“MÜXALİFƏT BİR ARAYA GƏLMƏLİDİR”
Tarix: 20-10-2011, 13:15 | Çap et
“ƏRƏB İNQİLABININ ƏTRİ UÇUB GETDİKDƏN SONRA HAMI YÜNGÜL NARKOZDAN AYILACAQ”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “OLAYLAR”-a müsahibəsi
-Əli bəy, müxalifətin birliyi istiqamətində partiyalar arasında aparılan məsləhətləşmələr hansı mərhələdədir? -Oktyabrın 19-da Vətəndaş Hərəkatı Forumu çərçivəsində bizim növbəti məsləhətləşmələrimiz olacaq. Ola bilər ki, bu dəfə hansısa nəticələr əldə edilsin. Çünki artıq təşkilatlanma zərurəti yaranıb. Onu da qeyd edim ki, partiya liderlərinin müzakirəsinə çıxarılacaq iki prinsipial təklif var. Həmin təkliflərə münasibət nöqteyi- nəzərindən ola bilər ki, yaxın gələcəkdə hansısa təşkilatlanma barədə qərar qəbul edilsin. Hazırda bir qeyri-müəyyənlik hökm sürməkdədir. Belə ki, İctimai Palata formasında iki partiyanın təşkilatlanması, eləcə də Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyasının siyasi ittifaqı mövcuddur. Biz isə 6 il müttəfiqlik etdiyimiz Azərbaycan Liberal Partiyası ilə parlament seçkilərindən sonra münasibətlərimizi rəsmiləşdirə bilməmişik. Bu da partiyalar arasında davam edən məsləhətləşmələrlə əlaqədardır. Təşkilatlanma strukturunun ortada olmaması müəyyən işlərimizə ziyan da gətirir. Ona görə də hesab edirik ki, təşkilatlanma formasının ərsəyə gəlmə zamanı yetişib. Bizim üçün bu görüş çox böyük əhəmiyyət kəsb edir. İnanıram ki, digər partiyalar da bu qənaətdədirlər.
-Sizcə, həmin görüşdə müsbət bir nəticə əldə ediləcək? -Beş partiyanın mütəmadi olaraq görüşüb məsləhətləşmə aparması müsbət hadisə kimi qiymətləndirilməlidir. Ancaq təbii ki, nəticəli əlaqələrin olması daha arzuediləndir. Biz hesab edirik ki, cəmiyyətdəki situasiyanın, siyasi müvazinətin dəyişməsi üçün mütləq müxalifət bir araya gəlib təşkilatlanmalıdır. Çünki cəmiyyətin siyasətə qatılan və qatılmayan hissəsi arasında çox böyük fərq var. Ona görə də müxalifət təşkilatlanıb ölkədə ikiqütblü siyasi müstəvinin formalaşması istiqamətində qəti addımlar atmalıdır. Bunun isə birinci mərhələsi təbii ki, təşkilatlanmadan, cəmiyyətə ünvanlanmış düzgün mesajlar və atılan doğru addımlardan keçir. Cəmiyyətə müxalifətin ünvanını aydın göstərməyi bacarmalıyıq ki, siyasi situasiyanın dəyişməsində maraqlı olan cəmiyyət nümayəndələri prosesə qoşula bilsinlər. Əgər biz bunu edə bilməsək vəziyyətin dəyişməsi mümkün olmayacaq. Ona görə də müxalifətin təşkilatlanmasını çox vacib və zəruri bir addım kimi qiymətləndiririk. Çalışacağıq ki, apardığımız işlərdə nəticəli bir fəaliyyət olsun.
-Sizə elə gəlmirmi ki, müxalifət bu kimi nəticəsiz danışıqlarla zaman itgisinə yol verir? -Müxalifətin zaman itgisinə yol verdiyi barədə deyilənlərlə razılaşıram. Bu da keçmişin acı təcrübəsi ilə bağlıdır. Hesab edirəm ki, ilk növbədə müxalifətin bir araya gəlməsinin şərtlərini müəyyənləşdirmək lazımdır. Bizi ayıran məsələlərin uzlaşmasına yönəlik cəhdlərdən daha çox hamının siyasi maraqlarına uyğun olan addımların atılması istiqamətində təşkilatlanmaya qərar verilməlidir. Bir qism müxalifət partiyaları hesab edirlər ki, yanaşmada fərqlilik olmalıdır. Bu gün müxalifət düşərgəsində çox ciddi təşəbbüslər var ki, müxalifət vahid komanda halına gəlsin, seçkiyə yönəlik namzədini müəyyənləşdirsin. Digər yanaşma tərəfdarları isə hesab edirlər ki, vahid namizəd, komanda məsələsi bir qədər sonrakı dövrün vəzifəsdir və hazırda hamının marağına uyğun olan dəyişikliklərin edilməsi lazımdır. Bu sıraya Seçki Məcəlləsinin, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və s. daxildir. Bu kimi məsələləri əsas götürüb daha geniş çevrədə əməkdaşlıq təklif edən tərəflər də var. Hazırda daxili müzakirələrdə bu məsələ çox qabarıq təzahür edir. Aparılan məsləhətləşmələr də göstərəcək ki, hansı fikir tərəfdarları daha çoxdur.
