DİA.AZ: - Son günlər korrupsiya əməlləri ilə yerli KİV-də əsas müzakirə mövzularından biri olan Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev haqda ilginc bir fakt açıqlanıb. DİA.AZ bildirir ki, bu dəfə qalmaqallı icra başçısını ifşa edən Vüsal Başaratvi adlı "Facebook" istifadəçisidir.
Yuxarıdakı fotonu təqdim edən V.Başaratvi yazır:
"İynənin üstündəki plasması belə çıxartmayıb ki... Belə çıxır ki, yenə də dövləti aldatır? Saxta yolla səlahiyyətlərdən istifadə edib pasport almaq istəyir??"
DİA.AZ bildirir ki, son günlər ayrı-ayrı icra başçıları kolxoz hesabatları kimi vaksin vurdurduqlarını sübutlayan fotolarını tirajlamaqdadırlar. Görünür, "yuxarıdan" təlimat belədir və görünəni odur ki, Qubanın icra başçısı heç də təlimata uymasına baxmayaraq dövlət tərəfindən təşviq olunan vaskinlərə heç də etibar etmir. Bunu isə sübutlayan ortadakı faktdır.
Maraqlı olduğundan... qarşı tərəfi də dinləməyə hazırıq...