İCAZƏLİ MÜXALİFƏTÇİLƏRİN “SİYASİ FƏRARİLİYİ”... - Partiya sədrləri niyə deputatlığa namizəd olmurlar?
Tarix: 26-07-2024, 13:00 | Çap et
 “Azərbaycanda müxalifət yoxdur” deyənləri bəzən qınayırlar və ictimai müzakirələrdə buna ən çox etiraz edənlər də məhz həmin “müxalif partiya” sədrləri, eləcə də “avtobus müxalifəti” ifadəsindən inciyən məlum şəxslərdir.
Lakin hazırda imzatoplama kampaniyası davam edən parlament seçkisinin ilk mərhələsi göstərdi ki, doğrudan da özlərini müxalifət partiyası, müxalifət lideri adlandıranların böyük əksəriyyətinin davranışları siyasi müxalifət, siyasi mübarizə anlayışları ilə qətiyyən üst-üstə düşmür və daha çox siyası bazarlıq, mənfəətpərəstlik, alış-veriş anlayışlarına uyğundur...
Görünən odur ki, üzdə olan müxalif partiya sədrlərinin əksəriyyəti seçkidə deputatlığa namizəd kimi iştirakdan ya imtina ediblər, ya da hələ qərar verməkdə çətinlik çəkir, “gah nala, ah mgıxa vururlar”. İştirak edənlər isə haranı "məsləhət" bilirlər, oradan namizəd olurlar...
Bu sıraya Ümid partiyasının sədri İqbal Ağazadəni, Musavat rəhbərləri İsa Qəmbəri, Arif Hacılını, Ədalət partiyasının sədri İlyas İsmayılovu, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlını və digərlərini aid etmək olar. Maraqlıdır ki, bir çox partiya sədrləri əvvəlki seçkilərdə heç olmasa namizəd kimi iştirak edir, mandat üçün mübarizə aparır, ya da ən azından mübarizə görüntüsü yaradırdılar, ancaq məlum razılıq verilmədiyi üçün deputat ola bilmirdilər. “Mübarizələri” də bununla bitirdi. Bu dəfə isə nəinki deputat, hətta namizəd olmaq üçün icazə, razılıq gözləyirlər...
Məsələn, İqbal Ağazadə əvvəlcə səs-küylə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən deputatlığa namizədliyini verdi. Sonra nə oldu, nə baş verdi, bilinmədi və ərizəsini geri götürdü. Onun öz dilindən ifadə edilən rəsmi izahı isə belə oldu: “Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.
Yəni, guya partiyanın idarə heyəti “məsləhət bilməyib”.
Hələ seçiciləri, medianı və s. bir tərəfə qoyaq, görəsən həmin "idarə heyətində" oturanların özləri bu tragikomik bəhanəyə inanırlarmı? Hamıya yaxşı məlumdur ki, əsl səbəb, son dövrlərin dəbdə olan "prikolu" ilə desək, "həkim rəyinin", yəni mandat veriləcəyinə "qarantiyanın" olmamasıdır.
Yaxşı, sadaladığımız və sadalamadığımız partiya sədrləri nəinki deputatlıq, hətta deputatlığa namizədlik üçün də icazə gözləyirlərsə və buna qarşı gedəcək, mübarizə aparacaq cəsarətə, siyasi iradəyə malik deyillərsə, o zaman belə müxalifətçiliyin nə mənası, nə əhəmiyyəti, cəmiyyət üçün nə xeyri var?
Nə prezident seçkisində, nə də parlament seçkisində iştirak etməyən bir partiya sədri hansı adla, hansı məntiqlə siyasətdə və partiya sədrliyində qalır?
Özünü siyasətçi, partiya sədri adlandırsa da, deputatlığa namizədlik pilləsinə belə qədəm qoymaq üçün icazə gözləyən, bu icazəni almadıqda isə acizlik göstərən birisi hansısa siyasi liderlikdən dəm vurmaq, xalqın, dövlətin gələcəyi ilə bağlı böyük-böyük siyasi-fəlsəfi fikirlər söyləmək haqqına malikdirmi? Bunun adı siyasi mütilik, acizlik, hətta fərarilik deyil də, nədir?
Bu partiya sədrləri üçün maraqlı bir nümunə göstərə bilərik. Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov MSK-nı və həmin qurumun sədri Məzahir Pənahovu onun namizədliyini qeydə almadığı üçün sərt tənqid etdi. Beləliklə də təkbaşına bu partiya sədrlərinin topasından daha böyük cəsarət və iradə ortaya qoymuş oldu.
O da maraqlıdır ki, bu partiya sədrləri öz namizədliklərini vermədikləri halda partiyadakı sədr müavinlərini və digər partiya təmsilçilərini qabağa veriblər. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini deyib. Lakin partiyadan son Milli Məclisdə təmsil olunan deputatlar Fəzail İbrahimli və Rafael Hüseynovun namizədliyi yenidən irəli sürülüb.
Yaxud, Müsavat başqanı İsa Qəmbər seçkiyə getmir, amma sabiq deputat İkram İsrafil də daxil olmaqla, xeyli sayda namizəd irəli sürür. Eyni mənzərə digər partiyalarda da var. Yaxşı, bu nə siyasi bazarlıq, nə alış-veriş, nə sövdələşmələrdir belə?
Bütün bu baş verənlər bir daha göstərir ki, Azərbaycanda normal siyasi mühitin, seçki gündəminin, siyasi fəallığın, nəhayət, əhalidə siyasətə və siyasətçilərə qarşı laqeyidliyin, inanmsızlığın kökündə duran səbəblərdən biri də məhz bu onurğasız “müxalifət liderləri”nin iradəsizliyi, siyasi fərariliyi və alverçiliyidir...
“AzPolitika.info”

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Dünən, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58 |
|
|
|
|