Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı .....                     Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır .....                     "Referans Pharmaceuticals" da ölkədən çıxarılan .....                     Bayden gedərayaq TRAMPA QUYU QAZDI... .....                     Bələdiyyə sədri EL YOLUNU SATDI... .....                     “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                 

“Mənzil baronu” Abutalıbov “kəfəni yırtdımı?” - Bakının sabiq meri milyardlarını gizlədir
Tarix: 23-04-2021, 10:24 | Çap et
“Mənzil baronu” Abutalıbov “kəfəni yırtdımı?”
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin həbsindən bir neçə gün əvvəl hakimiyyətə “xidmətlərini yada salan”, həbsdən sonra isə yenidən kölgəyə çəkilən Hacıbala Abutalıbovun “kəfəni yırtdığı” iddiaları var. Baxmayaraq ki, bu işdə əksər ekspertlər əsas suçlu kimi sabiq merin adını çəkirlər.

Deyirlər ki, Rasim Quliyev istəsəydi belə, Hacıbala Abutalıbovun xəbəri olmadan Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011" Mənzil Tikinti Kooperativinə icazə verə bilməzdi. Bundan başqa, Rasim Quliyev sənədə imza atsa da, Bakı Şəhər İcra Hakimiyyətinin möhürü Hacıbala Abutalıbovun əlində olub. Yəni Rasim Quliyevi imzası, Hacıbala Abutalıbovun möhürü olmadan heç bir qüvvəyə malik olmayıb.

Vaşinqtonda mənzillənən “Global Financial İntegrity” təşkilatının son hesabatına görə, 2004-2013-cü illər ərzində Azərbaycandan orta hesabla hər il 9.5 milyard dollar kapital qanunsuz çıxarılıb. Təşkilatın məlumatına görə, bununla bağlı Azərbaycan 144 ölkə arasında 17-ci yerdədir...

Sonrakı illərdə ölkədən qanunsuz yollarla çıxarılan vəsaitlərin həcmi azalsa da, tendensiya davam edib. Vaxtaşırı yerli və beynəlxalq media qurumlarında Azərbaycan məmurları Böyük Britaniya, Fransa, İtaliya, ABŞ və s. ölkələrdə yaratdıqları şirkətlər, aldıqları bahalı daşınmaz əmlaklarla gündəmə gəlirlər.

Zaman keçdikcə vəzifə sahibləri hakimiyyətdən qovulsalar da, topladıqları hüdudsuz sərvətin bir hissəsi əllərində qalır və onu idarə edirlər. Bəs Hacıbala Abutalıbov var-dövlətini harada gizlədib? Onun əsas əmlakının həm də Bakıda tikilən hər binadan bir neçə mənzil “hədiyyə” alması olub. Ona bu “xəstəliyinə” görə “mənzil baronu” da deyiblər.

Hacıbala Abutalıbovun adı mer olduğu illərdə daim qanunsuzluqlarda, vəzifə səlahiyyətlərindən sui-istifadədə və məhkəmə qərarlarını icra etməmək kimi cinayətlərdə hallanıb.

Tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov da Hacıbala Abutalıbovun qanunsuz əməlləri ilə üz-üzə qalan vətəndaşlardandır. O, “Yeni Müsavat”a açıqlamasında Hacıbala Abutalıbovu cinayətkar adlandırıb: “Ötən dəfə Hacıbala Abutalıbova səsləndim, boynunda haqqımın olduğunu dedim. Hacıbala Abutalıbov səsini çıxartmadı. Mən ona hələ mer olduğu vaxt demişəm ki, türməyə yanına mütləq gələcəyəm. Bir-iki kilo alma, mandarin alıb sənə baş çəkəcəyəm. Bunu ona görə ona dedim ki, vəzifənin əbədi olmadığını başa düşsün. Bir daha Hacıbalaya səslənirəm, sən doğrudan da kişisənsə, demişəm yenə deyirəm, gəl, elədiyin cinayətə cavab ver. Xəbərim var nakişiliyindən, mənimlə görüşəndə üzümə gülmüsən, arxamdan demisən ki, artisti qoymuşam küçələrdə. Mən küçələrdə deyiləm, amma sən mütləq türmədə olacaqsan. Gəl üzr istə, halallıq al, yoxsa ”içəri" gedəcəksən".

Şeyx Əbdül Mahmudbəyov Hacıbala Abutalıbovun həbsi üçün kifayət qədər ciddi əsasların olduğunu deyib: “Hacıbala cinayətkardır və həbs olunmalıdır! Lap tutaq ki, Hacıbalanın baş verənlərdən xəbəri olmayıb. Bu halda da günahkardır, vəzifəsinə səhlənkar yanaşıb və yenə də həbs edilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı o olub və ”FF-2011" tikinti şirkətinə verilən sənəddəki möhürü də Hacıbala vurub. Bu işdə həbsə alınan Rasim Quliyevin günahı yoxdur. İmzanı Hacıbala ona atdırıb, amma möhürü özü vurub. Möhür Hacıbalanın özündə olub, o, möhürü əlindən heç kimə verməyib. Hacıbala Abutalıbov kimi “krot” əlindən möhür verməzdi, bunu hər kəs bilir. Bu işin başında dayanan Hacıbala Abutalıbovdur. Bugünkü strukturlar insanları qarşıdurmaya aparıblar, Hacıbala ortalıqda qala-qala sən onun müavinini niyə “içəri” qoyursan? O adamın günahı yoxdur, bütün cinayəti Hacıbala edib, 80 nəfəri küçələrdə qoyub. Bundan başqa, Hacıbala Abutalıbov 9 il Azərbaycan məhkəmələrinin qərarını icra etməyib. Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarını icra etmədiyinə görə də həbsə alınmalıdır".

Şeyx Əbdül Mahmudbəyov baş prokuror Kamran Əliyevin adına şikayət hazırladığını da açıqlayıb: “Hacıbala Abutalıbov Azərbaycan dövləti adından çıxarılan qərarların icra olunmamasına görə istintaqa cəlb edilməli, qandallanıb türməyə yola salınmalıdır. Bu adam Azərbaycan dövlətinin gücündən istifadə edib və 80-ə yaxın Azərbaycan vətəndaşına qarşı ağır cinayət törədib. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mülkiyyət hüquqlarımızı kobud şəkildə pozub. 9 il əvvəl törətdiyi bu cinayətə görə o, mütləq şəkildə cəzasını almalıdır”.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, baş vermiş cinayətlərə görə Cinayət Məcəlləsinin 308.2 (vəzifəli şəxsin səlahiyyətlərindən ağır nəticələrə səbəb olan şəkildə sui-istifadə etməsi) maddəsi ilə də cinayət işi başlanıla bilər: “Bu maddə ilə mühakimə olunan şəxslər 3 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək həbs cəzasına məhkum oluna bilərlər. Bundan başqa, onların əməllərində 313-cü (vəzifə saxtakarlığı) maddəsində nəzərdə tutulan cinayət əməli də var. Deyilənlər təsdiqini taparsa, təkcə bu maddələrlə deyil, digər maddələr üzrə də onlar məsuliyyətə cəlb edilə bilərlər. Çünki onlar digər cinayət əməlləri də törədiblər".

Hüquqşünas deyir ki, “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası da müəyyən olunub: ““İcra haqqında” Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Cinayət qanunumuzda isə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı daha sərt cəzalar nəzərdə tutulub. Belə ki, bu cür əməllərə yol verən şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə, 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51
Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50
"Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36
Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru