Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

"Bu gündən imza toplamaq prosesinə start verəcəyik" - Əyyub Kərimli
Tarix: 24-07-2024, 08:44 | Çap et
"Bu gündən imza toplamaq prosesinə start verəcəyik"
İqtisadçı ekspert Əyyub Kərimli sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. O namizədliyini 24 saylı Nizami birinci seçki dairəsindən irəli sürüb. Sənədlərini MSK-ya təqdim edən iqtisadçı imza vərəqələrini də götürüb. Artıq imzatoplama prosesinə də start verilib. Bu barədə Əyyub Kərimli “Sherg.az”a müsahibəsində deyib.

Maraqlıdır, parlament seçkilərinə qoşulmaq istəyi haradan qaynaqlandı?
- Əvvəla onu deyim ki, sentyabrın 1-i ölkəmiz və xalqımız üçün daha bir əlamətdar və əhəmiyyətli seçkilərdən olan Milli Məclis seçkiləri keçiriləcəkdir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında çox əsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan, yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin davamlı inkişafı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, Böyük Qayıdış proqramının uğurla icrası, Azərbaycanın regional və qlobal miqyasda əsas aktorlarından birinə çevrilməsi hər birimiz üçün böyük iftixardır. Əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün suveren ərazilərimizdə ilk dəfə olaraq Milli Məclis seçkiləri təşkil olunacaqdır. Yuxarıda qeyd etdiklərim, uzun illərdir ölkə həyatının bütün ictimai–siyasi proseslərində yaxından iştirak edən iqtisadçı-ekspert, müəllim, vətəndaş cəmiyyəti institunun fəallarından biri kimi mənə - parlament seçkilərində iştirak üçün stimul verdi. Seçkilərin tam şəffaf və demokratik keçiriləcəyindən, xalqın iradəsinə söykənən bir seçki olacağına əminəm.

- Niyə məhz Nizami rayonundan namizədliyinizi irəli sürdünüz?
- 15 ildən çoxdur Nizami rayon sakiniyəm. Bu illər ərzində ölkənin nüfuzlu ali təhsil müəssisələrindən olan Dövlət İdarəçilik Akademiyasının müəllimi, iqtisadçı ekspert və vətəndaş cəmiyyəti institutunun fəal üzvərindən biri olaraq dünyada və ölkəmizdə, eləcədə yaşadığım rayondakı vəziyyətlə yaxından tanış olmaq imkanı qazanmışam. İqtisadçı ekspert kimi dövri mətbuatda müntəzəm şəkildə çıxışlar edərək, eləcə də müzakirələrə qatılaraq ölkə həyatında baş verən sosial-iqtisadi hadisələr barədə vətəndaşların məlumatlandırılması işində fəal iştirak etmişəm və mövcud olan müəyyən çətinliklərin həlli istiqamətində öz təkliflərimi vermişəm.
Qeyd etməliyəm ki, ölkə vətəndaşlarını, eləcədə Nizami rayon sakinlərini düşündürən və onları maraqlandıran məsələlər, ələlxüsus sakinlərimizin üzləşdikləri çətinliklərin həlli yolları ilə bağlı aydın təsəvvürüm var. Bütün bunları nəzərə alaraq onları Milli Məclisdə layiqincə təmsil etmək, narahatlıq doğuran məsələləri parlamentdə aktiv müzakirə etmək, səslərini icra strukturlarına çatdırmaq üçün Nizami rayon sakinlərinin dəstəyinə inanaraq 24 saylı birinci seçki dairəsindən müstəqil və bitərəf namizəd kimi seçkilərə qoşulmuşam.
Bu gündən imza toplamaq prosesinə start verəcəyik. Hər kəsin dəstəyinə, imzasına böyük ehtiyac var. İmza vermək istəyən hər kəs qərargahımızla və ya mənimlə əlaqə saxlaya bilər. Nümayəndələrimiz özləri yaxınlaşıb imzaları qeydə alacaqlar. Onu da xatırlatmaq istəyirəm ki, hər bir seçici istənilən sayda namizədə imza verə bilər.
Dairənin hüdudlarına əsasən R. Rüstəmov, Ş. Mirzəyev, Özbəkistan, Naxçıvanski küç bir hissəsi, Q,Qarayev prospekti, Şərifli və buna yaxın küçələr aiddir.

- Seçki platformanız necə olacaq, şüarınız nədir?
- Bilirsiniz ki, yenidən seçiləcək Milli Məclisin qarşısında ölkə başçısının yürütdüyü müdrik siyasət və apardığı islahatlara adekvat olaraq yeni çağırışlar dayanmaqdadır. İnsanlarımız da daha çox fəal, aktiv və peşəkar millət vəkilini arzulayırlar. Regionlarımızın da bu islahatlardan maksimum faydalanmasına, yerli əhalinin rifahının artırılmasına, sahibkarlığın inkişafına, turizm potensialının yüksəldilməsinə, məşğulluğun təmin edilməsinə töhfə vermək məqsədi ilə ölkə qanunvericiliyinin təkmilləşməsi və inkişafı prosesində aktiv iştirak edərək parlament seçkilərinə qoşulmaq istədim. Hesab edirəm ki, ötən illər ərzində qazandığım bilik və təcrübə millət vəkili kimi doğma vətənimiz üçün daha faydalı olmağıma, seçiciləri ləyaqətlə və peşəkarlıqla təmsil etməyimə imkan verəcək. Yeniyə və yeniliyə imza atın.

- Sözügedən seçki dairəsindən namizəd olan digər şəxsləri tanıyırsınızmı? Onlarla mübarizədə şansınızı necə dəyərləndirirsiniz?
- Dairədən aldığım məlumata əsasən 24 saylı Nizami birinci seçki dairəsindən 10 namizəd var. Yeni Azərbaycan partiyası da həmin dairədən öz namizədini irəli sürüb. Həmin şəxslə nə qiyabi, nə də əyani tanışlığım var. Bildiyim qədər ilə keçmiş millət vəkili Könül xanım Nurullayeva da təkrar həmin dairədən namizədliyini irəli sürüb. Namizədlərin sayı kifayər qədər çox olduğu üçün rəqabətin də yüksək olacağını zənn edirəm. Bu baxımdan daha hazırlıqlı olmalı, təbliğat- təşviqat kampaniyasını fərqli ideyalar və platformalar üzərindən qurmaq lazımdır. Düşünürəm ki, məhz bu rəqabət mənə daha kreativ düşünməyə və yeni ideyalarla seçicilərin qarşısına çıxacağıma kömək olacaq. Marafonda iştirak edəcək hər bir namizədə uğurlar arzulayıram. Əsas söz sahibi seçicilər olacaq və məhz onlar 7-ci çağırış parlamentdə onları təmsil edəcək şəxsi seçəcəklər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru