FƏZAİL AĞAMALI YENƏ MÜTƏLLİBOVA QARŞI
Tarix: 21-10-2011, 13:57 | Çap et
“BU, AZƏRBAYCANI GÜLÜNC VƏZİYYƏTƏ QOYA BİLƏR”
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının müsahibəsi
-Fəzail müəllim, Ana Vətən Partiyası bələdiyyələrə boş qalmış seçkilərdə iştirak etmək niyyətindədirmi? -Yəqin ki, Ana Vətən Partiyası olaraq bələdiyyə seçkilərində iştirak edəcəyik. Artıq bununla bağlı yerlərdən təkliflər gəlir. Partiyanın mərkəzi aparatına daxil olan təkliflər ümumiləşdirilir, konkretləşdirilir. Arzu edən partiya üzvlərinin bələdiyyə seçkilərində iştirakını məqbul hesab edəcəyik və imkan daxilində onların seçkilərdə qalib gəlməsinə kömək göstərəcəyik. Dekabr ayında isə partiyanın Ali Məclisinin iclasının keçirilməsi nəzərdə tutulub. Ali Məclisin iclasında 2011-ci ildəki fəaliyətimizin yekunları və qarşıdan gələn 2012-ci ildəki fəaliyyətimizin istiqamətləri haqqında müzakirələr aparacağıq. Həmçinin təşkilatlanma işlərini gücləndirmək niyyətindəyik. Bununla bağlı partiyanın təşkilat şöbəsi artıq konkret plana malikdir. Çox güman ki, bu məsələlər də noyabrın sonuna qədər tam yekunlaşacaq və dekabrda Ali Məclisdə müzakirə ediləcək ən mühüm məsələlərdən biri də partiyanın təşkilatlanma məsələsi olacaq.
-Ali Məclisin toplantısında 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı məsələ də müzakirə edilə bilərmi? -Xeyr! Bu barədə danışmaq hələlik çox tezdir. Prezident seçkilərinə 2 ilə yaxın bir vaxt qalıb. Ona görə də düşünürəm ki, Ali Məclisdə bu məsələnin müzakirəsinə ehtiyac olmayacaq.
-Ümumilikdə hazırda ölkədəki siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Bir sıra siyasi dairələr hakimiyyətin dəyişiklik ərəfəsində olduğu barədə cəmiyyətə mesajlar ünvanlayırlar. -Bu cür mesajlar, fikirlər, bəyanatlar artıq illərdir ki, gündəliyə gətirilir, lakin onların düşündükləri hakimiyyət dəyişikliyi həyata keçmir. Azərbaycan xalqı Heydər Əliyev siyasi kursuna rəğbətini, inamını ifadə edərək həm parlament, həm də prezident seçkilərində bu siyasi kursa xidmət edən, sədaqət göstərən, həmin siyasi kursun daşıyıcıları olan insanlara etimad göstərir. Ona görə də müxalifətin ayrı-ayrı qanadlarının bu cür əsası olmayan, sadəcə söz və mesajdan başqa bir yükü özündə daşımayan fikirləri cəmiyyət, hətta siyasətlə məşğul olmayan statistik Azərbaycan vətəndaşı tərəfindən ciddi qəbul olunmur. Azərbaycanın radikal müxalifətinin gücü hər kəsə bəllidir. Onlar faktiki olaraq ölkənin bütün regionları, inzibati ərazisini əhatə etməyən, bir neçə nəfərdən ibarət olan təşkilatlardır və artıq ofis partiyaları səviyyəsinə düşüblər. Onların vermiş olduğu bəyanatlar da ciddi siyasi yükə malik deyil.
-Radikal müxalifət dediyiniz qanad 2013-cü ilin prezident seçkilərinə vahid namizəd müəyyənləşdirmək üçün hərəkətə keçib. Sizcə, müxalifətin müəyyən edəcəyi vahid namizəd hakimiyyətin namizədinə ciddi alternativ ola biləcəkmi? -Mən bu qənaətdəyəm ki, müxalifətin radikal qanadı bir daha vahid namizəd məsələsini həll edə bilməyəcək. Çünki həmin qanada daxil olan partiyaların maraqları, iddiaları, baxışları toqquşur. Həmçinin digər səbəblər də var. Əgər 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək haqqında ölkə prezidenti İlham Əliyev qərar verərsə və eyni zamanda radikal müxalifət vahid namizəd məsələsini həll edə bilsə belə onların namizədi cənab prezident üçün hansısa bir problem yaratmayacaq. Çünki İlham Əliyev bu gün Azərbaycanda çox ciddi və böyük reytinqə malik olan siyasətçi və dövlət xadimidir. İlham Əliyevlə rəqabətə girib onunla mübarizədən kiminsə qalib gəlməsini birmənalı şəkildə görmürəm. Ona görə də bu məsələ ətrafında indidən müxalifət qütbündə açılan müzakirənin belə perspektivinə nikbin yanaşmıram və tamamilə əminəm ki, 2013-cü ilin prezident seçkilərində ənənəvi müxalifətin istər bir, istərsə də bir neçə namizədi məğlubiyyətə uğrayacaq. Çünki onların cəmiyyətdə nüfuzu, sosial dayaqları yoxdur.
-“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər payız sessiyasında mümkün olacaq? -Bu günlərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözügedən məsələ ilə bağlı verdiyi açıqlamalar nikbinlik yaradır. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin payız sessiyasında müzakirəsi gözlənilir.
