MSK qeydə alınmış namizədlərin kimliyini niyə gizli saxlayır? -CAVAB
Tarix: 6-08-2024, 15:50 |
Çap et
1 sentybr – parlament seçkilərində namizədlərin qeydə alınması prosesi xeyli müddətdir ki, başlasa da nədənsə Mərkəzi Seçki Komissiyası həmin namizədlərin kimliyini gizli saxlayır.
Belə ki, MSK-nın sədri Məzahir Pənahov mindən yuxarı namizədin qeydiyyata alındığı desə də qurumun rəsmi saytında həmin namizədlərlə bağlı hər hansı bir məlumat yerləşdirilməyib.
Məsələ ilə bağlı Gununsesi.info-nun sorğusunu cavablandıran Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Şahin Əsədli bildirib ki, seçki Məcəlləsinin tələblərinə əsasən Milli Məclisə seçkilərdə qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericiliklə müəyyənləşdirilən müvafiq dövri nəşrlərdə dərc edilir:
” Qarşıdan gələn seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı qanunvericiliyin tələbləri gözlənilməklə, qeydiyyat mərhələsinin yekunlaşdığı ərəfədə dərc olunması nəzərdə tutulur. Avqustun 9-u qeydiyyat mərhələsi başa çatdığı üçün seçkiqabağı təşviqat kampaniyası başlayacaq”.