ƏSƏD MÜAXLİF QIRĞININI DAVAM ETDİRİR
Tarix: 20-10-2011, 12:31 |
Çap et
SON OLAYLAR ZAMANI 22 NƏFƏR ÖLDÜRÜLÜB
Oktyabrın 19-da Suriyanın müxtəlif şəhərlərində keçirilən kütləvi nümayişlər zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 22 nəfər həlak olub. Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib.
Suriyada hökumət əleyhinə etiraz aksiyaları təqribən yeddi aydır ki, davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, indiyə qədər toqquşmalar nəticəsində ölənlərən sayı 3 min nəfəri keçib. Suriya hökuməti isə hər iki tərəfdən 1,5 min nəfərdən çox insanın öldüyünü bildirir. Ölkə müxalifəti Prezident Bəşşar əl-Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edir. ABŞ və Avropa İttifaqı əl-Əsədi istefaya getməyə çağırıb və Suriyaya qarşı sanksiyaların tətbiq edilməsində təkid edirlər.
Oktyabrın 4-də Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar. Sənəd, Suriya hakimiyyəti tərəfindən ölkədə müxalifətə təziyiqin davam etdiriləcəyi halda, sanksiyaları nəzərdə tutur.