-“Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu ilə bağlı sizin fikirləriniz bir qədər fərqlidir və hesab edirsiniz ki, bu statusun Ayaz Mütəllibova da şamil edilmısi doğru olmaz. Fikirlərinizi nəylə əsaslandırırısınız? -Mən reallığa, Azərbaycanın qanunvericilıiyinə, eləcə də dünya praktikasına söykənərək qeyd edirəm ki, müstəqillik qazanmış ölkədə kim prezident seçilirsə həmin qanun ona şamil edilə bilər. Ayaz Mütəllibov Azərbaycan Sovet Sosialist Respublikasının zamanında həmin rejimin seçki qaydaları, prinsipləri, üsul və metodları ilə seçilən prezidentdir. Bu hadisə baş verib 1991-ci il, sentyabrın əvvəllərində. Azərbaycanın müstəqillik haqqında konstitusiya aktı isə həmin il, oktyabrın 18-də qəbul edilib. Dekabrın sonlarında isə məsələ ümumxalq səsverməsinə çıxarılıb. Müstəqil Azərbaycan bu gün Azərbaycan SSR-nin varisi deyil. Onun nə siyasi, nə iqtisadi, nə sosial, nə hüquqi, nə də digər üsulu, idarəetmə forması, qanunları bu gün müstəqil Azərbaycan dövlətində işləmir. Müstəqil Azərbaycan 1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq sözün həqiqi mənasında dünyəvi, demokratik, hüquqi bir dövlətdir. Əgər müstəqil Azərbaycan Azərbaycan SSR-ninn varisi deyilsə onda Azərbaycan SSR dövründə prezident seçilən Ayaz Mütəllibov necə müstəqil Azərbaycan dövlətinin eks-prezidenti ola bilər? Onda belə çıxır ki, Sovet zamanında seçilmiş deputatların da statusunu indiki deputatların statusu ilə eyniləşdirməliyik. Bəzən deyirlər ki, Ayaz Mütəllibov o zaman fəaliyyətdə olub, bir sıra sənədlərə qol çəkib və s. Düçünürəm ki, bu olduqca zəif bir arqumentdir. Digər bir tərəfdən 1991-ci il, sentyabrın əvvəllərində keçirilən prezident seçkilərində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə Muxtar Respublika həmin seçkilərdə iştirak etməkdən imtina edib. Konkret desək Muxtar Respublika həmin seçkiləri boykot edib. Əgər Ayaz Mütəllibova eks-prezident statusu verilərsə belə olan təqdirdə Muxtar Respublikada eks-prezident statusu daşıyır, yoxsa yox? Əlbəttə ki, daşımır. Nəhayət, üçüncü vacib məqam ondan ibarətdir ki, biz hüquqi bir dövlətik və hüquqi dövlət olduğumuzu da bütün dünyaya bəyan etmişik. Azərbaycan bu gün burmənalı şəkildə beynəlxalq aləmdə hüquqi, demokratik bir dövlət kimi tanınır. Ayaz Mütəllibovun üzərində cinayət işi var. Eyni zamanda o axtarışdadır. Həmin cinayət işi öz hüquqi həllini tapmadan bu məsələ necə həll edilə bilər? Təqdim edilən qanun layihəsində “prezident seçilməmişdən əvvəl və ya prezident seçildiyi dövrdə yol vermiş olduğu hərəkətləri və hərəkətsizliyinə görə inzibati və cinayət məsuliyyəti daşıya bilməz” kimi anlaşılmaz və qəbuledilməsi mümkün olmayan bir müddüa var. Əgər Ayaz Mütəllibovun üzərindən bütün cinayət işləri götürülürsə bu anoloqu olamayan bir hadisədir. Düşünürəm ki, bu Azərbaycanı çox çətin və gülünc vəziyyətinə qoya bilən bir məqamdır.Ancaq ümumilikdə Ayaz Mütəllibovun Azərbaycanna gəlişi, onun burada yaşamasının əleyhinə deyiləm. Artıq ixtiyar yaşına çatıb. Ancaq ilk növbədə ona qarşı qaldırılmış cinayət işinə görə cavab verməlidir. Çünki biz hüquqi dövlətik və dəfələrlə deyirik ki, tutmuş olduğu mövqeyi və vəzifəsindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları qanun qarşısında eyni dərəcədə məsuliyyət daşıyır. Bir tərəfədən belı deyirik, digər tərəfdən isə parlament vasitəsilə Ayaz Mütəllibovun imunitetini təmin edir, onun üzərindən cinayət işini götürürük. Bu nə dərəcə siyasi və hüquqi cəhətdən düzgün addımdır? Düşünürəm ki, bu çox böyük bir problem yaradan, cəmiyyətdə birmənalı qəbul edilməyən məsələ olardı. Əgər Ayaz Mütəllibov Azərbaycana gəlmək istəyirsə buyurub gəlsin və ona qarşı qaldırılmış cinayət işinə baxılsın. Hətta mümkün olsa həmin cinayət işi xətm edilsin. Ondan sonra isə gedib öz həyatını yaşasın. Bu adam indiyə qədər Xocalı faciəsindəki səhlənkarlığına görə Azərbaycan xalqından üzr istəməyib, indi isə eks- prezident statusu istəyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|