Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı... - Elxan Bəşirovun Lerik planları davam edir
Tarix: 9-07-2024, 09:57 | Çap et
Azərbaycanda fəaliyyət göstərən böyük şirkətin sahibi deputatlığa namizəd olacaq. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, “Mətanət A”nın rəhbəri Elxan Bəşirov yaxın günlərdə vəzifəsindən uzaqlaşacaq. Onun yanvarın 15-də bütün işləri rəsmi olaraq qardaşı Fuad Bəşirova təhvil verəcəyi söylənilir. Belə ki, şirkət rəhbərinin 80 saylı Astrara-Lerik seçki dairəsindən namizədliyini irəli sürəcəyi deyilir. Onun məhz bu səbəbdən “Mətanət A”nın prezident postunu tərk edəcəyi bildirilir. Qeyd edək ki, şirkətin başına keçəcək Fuad Bəşirov hazırda “Mətanət A”da vitse-prezident vəzifəsində çalışır.
Onu da bildirək ki, bu E.Bəşirovun ilk vəzifə iddiası deyil. Şirkət rəhbəri 2015-ci ildə sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova keçən ilin yayında 1 milyon manat verib. Buna səbəb Lerik rayonuna icra hakimi getməsinə eks-nazirin vasitəçilik etməsi və onun haqqında yuxarılara məruzə etməsi olub. Eldar Mahmudovun işdən çıxarılması nəticəsində bu plan alt-üst olub. Elxan Bəşirov batan 1 milyonuna görə isə səsini çıxarmayıb və başının sədəqəsi sayaraq MTN bəlasından canını qurtarmasına şükür edib. Elxan Bəşirov haqda ölkə mediasında yer alan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, o Texniki Universitetin prorektoru olan əmisi Bəşir Bəşirovun oğlu, Rəsul Quliyevin ən yaxın dostu Mərhəmət Bəşirovun yanında mühasib kimi işə başlayıb. Rəsul Quliyev işdən çıxarıldıqdan sonra Mərhəmət Bəşirovun biznesi əlindən alındıqda Elxan Bəşirov əmisi oğluna yalan danışıb, təxminən iki milyon ABŞ dolları çivarında vəsait oğrayıb saxlayıb. Sonra Elxan Bəşirov bu vəsaiti Lerikin sabiq İcra Hakimi Babəli Ağayevlə birlikdə biznesə qoyub. Bəşirovun adına Zərinqala MMC açılır, qalan vəsaitlə isə Rusiyadan taxta vurub İrana, İrandan isə şüşə vurub Azərbaycan bazarlarına çıxarılır. Elxan Bəşirov hər şey onun adına olduğuna görə Babəli Ağayevə atıb sonra 2000-ci ilədək həmin pulla Bakı-Sumqayıt şosesinin 13,5-ci km-də yer götürüb Mətanət-A şirkətinin balaca bir kafel-metlax yapışdırıcısı sexini tikib. Bundan sonra Babəli Ağayev Elxan Bəşirovu dəfələrlə məhkəmələrə versə də əlində heç bir sübut olmadığına görə uduzur. 2001-ci ildə Fərhad Əliyev İqtisadi İnkişaf naziri olandan sonra Elxan Bəşirovun işi daha rahat olur. Bu dəfə Fərhad Əliyevin qardaşı Rafiq Əliyev Elxan Bəşirovun xalasıoğlu Telman Qasımovla ən yaxın dost və tələbə yoldaşı olduqlarına görə hər bir dəstək göstərir. Dövlət hesabına ona güzəştli kreditlər ayrılır. Bundan başqa İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin dövründə Sahibkarlığın inkişafı departamentinin direktoru Əlihüseyin Şaliyev Elxan Bəşirovla şərik olaraq bütün məsələlərdə Elxan Bəşirova yaxından dəstək olaraq, hətta onu Sahibkarlar Şurasına üzv edir. 2005-ci ildə Fərhad Əliyevin həbsindən, Əlihüseyn Şaliyevinsə intiharından sonra Mətanət-A şirkəti tam olaraq Elxan Bəşirova qalıb. Hətta Fərhad Əliyev və Əlihüseyin Şaliyevin həbsindən sonra onlara qarşı prokurorluq orqanlarında ifadə də verib. Bununla da Elxan Bəşirov o dövrdə artıq gips əsaslı zavod olan Avanqard-N-in əsasını qoyur və həmin zavodu işə salandan sonra daha çox qazanmağa başlayır. Artıq neçə ildir ki, Elxan Bəşirov ikili mühasibat saxlayaraq vergi orqanlarını aldadaraq onlardan milyonlarla vəsaiti gizlətməyə nail olub. Elxan Bəşirov aldatmağa necə vərdiş edibsə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi belə milyonların önündə aldatdı. Belə ki, 30.01.2016-cı il tarixində cənab Prezidenti yeni Ağ Dağ zavodunun açılışında işçilərinə altı yüz manat verdiyini və mövsümü olaraq beş yüz işsizi işlə təmin etməsini bildirdi.Bundan sonra əslində zavodda korrupsiyaya qarşı mübarizə idarəsi, prokurorluq və vergilər nazirliyi yoxlamalara başlamalı, cənab Prezidentə yalan danışdığı üçün Elxan Bəşirova cinayət işi açılmalı idi. Çünki düşünürdüm Vergilər Nazirliyi, baş prokurorluq, korrupsiyaya qarşı mübarizə idarəsi açıb baxar görüm Elxan Bəşirov vergini hər işçiyə görə altı yüz manata uyğunmu ödəyir, Əmək və Əhalinin Müdafiyəsi Nazirliyi açıb baxar görüm Elxan Bəşirov bu günə kimi beş yüz işçiyə görə ödəmə edibmi, Prezidentin təhlükəsizlik xidməti yoxlayıbmı açılış vaxtı orda olan işçilərin hamısı “Ağdağ”da işləyir ya yox. Mətanət A-nın Ağdağ zavodunda işləyən yerli fəhlələr o qədər narazıdırlar ki, həmin açılışa onları dəvət etməyə qorxan rəhbərlik prezidentin qarşısına öz yaxın adamlarını çıxartmaqla hamını aldadıb. Mətanət A şirkətində baş verən özbaşınalıqlar, Elxan Bəşirovun korrupsiya əməlləri barədə mətuatda dəfələrlə yazılar yazılsa da görəsən prokuror orqanları həmin yazıları araşdırdımı. Araşdırsaydılar onda Elxan Bəşirovun bir qarın yeməyə görə yüzlərlə çinlini, Suriyadan, İraqdan gətirilmə kürdləri istismar etdiyini, şirkətdəki qara mühasibatlığı, işçilərin işdən çıxarilanda depozitlərinin verilməməsilə yanaşı onlardan zorla şirkətin onlara heç bir borcu olmaması əksinə onların şirkətə borcu olması barədə yazılı kağız almasının, eyni tərkibli məhsulun müxtəlif adlarda buraxılaraq alıcıların aldadılmasının şahidi olardılar. Yəni marka siyasəti, bir məhsulu reklam edir daha baha satır digərinin adını dəyişir ucuz satır. Əslində isə hər iki məhsulun adları müxtəlif olsa da, içləri eynidir. Buna misal Ağdağ, Akdəniz, Şpak-f məhsullarını göstərmək olar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|