“Ekolizinq”lə müştəri arasında qalmaqal: - MMC vətəndaşı niyə bu qədər yükləyir?
Tarix: 27-04-2021, 12:13 | Çap et
Mehdi Muradov “Ekolizinq” MMC-nin fəaliyyətindən şikayətçidir. O, REPORTYOR.info-ya şikayətində bildirib ki, lizinq şirkəti ona əlavə faiz hesablamaqla yanaşı, cərimə də yazıb. Mehdi Muradovun redaksiyamıza təqdim etdiyi sənədlərdən görünür ki, o, məlum pandemiya səbəbindən 2020-ci ilin aprel ayının ödənişini etmədiyi üçün ona yüksək məbləğdə faiz yazılıb: “2019-cu ilin 28 dekabr tarixində “Ekolizinq” MMC ilə mənim aramda lizinq müqaviləsi bağlanıb. Müqaviləyə 2 saylı əlavəyə görə, ümumilikdə 22 min 329 manat (bunun 15400 manatı əsas borc, 6928 manat 76 qəpiyi isə faiz təşkil edir), hər ay isə 621 manat ödəniş etməliydim. Hər ay ödənişimi vaxtlı vaxtında edirdim. Yalnız, 2020-ci ilin aprel ayının ödənişini məlum pandemiya səbəbindən edə bilmədim. Ötən il həmçinin, Prezident İlham Əliyev “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncam imzaladı. Mərkəzi Bank da Prezidentin sərəncamı əsasında 25 aprel 2020-ci il tarixində koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul etdi. Qərara görə, borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq, kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməyəcəkdi. Aprel ayından sonra aybaay ödənişlərimi etməyə başladım. 2020-ci ilin sonuna kimi lizinq şirkəti borclu olduğuma, əlavə faizlər hesablandığına və cərimə yazılmasına dair mənə heç bir xəbərdarlıq etmədi. Bu zaman aldığım avtomobilimə görə hər ay etibarnamə də verirdilər. İlin sonunda mənə məlumat verdilər ki, sənin qrafikdə nəzərdə tutulmamış ödənişin qalıb. Şirkətin əməkdaşı ilə apardığım söhbət zamanı mənə bildirildi ki, 2021-ci ilin yanvar ayının ödənişini fevral ayında edim və bu zaman 2 min manat ödəniş etməklə qrafikə uyğun borcumu da tam ödəyim. Onların dediyi kimi ödəniş etdim. Amma bu ödənişdən sonra da mənə bildirildi ki, yenə borcun qalıb. Deməli, mən 760 manat aprel ayına görə ödəmədiyim ödənişi etmişəm. Mart ayında 650 manat ödəniş etdikdən sonra mənə bildirdilər ki, 1050 manat da ödəyəndən sonra qrafikə düşəcəyəm və bu ilin aprel ayının da qrafikə uyğun ödənişini etməliyəm. Amma qrafikə görə, bu ilin aprel ayının ödənişini etdikdən sonra 4494 manat borcum (əsas və faiz borcları ilə birlikdə) qalmalıydı. Amma lizinq şirkəti mənim hazırda 6300 manatdan artıq borcum qaldığını deyir”. Mehdi Muradovun dediyinə görə, lizinq şirkəti ona 2 min manatdan çox faiz və cərimə hesablayıb. Şikayətçi əlavə faiz və cərimələri qanunsuz hesab edir və lizinq şirkətinin ona qarşı özbaşınalıq etdiyini bildirir. “Ekolizinq” MMC-nin direktoru Pərvin Bədirxanov Qaynarinfo-ya açıqlamasında Mehdi Muradovun şikayətinin əsassız olduğunu deyir: “Birincisi, biz lizinq təşkilatıyıq. Lizinq təşkilatı müstəqil təşkilatdır. Mərkəzi Bank, Maliyyə Palatası və başqa bir təşkilata tabeçiliyi yoxdur. İkincisi, müstərinin məşğul olduğu fəaliyyət sahəsi pandemiya güzəştlərinə aid edilmir. Biz buna baxmayaraq, Mehdi Muradova yazılmış 600 manat cəriməni bir dəfə güzəşt etmişik və bu günə qədər yazılan cərimələri də güzəşt etməyə hazırıq. Bir şərtlə ki, gəlib bizdən yazılı xahiş etsə. O, gecikdirdiyi əsas məbləğə hesablanan faiz məbləğidir. O adamı mən qəbul etmişəm və ona da borcu ödədikdən sonra hesablanmış cərimələri keçəcəyimizi demişəm. Özü də bilir. 150 manat cəriməni keçirəm, qalan əsas məbləğlə faiz məbləği toxunulmazdır. Dövlətin hakimi, məhkəməsi belə faiz məbləğinə əl vura bilmir. Cərimənin 10-20 faizini keçir, amma biz cərimənin hamısını keçirik”. Mehdi Muradov isə onun 600 manat yox, 550 manat cərimənin güya silindiyini, əslində ona heç bir güzəşt edilmədiyini və ondan qrafikdə nəzərdə tutulmamış 2 min manatdan çox əlavə ödəniş istənildiyini deyir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
|