Təsadüflər onu Milli Məclisə gətirdi... yenə də ZƏRURƏT VARMI? - Görünəni odur ki...
Tarix: 16-07-2024, 11:26 |
Çap et
25 saylı Nizami ikinci seçki dairəsindən deputat olan Sədaqət Vəliyevanın namizədliyinin hakim partiyadan bu dəfə dəstəklənməsi gözlənilmir. Tribunainfo.az xəbər verir ki, YAP-ın Nizami rayon təşkilatının sədri olsa da, iqtidar partiyasının bu dairədən yeni namizəd irəli sürəcəyi ehtimal olunur. Buna səbəb kimi üç amil göstərilir: 10 il parlament üzvü olması, bu müddətdə deputat kimi fəallığının aşağə olması və ən əsası SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin adamı kimi tanınması.
S. Vəliyeva müsahibələrinin birində təsdiqləyib ki, Rövnəq Abdullayevlə eyni məhəllədəndir. O, hətta bildirmişdi ki, parlamentdə Abdullayevlə yanaşı oturur. Məlumatlara görə, Rövnəq Abdullayevin mövqeyinin zəifləməsi nəticəsində bir məhəllədən olan, birgə böyüdükləri Sədaqət Vəliyeva dəstək ola bilməyəcək. Hakim partiyanın bu dairədən namizədliyi açıqlanmasa da, Vəliyevanın adının siyahıya salınması ehtimalı azdır.