Paşinyan Vatikana gedib .....                     Abxaziyada gərginlik səngimir .....                     Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... .....                     “Milli Məkan” layihəsi ilə bağlı narazılıq .....                     Bu məktəblərdə dərslər daha tez başlayacaq .....                     Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB .....                     Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini .....                     Ermənistanın militarizasiya siyasətinə cavab olaraq .....                     Yeniyetmə özünü 13-cü mərtəbədən atdı .....                     Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında .....                     Tramp sülh müqaviləsinə vasitəçi olacaq? .....                     Hərbi xidmətdən yayınan gənc həbs edildi .....                     Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı .....                     Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır .....                     "Referans Pharmaceuticals" da ölkədən çıxarılan .....                     Bayden gedərayaq TRAMPA QUYU QAZDI... .....                     Bələdiyyə sədri EL YOLUNU SATDI... .....                     “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                 

Mikayıl Cabbarov Prezidentin tapşırığını yerinə yetirirmi? - NƏ BAŞ VERİR?
Tarix: 31-03-2021, 11:29 | Çap et
Mikayıl Cabbarov Prezidentin tapşırığını yerinə yetirirmi?
Koronovirus pandemiyasının təsirləri, yanacağın və suyun tariflərinin artması, Novruz bayramı ərəfəsində baş verən bahalaşma diqqəti İqtisadiyyat Nazirliyinin fəaliyyətinə yönəldib. Çünki son illər strukturu bir neçə dəfə böyüyən İqtisadiyyat Nazirliyi bazarda vəziyyəti tənzimləmək səlahiyyətində olan əsas orqanlardan biridir. Görünən odur ki, nazirlik bu səlahiyyətlərindən yetərincə istifadə etməyi ya bacarmır, ya da istəmir...

Xatırladaq ki, 2018-ci ildə Dövlət Əmlak Komitəsi, Vergilər Nazirliyi və İstehlak Bazarı və Antiinhisar Siyasəti üzrə Dövlət Xidmətinin İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsi bu sahədə yeni islahatların başlanacağına ümid yaratmışdı. İqtisadiyyat naziri Mikayıl Cabbarov həmçinin, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin edildikdən sonra bu sahəyə də nəzarət imkanı qazanıb. İqtisadiyyat Nazirlyində struktur birləşməsi aparılarkən əsas hədəf islahatların dərinləşdirilməsi və bürokratik əngəllərin, xüsusilə də ölkədə sahibkarlığın inkişafı qarşısında duran maneələrin aradan qaldırılması idi. Prezident İlham Əliyev Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin olunması münasibətilə qəbul edərkən ondan məhz bunları istəmişdi: sahibkarlara yönələn mənfur əlləri kəsmək!

Lakin ötən müddət ərzində baş verənlər göstərir ki, bu, struktur islahatından daha çox səlahiyyətlərin bir əldə cəmləşməsi ilə nəticələnib. Ona görə də gözləntilər özünü doğrultmadı. İqtisadiyyat Nazirliyi hazırda nəzdində çoxsaylı idarələri birləşdirən və ciddi fəaliyyət göstərməyən SOCAR-ın təcrübəsini təkrarlayır. İqtisadiyyat naziri Mikayıl Cabbarov islahatçı kadr kimi tanınsa da, gözləntiləri hələ ki, doğrulda bilməyib: İqtisadiyyat Nazirliyinin tabeliyinə verilən sahələrdə ciddi islahatların aparılmaması bundan xəbər verir.

Qeyd edək ki, Mikayıl Cabbarov özü İqtisadiyyat naziri postuna gəlməzdən öncə vergilər naziri işlədiyindən oradakı vəziyyəti və problemləri çox yaxşı bilirdi. Belə görünür ki, M.Cabbarov Vergilər Nazirliyinə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi islahatları yetərli hesab edir və bu sahədə əlavə yenilikçi addımlar atmağa ehtiyac duymur. Mikayıl Cabbarov hələ 2018-ci ilin fevral ayında Vergilər naziri vəzifəsində çalışanda yeni vergi strategiyasını təqdim edərkən belə demişdi: “Vergi yoxlamaları azalacaq, amma nəzarət artırılacaq, "qara mühasibatlıq” ləğv olunacaq, "kölgə iqtisadiyyatı" aradan qaldırılacaq”. Ondan sonra vergilər sistemində aparılan dəyişikliklər nəticəsində kölgə iqtisadiyyatının azalması istiqamətində bəzi uğurlar əldə olundu. Lakin bu proses orta sahibkarlıqdan yuxarı qalxmadı: iri məmur-oliqarxların əlində olan iri sahibkarlıq subyektləri “ağarma”dan demək olar ki, tamamilə kənarda qaldılar.

