AKİA-DA KORRUPSİYA TOQQUŞMASI
Tarix: 21-10-2011, 11:17 | Çap et
ASSOSASİYADA HAKİMİYYƏT DAVASI
Arif Əliyev: “Korrupsiya hallarına yollarına yol verdiyimə görə işdən azad olunmağımla bağlı Elçin Bağırovun yaydığı məlumat həqiqətəuyğun deyil”
“İcraçı Kredit Agentliyi” MMC-nin baş direktoru Arif Əliyev haqqında yayılan məlumatlara münasibətini bildirib.
A.Əliyev Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) onun fəaliyyətində korrupsiya hallarına yollarına yol verdiyinə görə işdən azad olunması ilə bağlı yaydığı məlumatın həqiqətəuyğun olmadığını söyləyib.
“Təxminən 15 aydan çoxdur ki, AKİA-nın İdarə Heyətinin sabiq sədri Elçin Bağırov tərəfindən mənə qarşı qərəzli mövqe nümayiş olunur. Bu müddət ərzində E.Bağırov iki dəfə qanunsuz əmr verərək məni işdən uzaqlaşdırıb. Halbuki rəhbərlik etdiyim təşkilatın nizamnaməsində mənim işə təyin edilməyim və azad olunmağım E.Bağrovun təkbaşına verdiyi əmrlə təsdiq olunmur. Bu iş birbaşa AKİA-nın ümumi yığıncağının qərarı ilə həyata keçirilməlidir” - deyə A.Əliyev qeyd edib.
Onun sözlərinə görə, AKİA 2005-ci ildə etibarən Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında imzalanmış kredit razılaşmasına əsasən, Kənd Yerlərinin Maliyyələşdirilməsi komponentinin icrası məqsədilə Azərbaycan Maliyyə Nazirliyi və adı çəkilən layihənin şərtlərinə uyğun olaraq seçilmiş «G&G Consulting» şirkətinin təsisçiliyi ilə Agent və Birgə Maliyyələşdirmə sazişinə əsasən yaradılan «İcraçı Kredit Agentliyi» MMC-in təsisçisi olub və adı çəkilən layihənin icraçı tərəfdaşlarından birinə çevrilib: “Ötən dövr ərzində layihənin icrasında AKİA müəyyən nailiyyətlər əldə edib. Ancaq son dövrlərdə AKİA-nın rəhbərliyinin qeyri-adekvat addımları, idarəçilikdə yol verdiyi nöqsanlar, saziş tərəfdaşları olan dövlət orqanlarının haqlı narazılığına səbəb olub və «İcraçı Kredit Agentliyi» tərəfindən verilən kreditlərin qaytarılmasını dəfələrlə ağır risk altına qoyub. Bu da öz növbəsində hökumət zəmanətli kredit vəsaitinin qaytarılmasına, hökumətin Dünya Bankı qarşısında öhdəliyinin vaxtında yerinə yetirilməsinə ciddi əngəl törədir. AKİA-nın fəaliyyətində adi hala çevrilmiş bir çox nöqsanların aradan qaldırılması, eyni zamanda idarəetmədəki qeyri-normal münasibətlərə aydınlıq gətirilməsi üçün bütün üzvlərə növbədənkənar ümumi yığıncağın keçirilməsi üçün məktub ünvanlanıb”.
A.Əliyev deyib ki, hazırda AKİA-nın İdarə Heyətinin sədri vəzifəsini E.Bağırov bu vəzifəni icra etmir: “Bu ilin oktyabr ayının 4-də AKİA üzvü olan 78 kredit ittifaqından 43-nün təşəbbüsü ilə nizamnaməyə və “Qeyri-hökumət təşkilatları haqqında” qanunun tələblərinə uyğun olaraq AKİA-nın üzvlərinin növbədənkənar ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda 78 üzvdən 51-nin iştirakı təsdiq olunmaqla təşkilatın fəaliyyəti ilə bağlı AKİA-nın İdarə Heyətinin fəaliyyəti qeyri-qənaətbəxş hesab edilərək tamamilə buraxılıb və İdarə Heyətinin yeni üzvləri, o cümlədən Ayaz Muxtar oğlu Quliyev İdarə Heyətinin yeni sədri seçilib. Ancaq ümumi yığıncağın protokolu rəsmi qaydada AKİA-nın İdarə Heyətinin sabiq sədri E.Bağırova təqdim edilsə də və bu barədə dəfələrlə müraciət olunsa da, E.Bağırov AKİA-yaya məxsus möhürü, ştampı və digər hüquqi sənədləri təhvil verməkdən imtina edib. Bu da öz növbəsində qurumun fəaliyyətini pozur. Artıq sabiq sədrin özbaşınalığı barədə müvafiq dövlət orqanlarına müraciətlər də olunub. Maraqlıdır ki, E.Bağırov etdiyi qanunsuz işlərlə bağlı məsələləri ümumi yığıncağa çıxarmağa maraqlı deyil, fəaliyyətində çoxlu hüquqi və maliyyə pozuntuları var, təkbaşına bu formada qərarlar qəbul edir. Məhz buna görə də bütün bu məsələlərin ümumi yığıncağın gündəliyinə çıxarılmasında maraqlı deyil. Mən «İcraçı Kredit Agentliyi» MMC-yə sədr təyin olunandan sonra ortaya bir neçə fakt çıxıb. AKİA-nın sabiq sədri E.Bağırov təsisçisi olduğu «İcraçı Kredit Agentliyi» MMC-nin imkanlarından qeyri-qanuni şəkildə yararlanıb. Bir sıra sui-istifadə hallarına yol verib, məsələn, faktlar göstərir ki, sabiq sədr maliyyə mənbəyi yaranmadığı halda bu təşkilatdan artıq həcmdə vəsait götürüb ki, bu da AKİA-dan tutulmaqdadır. Halbuki təsisçi olmasına baxmayaraq, mövcud müqavilədə olan öhdəliklərə görə bu kimi hallar yolverilməzdir”.
Qeyd edək ki, bu gün AKİA “Beynəlxalq Kredit İttifaqları günü” və Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirəcək. Analoji tədbir dünən E.Bağırovun rəhbərlik etdiyi qurum tərəfindən də keçirilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|