-Hazırkı situasiyada vahid namizəd məsələsinin gündəmə gəlməsinin tərəfdarısınızmı? - Vahid namizəd məsələsi bizi ayıran, müxalifətin bir araya gəlməsinə maneçilik törədən bir məsələdir. Ən başlıcası odur ki, bu gün həll edilməsi vacib olmayan məsələdir. Əgər ölkədə normal seçki mühiti mövcud deyilsə bu şəraitdə hansısa seçki üçün vahid namizədin müəyyənləşdirilməsi doğru deyil. Nəzərə alsaq ki, vahid namizəd olmağa namizədlərin sayı kifayətqədərdir, onda mütləq bu məsələ mübahisə mövzusuna çevriləcək və ayrılma nöqtələri meydana gələcək. Biz hesab edirik ki, müxalifət öz gücünü, imkanlarını siyasi şəraitin dəyişməsinə yönəltsin, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana cəlb etməyə nail olsun. Vahid namizəd məsələsi isə bir qədər sonra müzakirə edilə bilən mövzudir. Təbii ki, biz də hesab edirik ki, müxalifətin seçkilərdə vahid namizədi olarsa bu düşərgənin şansı artmış olar. Bunun da həlli üsulları var və dünyada belə praktika mövcuddur. Bu günlərdə Fransa sosialistləri öz vahid namzidlərini müəyyənləşdirə biliblər. Hətta vahid namizədin deyil, kölgə kabinetinin formalaşdırılması da yaxşı təklifdir. Ancaq ilk növbədə həlli vacib olan məsələlər var ki, məhz bu istiqamətlərdə fikirləşmək lazımdır.
-Növbəti görüş də Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının iştirakı olmadan keçiriləcək. Belə çıxır ki, adı çəkilən partiyalarla əməkdaşlıq istiqamətində bütün körpülər yanıb? -Yox belə demək olmaz. Hesab edirəm ki, vahid namizəd məsələsini çıxmaq şərtilə sadaladığım məsələlər ətrafında həmin iki partiyanın da mövqeyi eynidir. Onlar da İctimai Palatanın timsalında ölkədə normal seçki mühitinin yaranmasını, siyasi prosesləri şərtləndirən qanunların qəbulunu istəyirlər. Bütün bunlar həmin partiyaların marağı daxilində olan məsələlərdir. İnanıram ki, Vətəndaş Hərəkatı Forumu çərçivəsində ortada olan təşəbbüs nəticə verdikdən sonra təşkilatlanmış qruplar arasında məsləhətləşmələrin aparılması mümkündür. Bunun təzahürünü bir qədər sonra görəcəyik.
-Ancaq qarşı tərəf bu cür əməkdaşlığı yalnız İctimai Palata daxilində görür? -Biz İctimai Palata daxilində ola bilmərik. Bunu dəfələrlə bəyan etmişik və mövqeyimiz də dəyişməz olaraq qalır. İnanıram ki, bu məsələyə yaxın gələcəkdə də dəyişiklik etməyəcəyik. Ancaq qurumlar arasında əməkdaşlıq mümkündür. Onlar həmin qurumu təsis edib, yaradıblar, bu gün də onu yaşadırlar, çox yaxşı. Ancaq digər qurumlar da mümkündür və gələcəkdə təsisatı mümkün ola bilən birliklərin formulu üzərində düşünülür. Ən azı bizim iki partiya ALP və VİP yaxın gələcəkdə özünün təçkilatanma formatı barədə cəmiyyətə məlumat verəcək. Hesab edirəm ki, ərəb inqilabının ətiri uçub getdikdən sonra hamı yüngül narkozdan ayılacaq və başa düşəcəklər ki, heç bir millətə dəyişiklik nimçədə verilmir, onu əldə etmək laaımdır. Əldə etmək üçün də konkret mübariza aparmaq lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|