Ağstafada baş həkim əsl bazarkomdur... - İDDİA
Tarix: 31-05-2021, 10:10 | Çap et
Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin I hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Göstərilən maddənin III hissəsinə müvafiq olaraq, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Bu nöqteyi-nəzərdən, vətəndaşların sosial təminat hüququnu həyata keçirmələrinə mane olan, süni əngəl yaradan vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Hökumət belə halların qarşısını almaq üçün hansı yeniliklər tətbiq edirsə, korrupsiya fenomeni həyasız alaq otu kimi daşı belə yarıb altından boy verir.
Gəlin əvvəlcə əlillik dərəcəsinin təyin olunması prosedurunun mövcud qaydalarına nəzər yetirək:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərlə vətəndaşların onlara əlilik dərəcələrinin təyin edilməsi məqsədilə Tibbi-sosial ekspert komissiyalarına (TSEK) müvafiq sənədlərlə müraciət etmələri və TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi proseduru ləğv olunub.
Dəyişikliklərə əsasən, əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülür.
Göndərişin aid olduğu şəxsə (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşa) dair elektron sənəddə həmçinin əks olunan, yəni göndərişi verən səhiyyə müəssisəsinin adını, onu təsdiq edən şəxslərin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə hər hansı TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.
Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq qəbul edilmiş qərar, habelə onun aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş və əmək zəmanətinə dair məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.
“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əsasında tətbiq olunan bu yeni prosedur əlilliyin qiymətləndirilməsi prosesinin məmur-vətəndaş təmasları olmadan, elektron ifrastruktur üzərində tam obyektiv və şəffaf şəraitdə aparılmasına xidmət edir.
Nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, eləcə də autentifikasiya vasitəsinə ehtiyac olmadan istifadə edilən “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” (https://www.e-gov.az/az/services/read/3493/0) e-xidmətləri vətəndaşlara əlilliklərinin qiymətləndirilməsinin nəticəsi barədə elektron qaydada, yəni heç bir vəzifəli şəxsə müraciət etmədən elektron formada məlumat almağa imkan verir.
Vətəndaşlar əlilliklərinin qiymətləndirilməsinin nəticəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi 142 “Çağrı mərkəzi”nə zəng edərək şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil etməklə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən məlumat əldə edə bilərlər.
Deryaz.az-a Qazax rayonunun Yuxarı Əskipara kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Alı Dursun oğlu redaksiyamıza müraciət edərək, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimindən şikayətlənmişdir. Vətəndaş Hüseynov bildirir ki, 2000-ci ildən revmatoid-artrit xəstəliyinə tutulmuşdur. Ona ilk əvvəl II qrup əlillik statusu təyin olunmuş və bir neçə il həmin dərəcəyə uyğun müavinət almışdır.
Vətəndaş Hüseynov verdiyi məlumatların KİV-də ictimailəşdirilməsini xahiş etmişdir: “Sonra qərar dəyişdi. Dedilər ki, ya işləməlisən, ya da əlillik statusundan məhrum olunacaqsan. Mən də işləməyə üstünlük verdim. Amma vaxt keçdikcə əmək qabiliyyətim yetmədi, bacarmadım. 2015-ci ildə yenidən tibbi sosial ekspert komissiyasından keçdim və mənə II qrup əlillik təyin edildi. 2016-cı ildə daha bir dəfə komissiyadan keçmişəm. Növbəti komissiya 2021-ci ilin noyabr ayının 17-nə təyin olunub. Amma səhhət durumum çox ağırdır. Bütün oynaqlarımda, dizlərimdə, çiyinlərimdə, barmaqlarımda tutulma var. Ürəkdöyünmə, təngnəfəsliyim var. Bu üzdən I dərəcəli əlillik statusu almaq üçün müraciət etmək qərarına gəldim və 2019-cu ilin yanvar ayından süründürməçiliklə üzləşmişəm. Bakıda ak. Mirqasımaov adına Respublika Xəstəxanasında da yatmışam, rayon mərkəzi xəstəxanasında da satasionar qaydada yatmışam. Vacib sənəd olan “Forma-88”-in yenilənməsi tələb olunur. Ən axırıncı dəfə 25 dekabr 2020-ci il tarixdə fərqli əllillik dərəcəsi almaq üçün müraciət etmişəm. Mərkəzdən rayon komissiyasına cavab gəldi ki, bəs məlumatları düzgün yazın, tam doldurun. Xeyli get-gəldən sonra aprel ayının 29-na söz vermişdilər ki, sənədlərim sistemə vurulacaq. Bu günlərdə əlaqə saxlamışıq, deyiblər ki, işimiz çoxdu, sizin sənəd hələ vurulmayıb”.
Ümumiyyətlə, Ağstafa RMX-nin baş həkimindən və onun sədrlik etdiyi komissiyadakı süründürməçilik, korrupsiya hüquqpozmalarından şikayətlənənlər çoxdur. Bildirilir ki, baş həkim Ağstafa səhiyyəsinə rəhbər vəzifəyə təyin olunandan işi-gücü yalnız şəxsi maraqlarını təmin etmək olub. Əlillik statusunu da alver predmetinə çevirib. Kim ki, onun şərtləri ilə razılaşıb 2-3 min manat rüşvət tələbini ödəyir, həmin şəxsin sənədləri, məlumatları sürətlə sistemə oturdulur, Hüseynov kimi imkansız, həqiqi əlillərin işi isə ləngidilir, aydan-aya, ildən-ilə adladılır. Baş həkimin süründürməçilik siyasətini həyata keçirən Həcər həkimdən, operator Esmira xanımın adı çox hallanır.
Doğrudan da düşündürücüdür: Görəsən, Alı Hüseynov kimi xəstələrə “işimiz çoxdur” deyən bu səhiyyə işçilərinin işləri nədən ibarətdir? Onların işlərini “çox” edən, amma növbədə qabağa düşən digər əlillərin Hüseynovdan nəyi artıqdır ki, həmin o “çoxluğa” düşməyə müvəffəq olublar? Bu suallarla İlham həkimin özünə də müraciət etmək istədik. Amma mövzudan hali olar-olmaz cavab verməkdən imtina etdi, özü də sakit tərzdə yox, elə kobud ifadələrlə qarşıladı ki, onunla telefon üzərindən təmasa girməyimizə peşman olduq.
Baş həkimin kobudluğunun və tərbiyəsizliyinin bu cür ötkəm tərzdə olması belə düşünməyə əsas verir ki, “yuxarılar” onun özündən də hesab tələb edirlər və həmin hesabı çatdıracağı təqdirdə vətəndaşlarla kobud, sayğısız rəftarına görə cəzasız qalacağına zəmanət veriblər.
Mövzuya qayıdacağıq.
Deryaz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|