ƏFQANISTANDA “MƏHSUL” BOLLUĞUDUR
Tarix: 17-10-2011, 11:27 |
Çap et
“ONA GÖRƏ DƏ AZƏRBAYCAN HAZIR OLMALIDIR”
Azərbaycanın işğal olunmuş ərazilərində becərilən narkotik vasitələr qanunsuz dövriyyəyə çıxarılır.
Bu barədə jurnalistlərə açıqlamasında BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin icraçı direktoru Yuri Fedotov bildirib.
Onun sözlərinə görə, Əfqanıstanda tiryək istehsalı 61% artıb: “Ona görə də Azərbaycan və digər ölkələr ordan axına hazır olmalıdırlar”.
Y.Fedotov qeyd edib ki, əgər Əfqanıstanda əvvəllər narkotik istehsal etməyən vilayətlərin sayı 20 idisə, hazırda 17-yə düşüb: “Rəsmi statistikaya görə, narkotik istehsalı Əfqanıstanda təkcə ÜDM-in 10%-ni təşkil edir”.