata keçirən şəxs olub. “Qüds” korpusunun ayrıca iqtisadi və hərbi dayaqlarına, kəşfiyyat strukturuna malikdir. Onun da Azərbaycana qarşı “Hüseyniyyun”u yaratması və istifadə etməsi mümkündür. Ona görə də hesab edirəm ki, İranda siyasi hakimiyyət səfərbər olundu və Azərbaycanla münasibətlərə problem yaradan bu infrastrukturu sıradan çıxartmağa başladı.
- Artıq İran hakimiyyətinin “Hüseyniyyun” layihəsindən imtina etdiyini deyə bilərik?
- Mümkündür. Böyük ehtimalla belədir.
- Bəs Tohid İbrahimbəyli, Orxan Məmmədov və digər “hüseynçilər”in Azərbaycana ekstradisiyası mümkündür?
- Mümkün olmayan bir şey yoxdur. Bu, siyasi niyyətdən, münasibətlərin səviyyəsindən asılıdır. Amma İranın xarici siyasət baxış-bucağından nəzər saldıqda, onları Azərbaycana təhvil verməsi real deyil. Çünki İran onlarla ölkənin vətəndaşını öz ərazisində gizlədib və bu cür fəaliyyətə cəlb edib. Onların Azərbaycana təhvil verilməsi digərilərində də İrana qarşı etimadsızlıq və şübhələr yarada bilər. Ona görə də Tohid İbrahimbəyli və Orxan Məmmədovun Azərbaycana ekstradisiyası ehtimalı var, amma çox deyil.
- İbrahim Rəisinin Prezidentl seçilməsindən, xüsusilə də İranda ötən il etiraz aksiyalarının başlamasından sonra SEPAH-ın yüksək rütbəli zabitlərinin icra hakimiyyəti orqanlarında inzibati vəzifələrə təyin olunmasına başlanıldı. Hətta bu proses İranda hərbçilərin hökuməti ələ keçirməsi kimi şərh edildi. İndi siyasi qanadın güclənməsi ilə SEPAH-ın icra hakimiyyəti üzərində təsiri azalır?
- Bunu söyləmək hələ çətindir. Çünki SEPAH nəhəng infrastruktura malik bir qurumdur. Onun infrastrukunun siyasi, iqtisadi, hərbi, hüquqi elementləri var. Görünür, İranın daxilində ən azı iki qrup arasında böyük mübarizə gedir. Söhbət siyasi qanadla SEPAH-dan gedir. Bunun nəticəsinin nə olacağını demək çətindir. SEPAH-ın özünün də “Bəsic”, “Qüds” və digər qolları var. Bundan başqa İslam İnqilabı Keşikçiləri Korpusu qaçaqmalçılığa nəzarət edir. Bu isə İran iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Ona görə də SEPAH-ı hakimiyyətdən kənarlaşdırmaq çətindir. Amma buna cəhdlər görünür. Həsən Ruhaninin siyasətə dönüşü, Əli Laricaninin yenidən fəallaşdırılması hakimiyyətin siyasi qanadını gücləndirmək məqsədi daşıyır.
- Azərbaycan-İran münasibətlərində müşahidə olunan yumşalma rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində dəyişikliyə ümid yaradırmı?
- Xeyr. İran prinsipial məsələlərdə öz mövqeyində qalacaq. Bu münasibətlərdə sadəcə, yumşalma baş verə bilər. Bundan başqa, Azərbaycan-İran münasibətlərində dostlaşma, tərəfdaşlıq olmayacaq. Çünki İran rejiminin ideologiyası Azərbaycan dövlətinin mövcudluğunu özü üçün təhdid kimi qəbul edir. Bu mövqe isə dəyişməyəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|