"İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu..." - GİLEY
Tarix: 23-02-2021, 10:11 | Çap et
Şəmkir rayonunun Ağlavaşlı kəndində yaşayan Qarabağ müharibəsi veteranları bələdiyyə sədrindən və icra başçısından narazıdır. Deyirlər ki, əkinçiliklə məşğul olmaq üçün torpaq sahəsi icarəyə götürmək istəsələr də, onlara imkan verilmir. DİA.AZ-ın məlumatına görə, 47 yaşlı Naib Həsənov deyir ki, özü Birinci Qarabağ Müharibəsində, oğlu Qafur da İkinci Qarabağ Müharibəsində ölkənin ərazi bötövlüyü uğrunda döyüşüb. Kənddəki əksər ailələr kimi, onlar da dolanışıqda maddi baxımdan əziyyət çəkirlər. Ona görə də Ağlavaşlıdan olan digər Qarabağ müharibəsi veteranları ilə birlikdə qərara gəliblər ki, icarəyə torpaq götürüb, əkin-biçinlə məşğul olsunlar:
“Vəziyyət yaxşı deyil, əməlli-başlı ehtiyac içində yaşayırıq. Dolanışığımızı təmin eləmək üçün əkinçiliklə məşğul olmağı qərarlaşdırdıq. Əkinçiliklə məşğul olmaq üçün də torpaq lazımdır axı... Əvvəl 10 nəfər müharibə iştirakçısı toplaşıb, icarəyə torpaq götürmək üçün bələdiyyəyə müraciət elədik. Sonra sayımız artdı, 17 nəfər olduq. Aramızda müharibədə əlil olanlar da vardı”.
Naib Həsənovun sözlərinə görə, Ağlavaşlı Kənd Bələdiyyəsindən rədd cavabı alıblar. O iddia edir ki, bələdiyyə sədri Elşən Mehdiyev icarəyə torpaq ayrılması üçün pul istəyib. Tələb olunan vəsaiti verə bilmədiklərinə görə Qarabağ müharibəsi veteranlarına torpaq sahəsi ayrılmayıb: “Bizim kənddə bələdiyyənin mülkiyyətində 700 hektar torpaq sahəsi var, amma vermir. 22 ildir bələdiyyə sədridir, ondan əvvəl də 10 il kolxoz sədri işləyib. Nə istəyir, onu da eləyir. Kəndin nəyi varsa, onun sərəncamındadır. Kommunizm vaxtında yerin altından keçən borulara qədər satıblar. Torpaq sahələrini özünə yaxın olanlara paylayır. Deyir ki, “torpağın hektarı 2500-3000 mindir”. Açıq-açığına bildirir ki, “bələdiyyə sədri olmaq havayı deyil, hər dəfə 5 il üçün mən də pul verirəm, onu çıxarmalıyam”. Aramızda elə yoldaşlarımız var ki, təhqir edir...”
İcarəyə torpaq götürmək üçün müraciət etmiş müharibə veteranlarından 48 yaşlı Yalçın Rzayev deyir ki, bələdiyyə sədrinin qanunsuz tələblərinə görə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Mehdiyev onu təhqir edib: “Məni “vətən xaini” adlandırır. Halbuki, onun kimilərin harada olduğu bilinməyəndə mən həyatımı təhlükəyə atıb, bu ölkə uğrunda vuruşurdum. Mənim dörd övladım var, ailəmi necə dolandırım? Nə istəyirik, deyirik ki, hamı kimi, bizə də icarəyə torpaq ayrılsın, əkib-biçək, birtəhər dolanaq. Heç kimin şəxsi əmlakını istəmirik ki. Özü qardaşları ilə birlikdə 100 hektara qədər ərazini götürüb. Canımızla qoruduğumuz torpaqlardan bir hissə bizə verilmir ki, dolanaq”.
Yalçın Rzayev “vətən xaini” ittihamına görə də hüquq-mühafizə orqanlarına şikayət edib.
Bələdiyyə sədrindən rədd cavabı alan veteranlar Şəmkir Rayon İcra Hakimiyyətinə üz tutublar. İcra başçısı Alimpaşa Məmmədovla görüşsələr də, məyus qayıdıblar.
“İcra hakimiyyətinə bir neçə dəfə getmişik. Xeyri olmadı. İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu...”, - Naib Həsənov belə deyir.
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|