Cəlilabadda "torpaq davası" - Vətəndaş hakim özbaşınalığından yazır
Tarix: 6-08-2020, 11:01 | Çap et
Cəlilabad rayonu Muğan kənd sakini Ağayev Abasqulu Məşi oğlu məhkəmənin qətnaməsindən, hakimdən və köməkçisindən narazıdır. Şikayətçi "Demokratik.Az"-a müraciətində yazır ki, Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev rüşvət alaraq başına oyunlar açıb. "Cəlilabad rayonunun Muğan kəndində 62 sot həyətyanı torpağım, yanında da 68 sot pay torpağım var. Hər birinin də tam qaydasında sənədləri, yəni çıxarışı, texniki pasportu, torpaq sahəsinin plan və ölçüsü var. Yerim bərəkətli yerdir, 5 metrdən su çıxır, qara torpaqdır, nə əkirsən əla məhsul verir. Lakin mənim yerimə göz dikənlər var. Məhz torpağımın münbit və bərəkətli yerdə olmasına görə torpağıma bəzi kəndçilərim göz dikib və əlimdən almaq istəyirlər. Bu işdə onlara Cəlilabad rayon Məhkəməsinin bədnam və rüşvətxor hakimi Elxan Əmirəliyev kömək edir. Saxta sənədləri məhkəməyə doldururlar, Elxan Əmirəliyev də onların əsas götürərək iddianı qəbul eləyir. Neçə illərdi ki, Elxan Əmirəliyev məni girinc eləyib, çünki qarşı tərəfdən rüşvət alıb, çalışır işi həll etsin"-deyə vətəndaş şikayətində bildirir. Abasqulu Ağayevin sözlərinə görə, ilk əvvəl Ağayev Murtuz Mirzağa oğlu adlı kəndçisi məhkəmədə ona qarşı iddia qaldırıb ki, guya onun yerində iddiaçının 12 sot torpağı var. Və O, məhkəməyə saxta kopya təqdim edib. Hakim Elxan Əmirəliyev də onun iddiasını kopya sənədlə qəbul edib. Halbuki praktikaya əsasən, sənədlərin əsli olmadan, kopya ilə işə baxılmaz. Həmin kopya sənədlə 1 ildən çox məhkəmələrə çəkilən, mübahisələr edən şikayətçi idda edir ki, davalar düşüb, xəstələnərək sonda infarkt vəziyyətinə gəlib.
"Görün bu hakim puldan, rüşvətdən sarı mənim başıma nə oyunlar açdı! Tək mənim yox, rüşvət alaraq çox qurama iddialara baxıb, kopya, saxta sənədlərlə məhkəmələr aparıb, qeyri-qanuni qərarlar çıxarıb ki, bu barədə gələcəkdə sizlərə yazacam. Məni məhkəməyə verən Ağayev Murtuz Mirzağa oğlu sonra boynuna aldı ki, həmin kopya sənədi kompüterdə saxta yolla düzəldib hakimə vermişdi, çünki mən çox yerə yazdım, şükayətlər etdim, Elxan Əmirəliyev də məcbur qalıb iddianı təmin etmədi. 1 il məni aparıb gətirəndən, üzücü məhkəmə proseslərinə çəkəndən, dalbadal ekspertizalar göndərəndən, mənim ömrümü-günümü çürüdəndən sonra nəhayət iddianı təmin etmədi və məni rahat buraxdı. Mən yalnız Apelyasiya Məhkəməsində bilmişəm ki, Elxan Əmirəliyev 1 il imiş saxta, kopya sənədlə mənim işimə baxırmış. 1 il imiş mən əbəs yerə gedib gəlirmişəm. Elxan Əmirəliyev sadəcə tamaşa qurub məni ələ salırmış. Bundan sonra əsəbdən infarkt keçirtdim. Bundan bir neçə ay keçmiş Elxan Əmirəliyev həmin Ağayev Murtuzla əlbir olan Bayramova Qaraqız Tvox qızını yanına çağırdı, onu öyrətdi ki, iddia qaldır, təmin edəcəm. 4-5 aydır ki indi də Bayramova Qaraqız ilə məhkəmələşirəm ki, gedib gəlirik, hakim Elxan Əmirəliyev də bizə yox, qarşı tərəfə kömək edir. Təsəvvün edin ki, 65-66 yaşlı qoca arvad iddia qaldırıb ki, mənim 68 pay torpağıma verilmiş çıxarış, planı və ölçüsü ləğv edilsin. Onun burda nə marağı var? Cəlilabadda hamı bilir ki, Elxan Əmirəliyev kupça ləğv etmək üzrə mütəxəssisdir. O hamıya deyir ki, Kərəm Həsənovun, Əmlak Komitəsinin Cəlilabadda verdiyi kupçalar saxtadır. Neçə-neçə kupçanı ləğv elətdirir, Əmlak Komitəsini pis vəziyyətdə qoyur və işini pozur, insanlarda dövlət sənədinə şübhələr yaradır, ailələr arasında qırğınlar salır. Budur Elxanın fəaliyyətinin nəticəsi! Dövlət bu hakimin fəaliyyətinə hüquqi qiymət verməlidir"-deyə şikayətçi əlavə edir. Vətəndaş ardınca daha sərt ifadələrlə belə