Fövqəlnazirə olan ümidlərdən ən mühümü inhisarçılığa qarşı real addımların atılması istiqamətindəydi. Lakin M.Cabbarov bu sahəyə, demək olar ki, toxunmayıb. Hələ də istehsal və istehlak bazarında oliqarxlaşma, monopoliya həll olunmamış başlıca problemlərdən biri olaraq qalır. Üç ildir antiinhisar orqanına rəhbərlik edən gənc nazir Rəqabət Məcəlləsi kimi mühüm bir sənədin qəbulu üçün barmağını belə tərpətmir. Halbuki 2016-cı ildə Prezidentin təsdiqlədiyi strateji yol xəritəsində, həmçinin ölkə başçısının M.Cabbarovla görüşündə bu məsələ birmənalı qoyulub: məmurların biznesdən əli çəkilməli, inhisarçılıq, himayədarlıq aradan qaldırılmalıdır. Lakin real proseslər bu sistemin daha da möhkəmləndiyini deməyə əsas verir. Sadəcə olaraq, müşahidə olunan fərq əl dəyişməkdən ibarətdir. Yəni istehlak bazarına nəzarət edən köhnə oliqarxlar, yeni inhisarçılarla əvəz olunur. Fərq ondan ibarətdir ki, əvvəllər bu oliqarxlar birbaşa vəzifəli şəxslərin özlərindən ibarət idi. İndi isə nazirlərin və digər yüksək çinli məmurların himayə etdiyi iş adamları bazarları ələ keçirir. Çox hallarda belə inhisarçılar yaşca cavan biznes sahibləri arasından təyin edilir. Bu yolla da idaretmədə islahatçılıq görüntüsü yaradılır. İnhisarçılığın davam etməsi isə bazarda süni qiymət artımına şərait yaradır.

İqtisadiyyat Nazirliyi əvvəlki illərdə olduğu kimi, “qiyməti bazar formalaşdırır” bəhanəsi ilə subyektiv bahalaşmanın qarşısını almaqdan yayınır. Halbuki Azərbaycan prezidenti özü də dəfələrlə süni qiymət artımına yol verməməyi tələb edib. Hökumət qurumları isə bu məsələdə məsuliyyəti daha çox bir-birinin üzərinə atmaqla məsuliyyətdən yayınmağa çalışır. İqtisadiyyat Nazirliyi bahalaşma probleminin Dövlət Gömrük Komitəsindən qaynaqlandığını göstərməyə çalışır. Ancaq yalnız idxal əməliyyatları deyil, daxili istehsal da bu gün inhisarçıların nəzarətindədir. Xırda istehsalçılar öz mal və məhsullarını bazara çıxartmaqda çətinlik çəkir: topdan və pərakəndə ticarət demək olar ki, bütünlüklə monopollaşıb. Lakin İqtisadiyyat Nazirliyi ticarət piramidalarının sökülməsi istiqamətində heç bir təşəbbüs irəli sürməyib. Qiymətin formalaşması bazardan asılı olsa da, rəsmi səlahiyyətli qurum kimi İqtisadiyyat Nazirliyi rəqabət mühitinin yarıdılmasını təmin edə bilmir. Faktiki olaraq, Azərbaycan alıcısı uzun illərdir qiymət spekulyasiyası ilə üzləşir.

Hazırda Azərbaycan alıcısı taban qiymətin tələbdən, yoxsa tədarükçünün şəxsi kommersiya maraqlarından qaynaqlandığını müəyyənləşdirməkdə çətinlik çəkir. İqtisadiyyat Nazirliyi isə bu məsələdə istehlakçılara dəqiq cavab vermir. Növbəti spekulyativ məqam tariflər arasında 1 qəpik fərqin qoyulmasıdır. Beləliklə, ticarət obyektləri aşağı qiymət görüntüsü yaratmaqla vəziyyətdən yayına bilir. Reallıqda isə bu gün Azərbaycanda istinad qiymət formalaşmayıb. Alıcıya daha çox taban qiymət təklif olunur. Bu zaman tədarükçü tərəfin xərcləri əsas götürülür. İstehlakçının xərcləri isə nəzərə alınmır. Yəni alıcının nominal və real gəlirləri diqqətdən kənarda qalır. Süni şəkildə baş verən bahalaşma əhalinin gəlirlərinə adekvat olmur. Bu isə insanların sosial vəziyyətinin ağırlaşmasına yol açır.

İqtisadiyyat Nazirliyinin fəaliyyətini təhlil edərkən dövlət satınalmalarına nəzarət sistemindəki böyük problemlərin hələ də qalması diqqəti cəlb edir. Bu gün Azərbaycanda dövlət qurumlarının tenderlərində iştirak etmək, şəffaf şəkildə qalib gəlmək müstəqil iş adamları üçün hələ də əlçatmaz olaraq qalır. Master biznes planlar təqdim etmək və onun icrasına dövlət dəstəyini qazanmaq hələ də yerli iş adamları üçün inanılmaz görünür. Ona görə də biznes sahibləri riskə getməkdən çəkinir. İqtisadiyyat naziri isə sələflərindən qalan bu mənfi ənənənin qarşısını hələ ki ala bilmir.

İqtisadiyyat Nazirliyinin pandemiya dövründə sahibkarlar üçün hazırladığı dəstək mexanizmləri mövcud zərərlə müqayisədə qat-qat aşağı dəstəyi təmin etdi. Əlbəttə, koronavirus pandemiyası ilə əlaqədar iqtisadi resessiya bütün ölkələrdə müşahidə olunur. Lakin əksər ölkələr sahibkarları kifayət qədər geniş dövlət dəstəyi ilə təmin edərək onları ayaqda saxlamağa çalışdılar. Azərbaycanda bu iş İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdu. Nazirlər Kabinetinin ötən ilki fəaliyyətinə dair hesabatdan aydın olur ki, 2020-ci ildə pandemiyanın təsirlərinin azaldılması üçün sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi üçün 461 milyon manat, sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat sektorunun dəstəklənməsi üçün 277 milyon manat, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması üçün 90 milyon manat yönəldilib, 115 milyon manat həcmində vergi güzəştləri təqdim edilib. Nəzərə alsaq ki, sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat sektorunun dəstəklənməsi üçün ayrılan vəsaitlərin böyük hissəsi AZAL, BNA, Metropoliten kimi dövlət inhisarçılarına ayrılıb, onda bu dəstəyin nə qədər ədalətli bölündüyünü təsəvvür etmək elə də çətin deyil. Ölkə Ümumi Daxili Məhsuluna 3-4 milyard manat töhfə verən turizm sektorunun tamamilə çökdüyünü nəzərə alsaq, dövlətin İqtisadiyyat Nazirliyinin məsləhəti ilə ayırdığı vəsaitin bu sektordakı sahibkarların itkilərinin heç 10-15 faizi həcmində belə olmadığını söyləyə bilərik. Bura yüksək vəzifəli məmurlar tərəfindən himayə olunan turizm şirkətlərinin dəstəkdən daha çox, himayəsizlərin isə az bəhrələndiyini də əlavə etsək, real vəziyyəti daha dəqiq təsəvvür edə bilərik.

Müşahidələr və real vəziyyət deməyə əsas verir ki, M.Cabbarov bilavasitə ölkə Prezidentinin ona verdiyi səlahiyyətlərdən ölkə iqtisadiyyatı, biznesin qarşısında duran köklü problemləri həll etmək istiqamətində istifadə etmir. Bunun səbəbini isə təsəvvür etmək elə də çətin deyil...
//afn.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23
“Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19
Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15
Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10
Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07
Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03
Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00
Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59
Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57
Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51
Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50
"Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36
Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru