Milli Məclisdə daha bir deputat yeri boşalır: Millət vəkili icra başçısı təyin edilir? - İDDİA
Tarix: 10-06-2024, 09:10 |
Çap et
“Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yaxın günlərdə tutduğu vəzifədən azad ediləcək. Ona yeni post etibar edilib-edilməyəcəyi isə hələki bəlli deyil”.
Bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub. Mənbənin iddiasına görə, E.Usubovun yerinə sürpriz namizədin adı hallanır.
Məlumatlara görə, Şəki şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə deputat, Milli Məclisin Gənclər və İdman məsələləri komitəsinin sədr müavini Şahin İsmayılovun təyin ediləcəyi ehtimal edilir. İddialara görə, bir ildən artıqdır ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə münasibətləri soyuq olan və qarşıdan gələn seçkilərdə hakim partiyanın namizədlər siyahısında olmayacağını ehtimal edən Ş.İsmayılov uzun müddətir ki, özünə yeni vəzifə axtarışındadır.
Qeyd edək ki, Ş.İsmayılov Şəki şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediləcəyi təqdirdə Milli Məclisdə boş deputat yerlərinin sayı 11-ə çatacaq.
Editor.az