Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                     "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" .....                     Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                     Gənc şair faciəvi şəkildə öldü .....                     Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                     Zakir Fərəcov səyyar qəbul keçirdi .....                     Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi .....                     Anasının il mərasiminə getmişdi, özünü güllələdi .....                     Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb .....                     Ermənistan COP29-a GƏLƏCƏK? .....                     Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib .....                     Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... .....                     Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir? .....                     Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? .....                     Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? .....                     Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ .....                     Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi .....                 

“Qələbə bizdə arxayınlıq yaratmamalıdır və ... ” - Mübariz Göyüşlü
Tarix: 1-08-2024, 09:48 | Çap et
 “Qələbə bizdə arxayınlıq yaratmamalıdır və ... ”
Gənc nəslin milli vətənpərvər ruhda böyüməsi üçün həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif proqramlar həyata keçirilib, müəyyən təbliğat işləri aparılıb. Amma zaman-zaman ölkəyə kənar müdaxilələr, müxtəlif beynəlxalq təşkilatların öz təbliğatlarına gəncləri alət etməsi faktları bu işlərin yetərli olmaması qənaəti yaradır. Mütəxəssislər hesab edirlər ki, gənclər adət-ənənələrinə bağlı olsalar, dəyərlərinə sadiq olsalar, kimlərinsə təbliğat toruna da düşməzlər. Bəs gəncləri, yeniyetmələri bu cür yad ünsürlərin təsirindən necə qoruyaq? Bu sahədə dövlətin və vətəndaş cəmiyyətinin üzərinə nə kimi öhdəliklər düşür?

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb. Onun sözlərinə görə, hər bir xalqı, dövləti var edən onun milliliyi, mədəniyyətinə, tarixinə, mənəvi dəyərlərinə, tarixi şəxsiyyətlərinə, adət-ənənələrinə bağlılığıdır: “Xüsusən də gənc nəslin vətənpərvər, torpağına, xalqına, dövlətinə bağlı bir ruhda böyüməsi çox vacibdir. Nəzərə alsaq ki, hazırkı qloballaşma, internet əsrində milli mədəniyyətlərin üzərinə "kütləvi mədəniyyət" deyilən hər cür qarışıqdan, zərərli ideyalardan ibarət olan bir təhlükə gəlir, o zaman milli kimliyin, ona bağlılığın, vətəndaşılarını, gənclərini vətənpərvər ruhda böyütmənin nə qədər vacib olduğu bəlli olur. Azərbaycanda bu istiqamətdə istər dövlət qurumları, istər QHT-lər, istər media, istər təhsil, istərsə də digər strukturların təmsilçiləri fəal çalışmalar gerçəkləşdirirlər. Bu vətənpərvərlik çalışmalarının nəticəsini biz 44 günlük Vətən müharibəsində (o cümlədən ondan əvvəl və sonra baş verən hərbi toqquşmalarda, antiterror tədbirlərində) hərbiçilərimizin, gənclərimizin göstərdikləri qəhrəmanlıqlarda gördük. Torpaq uğrunda gözünü qırpmadan şəhadətə gedən, düşməni məhv edən şəhidlərimiz, qazilərimiz və bütün müharibə iştirakçıları olan hərbiçilərimiz vətənpərvərlik ruhunda, milli düşüncədə, mənəvi dəyərlərinə bağlı şəkildə yetişmişdilər.

Bütöv bir gənc nəsil Qarabağ həsrəti, yanğısıyla böyüdü, tərbiyə aldı və torpaqlarımızın işğalı ilə barışmadı, onu qəbul etmədi. Azərbaycançılıq ideologiyası millətimizi, onun gənclərini təşkilatlandırdı və 2020-ci ildə (ondan sonra daha bir neçə il ərzində) torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz tam təmin edildi. Yeri gəlmişkən, torpaqlarımız işğalda olarkən bəzən gənclərimizə qarşı tənqid, bəzən də çox kəskin və sərt fikirlər ünvanlanırdı. Onların işğal tarixlərini bilməməsi faciəvi bir hal kimi təqdim olunur, bir sıra hallarda gənclərimiz hətta aşağılanırdı. Amma bizlər bilmirdik ki, qəhrəmanlıqlar törədəcək, adını tarixə yazdıracaq bu gənc nəsil işğal tarixlərini öyrənmək, onu yadda saxlamaq istəmirmiş. Onlar yeni tarix yazmaq, azad, bütöv, güclü Azərbaycan tarixi formalaşdırmaq və onu yadda saxlamaq istəyirmiş. Bunu da öz qanları və canları ilə etdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və bütün müharibə iştirakçılarımıza cansağlığı versin".

Ekspert əlavə edib ki, böyük dövlətlərin və dünyanı idarə etməyə iddialı olan təşkilatların, qrupların iddiasının əksinə olaraq milli ideologiyanın, milli ideyanın, vətənpərvərlik, millətçilik təbliğatının çox vacib bir məsələ olduğunu elə bu nümunədən də görürük: “Millət, onun gəncləri ali məqsədini, hədəfini - milli ideologiyasını bilməsə bunsuz inkişaf edə, təhlükəsizliyini təmin edə, dünyadakı amansız rəqabətdə mövcudluğunu saxlaya bilməz. Bizim də ideologiyamız azərbaycançılıqdır. Azərbaycançılıq - bizi yaşadan, dövlət qurmaq üçün güc verən, dövlətimizi var edən, Qarabağımızı işğaldan azad etməyə bizləri təşkilatlandıran ali ideyamızdır. Azərbaycançılıq özündə çox şeyi ehtiva edir. Bu ideologiyada türklüyün və İslamın Azərbaycan Respublikasının sərhədləri daxilində mövcudluğu, milli-mənəvi dəyərlərimiz, şanlı tariximiz, ölkəmizdə bütün millətlərin mehriban, dinc, yanaşı yaşaması, müasirliyimiz, vətənpərvərliyimiz, adət-ənələrimiz və s. xalqımız üçün önəmli ideoloji məqamlar əksini tapıb. Bunu mənimsəməli və gənc nəslə daha çox təbliğ etməliyik.

Azərbaycan SSRİ-nin amansız işğalında olan zaman millətimizin əsas ideyası müstəqil olmaq idi. Gizli və aşkar mübarizələrlə nəhayət ki, buna 1991-ci ildə nail ola bildik. Lakin təəssüf ki, azadlığın dadını çıxara bilmədik. Rusiyanın dəstəyi ilə Ermənistan torpaqlarımızı işğal etdi, başımıza olmazın müsibətlərini gətirdi. Buna görə də 30 il ərzində bizim millətimizin, gənclərimizin əsas ideyası Qarabağın işğaldan azad edilməsi oldu. Artıq Qarabağ işğaldan azad olub, məcburi köçkünlər öz torpaqlarına qayıdır, quruculuq, abadlıq işləri görülür. Sual yaranır ki, bundan sonra bizlərin əsas ideyası nə olmalıdır? Millətimizi, gənclərimizi hansı ideya üzərində təşkilatlandırmalı, birləşdiməliyik? Hesab edirəm ki, bundan sonra bizim əsas ideyamız güclü dövlət qurmaqdan ibarət olmalıdır. Sosial ədalət əsaslı, qanunların aliliyinin qorunduğu, rüşvət və korrupsiyanın kökünün kəsildiyi, dövlətin imkanlarının hər kəs üçün əlçatan olduğu cəmiyyətdən ibarət olan bir dövlət qurmalıyıq. Qələbə bizdə arxayınlıq yaratmamalı, daha çox çalışmağa yönləndirməlidir.

Bunu da yenə vətənpərvər, milli-mənəvi dəyərlərinə bağlı olan gənclərimizlə, onların iştirakı və dəstəyi ilə quracağımıza da inanırıq".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24
Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22
Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19
Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17
Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11
Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07
İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03
Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00
“Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56
Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53
Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52
Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru