Rövşən Rzayev də təsərrüfata girişib... - Günəbaxan əkir...
Tarix: 1-03-2021, 09:16 | Çap et
Ekologiya və Təbii Sərvətlər Nazirliyi təcili surətdə öz diqqətini Samux rayonuna yönəltsə yaxşı olar. Bir müddətdir ki, Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində, ən önəmlisi də dövlət tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri hesab edilən və Göygöl Milli Parkının ərazisi sayılan 200 hektardan artıq meşə sahəsi şumlanaraq əkin sahəsinə çevrilib. Meşə örtüyünü və təbiətin təbii özəllikləri qəsdən məhv edən şəxslər milli parkın ərazisinin qanunla qorunan hüquqlarına və ekoloji maraqlara təcavüz edərək özlərinə günəbaxan əkirlər. "Demokratik.Az"-a verilən məlumatlara görə, Samux rayonunun Narlı bulaq, şəhər burnu və Daşlı burun kimi tanınan ərazilərində təbiətə böyük miqyasda ziyan vurulub. "Günəbaxan mafiası" bitki örtüyü ilə yanaşı çay yataqlarının bitki zənginliklərindən ibarət olan park ərazisindəki söyüd, qovaq, saqqız və digər qiymətli ağac cinslərini ağır texnika ilə kökündən çıxararaq yerində taxıl da əkiblər. Məlumata görə, qoruq ərazisini özlərinə əkin plantasiyasına çevirənlər ağır texnika-traktorlarla əkdirdikləri sahədə əsasən arpa-buğda səpinini artıq yekunlaşdırıblar. Günəbaxan sahəsi də şumlanaraq hazır vəziyyətə gətirilib. Kür çayının sağ sahilində 2 km uzunluğunda, 2 metr dərinliyində qazılmış iri xəndəklər ərazidə mal-qara saxlayan fermerlərin də hərəkətini xeyli məhdudlaşdırıb. Ərazidəki insanların baş verənlərə narazılıqları isə heç bir nəticə verməyib. Mənbənin qeyd etdiyinə görə, özbaşınalıq Göygöl Milli Parkına (Dövlət Təbiət Qoruğuna) məsul olan şəxs və şəxslər tərəfindən normal hal kimi qarşılanır. Dövlət büdcəsindən ildə milyonlarla vəsait alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya İdarəsinin rəhbəri cənab Rəhim Qafarov və tabeçiliyindəki əməkdaşların da məsələdən hali olmaları iddia olunur. Lakin, əkinin arxasında mötəbər şəxsin dayanması iddiası Ekologiya Nazirliyinin səlahiyyətlilərinin susqunluğuna, hərəkətsizliyinə səbəb olub. Meşə massivinin və xüsusi təlimat və qaydalarla qorunmalı olan milli park ərazisinə operativ nəzarətsizliyin həcmi “işbaz”ların cinayət tərkibli əməllərinə açıq şərait yaradıb. Nəticədə də Göygöl Dövlət Qoruğunun balansında yaradılan Milli Parkının həmin ərazisinə külli miqdarda zərər-ziyan dəyib. Sözügedən ərazidə əkinə birbaşa Göygöl Dövlət Təbiət Qoruğunun rəisi ilham Məmmədovun da "xeyir-dua" verdiyi bildirilir. Qeyri-rəsmi iddialara görə, bunun üçün İ. Məmmədov işbazlardan hər hektarına 50 manat olmaqla (ümumilikdə 10 min) rüşvət alıb. "Demokratik.Az" saytının rüşvət alma iddiası barədə sualına cavabında Milli Parkın rəsmisi deyilənləri təkzib edib. Sadəcə olaraq adıkeçən idarənin Göygöl rayonu ərazisində olmasını əsas gətirərək guya vaxtlı-vaxtında qoruğa tabeli uzaq ərazilərə nəzarətin mümkün olmadığını bildirib. Bundan başqa, dövlət qoruğunun ərazisinə Ekologiya və Təbii Sərvətlər Nazilriyinin 10 saylı Ərazi Ekologiya İdarəsinin mühafizə və nəzarət etməli olduğu da gün kimi aydındır. Telefon zənglərimizə cavab verilmədiyi üçün Rəhim Qafarovun məsələyə münasibətini ifadə edə bilmirik. Milli park-dövlət qoruğu ərazisinə dəymiş ziyanla əlaqədar hər iki qurumun əslində niyə heç bir tədbir görməmələrinin daha bir cavabı isə aşağıdakı kimidir. Bildirilir ki, həmin ərazidə əvvəlki illərdə heç vaxt belə özbaşınalıq halı qeydə alınmayıb. Bunun səbəbi Göygöl Milli Parkının yeni direktoru İlham Məmmədovla əlaqədardır. Belə ki, adının çəkilməsinin istəməyən mənbənin dediyinə görə, İlham Məmmədov hazırki vəzifəyə Göygölün sabiq deputatı, Qaçqınkom rəhbəri cənab Rövşən Rzayevin dəstəyilə təyin edilib. Adıçəkilənləri bir-birinə yaxın dostluq telləri bağlayır. Bu minvalla İlham Məmmədovun qardaşı İlqar Məmmədov da hazırda Göygöl İcra Hakimiyyətində başçının müavini vəzifəsini daşıyır. Beləliklə, şokedici iddiaya inansaq, Milli Parkın ərazisində 200 hektardan artıq ərazidə arpa-buğdanı, günəbaxan plantasiyasını qaçqınkom şefi cənab Rövşən Rzayev saldırıb ki, bu özbaşınalığın qarşısının alınması da Qərb bölgəsində nazir Muxtar Babayevi təmsil edənlərin səlahiyyətləri daxilində olsa da, gücləri və iradələri daxilində deyil... İnanırıq ki, sözügedən özbaşınalığın durdurulması "dövlət baba"nın daha səlahiyyətliləri, elə ekonazir Muxtar Babayev üçün daha önəmli və mümkün iş olacaq! Demokratik.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|