yazır: "Mənim kupçam var, amma Qaraqızın sənədinə fikir verin! Qaraqız da Murtuz kimi məhkəməyə saxta sənəd verib və Elxan da həmin sənədi əsas götürərək məni ittiham edir. Qaraqız məhkəməyə qeyri-qanuni yollarla alınmış sənəd verib ki, bu sənəddə göstərilir ki, guya Muğan kənd Bələdiyyəsi Şurası onlara pay torpağını verib, hətta alqı-satqı da edib. Bu harda görünüb? Azərbaycan qanunlarına görə Bələdiyyə pay torpağını alqı-satqı edə bilməz, sata bilməz, təkcə icarəyə verə bilər! Məgər Elxan bunu bilmir? Bilir, sadəcə rüşvət aldığına görə həmin sənədə əsasən “qaldırılmış” iddianı qəbul edib. Məqsəd nədir? Elxan bayaq dediyim Ağayev Murtuzdan rüşvət almışdı, saxta kopya ilə onun düz 1 il məhkəmə işini apardı, amma aşıra bilmədi, pul batdı. İndi Qaraqızı Murtuzun yanına qoşub ki, onun vasitəsilə mənə qarşı olan işi həll etsin, “borcdan” çıxsın. Mənim çıxarışım ləğv olunanda avtomatik torpağım havada qalacaq, onda Murtuz 12 sot yox, daha çox torpağa sahiblənə biləcək. Məqsəd budur. Elxan borcunu qaytarsın! Bunu da qeyd edim. Təsəvvür edin ki, Qaraqız o qədər arxayınlaşıb ki, həmin ərazidə ev tikib. Pay torpağında! Azərbaycanda harda görünüb ki, pay torpağında ev tikilsin? Bu qanunla qadağandır, çünki dövlət pay torpaqlarını vacib olan kənd təsərrüfatı məhsullarının əkilməsi üçün ayırır. Təyinatı da budur. Ev tikmək üçün isə ayrıca həyətyanı torpaq sahəsi verilir. Lakin Elxan bunlara göz yumur, çünki qarşı tərəfdən rüşvət alıb. Dövlət orqanları bilməlidir ki, hakim Elxan Əmirəliyev Cəlilabadda partapart Əmlak Komitəsinin verdiyi çıxarışları ləğv edir, pay torpaqlarına camaatı buraxıb evlər tikdirir. Puluna minnət. Cəlilabad Məhkəməsi açıb bazardır. Tək mən deyiləm, Elxan çoxlu adamın kupçasını ləğv edib. Tanışım, Abışabad kənd sakini Həsənov Rəhimin ailəsinin kupçasını da ləğv etdi. Qadının qaynı idda qaldırdı ki, o vaxt mən miras ərizəsinə qol çəkməmişəm, imzam saxtadır. Elxan Əmirəliyev də imzanı ekspertizaya göndərmək əvəzinə çıxarışı ləğv etdi, nəticədə qaynı qadını 4 uşaqla evdən çıxardı, çölə tulladı. Niyə belə etdi? Çünki Elxan Əmirəliyev katibi və dəllalı Şahin Sultanzadə vasitəsilə həmin adamdan 500 manat rüşvət almışdı. Hal-hazırda iş Şirvan Apelyasiyadadır. Elxan Əmirəliyev 500 manata dövlətin verdiyi kupçaları ləğv edir. Onu da deyim ki, Elxan Əmirəliyev əvvəl Şirvan Apelyasiyasında hakim işləyib, ona görə də qorxmur, arxayındır, bilir ki, Şirvan Məhkəməsindəki dost-tanışlara deyəcək, onlar da qətnamənin qüvvədə qalmasına “dəstək” verəcəklər. Odur ki, rahatlıqla pul alaraq kupçaların ləğv edilməsi ilə məşğul olur. Halbuki Əmlak Komitəsində əsassız kupça verilmir, sənədlər çoxlu instansiyada yoxlanılır və tam dəqiqləşəndən sonra kupça verilir. Elxan Əmirəliyev isə dövlətin kupçalaşma siyasətinə şübhələr yaradır. Elxan Əmirəliyev artıq saxta işlərlə məşğul olmaqda professionallaşıb. O saxta, kopya sənədlərlə çoxlu işlərə baxıb. Təkcə mənə qarşı saxta sənədlərlə 2 iş aparıb. Həmin sənədləri hüquq mühafizə orqanlarına göndərmişəm ki, həqiqiliyi, düzgünlüyü araşdırılsın və cinayət işi qaldırılsın. Dövlət orqanlarından xahiş etmişəm, o cümlədən media orqanlarından da istəyim budur ki, mənim işimlə maraqlanasanız. Araşdırın görün hakim Elxan Əmirəliyev bu saxta, kopya, girdirmə sənədləri necə, hansı “maraqlar çərçivəsində” qəbul edib, bunların əsasında necə işə baxır?"... imza: Ağayev Abasqulu Məşi oğlu Cəlilabad rayonu Muğan kəndi Demokratik.Az olaraq yazıda adıkeçən hakimlə və köməkçisi ilə telefon əlaqəsi yaratmağa çalışsa da cəhdlərimiz uğursuz alındı...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
|