Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                 

Nədən həbslər də məmurlara ƏNGƏL OLMUR... - “Məmurlar bir-biriylə qohumluq əlaqələri quraraq cinayətkar şəbəkə yaradıblar”
Tarix: 11-05-2021, 11:40 | Çap et
Nədən həbslər də məmurlara ƏNGƏL OLMUR...
Son dövrlər Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ön planda durur. Prezident İlham Əliyev 2018-ci ilin aprelindən sonra keçirdiyi görüşlərin və söylədiyi nitqlərin hər birində rüşvətxorluq və korrupsiyaya qarşı barışmaz mübarizə aparılacağını önə çəkib. Hətta dövlət başçısı son vaxtlar ayrı-ayrı vəzifələrə təyin etdiyi məmurlara tapşırıqlar verərkən, onları şəffaf və təmiz işləməyə, rüşvətxorluq və korrupsiyadan uzaq olmağa, eyni zamanda sahibkarları incitməməyə çağırıb. Buna əməl etməyənləri işdən çıxarmaqla kifayətlənməyəcəyini və onların cəzalandırılacağını bildirib.

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun törətdiyi əməllər göstərdi ki, davamlı olaraq icra başçılarının və digər məmurların həbsinə baxmayaraq, hələ də icra başçıları “at oynadır”. Bu mənada, korrupsiyaya yol verən məmurların işdən çıxarılması və həbsi davam etdirilməlidir.

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev də hesab edir ki, məmurlara qarşı aparılan bu cür tədbirlər davamlı olmalıdır ki, köklü nəticələr əldə olunsun. O, qanunsuz əməllərlə məşğul olan məmurları daxili düşmənlər adlandırıb: “Son vaxtlar ictimaiyyətdə yayılan informasiyalardan hiss olunur ki, dövlət məmurları korrupsiya əməllərinə qurşanıb. Onlar rüşvətxorluqla məşğul olurlar. Bu cür məlumatların yayılması əvvəl-axır öz nəticəsini verməli idi. Əvvəlki çıxışlarımda da bildirmişəm ki, cinayətlər iki cür baş verir: gizli və açıq şəraitdə. Bu məmurlar o qədər azğınlaşmışdılar ki, cinayətləri açıq şəkildə törədirdilər. Buna da mütləq qaydada reaksiya verilməli idi. Məmurların qanunsuzluqlarının aşkar edilməsiylə bağlı əməliyyat tədbirləri həyata keçirildi. Əməliyyatları iki hüquq-mühafizə orqanı həyata keçirir: Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Təhlükəsizlik Xidməti. Bu günə qədər çox sayda məmur iş başında həbs edilib. Çünki onlar azğınlaşmış şəraitdə açıq cinayətlərə gedirdilər. Bu cür tədbirlər davamlı olarsa, öz nəticəsini verəcək. Davamlı olmalıdır ki, köklü nəticələrini görə bilək. Hələ ki, az nəticə verir. Çünki bir neçəsi tutulub. Bu o demək deyil ki, yerdə qalan yüksək titullu məmurlar bu cür işlərlə məşğul olmurlar. Onlar tutulan məmurlardan da ağırlaşdırıcı formada qanunsuz əməllərlə məşğuldurlar. Cinayət məcəlləsində cinayətlərin təsnifatı var: vəzifə cinayətləri, şəxsiyyət əleyhinə olan cinayətlər, ictimai təhülkəsizlik əleyhinə olan cinayətlər və s. Məmurların əməlləri də vəzifə cinayətlərinə aid edilir. Həbslər davam olarsa, bir az da yaxşı nəticələrini görə bilərik. Çox güman ki, proses davamlı olacaq. Bu adamlar daxili düşmənlərdir. Xarici düşmənimiz də ermənilərdir. Daxili düşmənlər xarici düşmənlərdən qat-qat təhlükəlidir. Çünki xarici düşmənlə üz-üzəyik, onlara qarşı ordumuz, kəşfiyyatımız və əks-kəşfiyyatımız tədbir görür. Lazım olanda, müharibə ilə başlarını əzirik. Amma daxili düşmənlər isə daha təhlüəkəlidir. Onlara qarşı mübarizə aparmağın özü də biraz çətinlik törədir. Çox təhüləkli adamlardır. Tək amalları pul, varlanmaq və külli miqdarda pul ələ keçirtməkdir. Bu baxımdan, onları daxili düşmənlər adlandırıram. Ermənilər Ağdam rayonunu yerlə-yeksan edib, yaşayış evlərini dağıdıb. İcra başçıları isə rayonun infrastruktutunu darmadağın ediblər”.

Sabiq polis rəisi onu da qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri insanlarda ruh yüksəkliyi yaradıb: “Bəzi icra başçıları vəzifədən kənarlaşdırılıb. Lakin prokurorluq orqanlarına geniş səlahiyyət verilib. Onlar vəzifədən kənarlaşdırılan məmurların vəzifədə olduğu müddətdəki fəaliyyətini tam araşdırıb, qanunsuzluqları aşkar edə bilərlər. Əhmədli qəsəbəsində çox sayda faktlar var. Ərazilərin çoxu qanunsuz şəkildə satılıb. Valideynlər azyaşlı uşaqlarını məktəbə aparanda piyada keçidindən deyil, maşın yolundan istifadə edir. Bu cür faktlara görə deyirəm ki, onlar ermənidən qat-qat təhlükəlidir. Hüquq-mühafizə orqanlarının məmurlarla bağlı apardıqları işi alqışlayıram. Əvvəllər icra strukturlarına qarşı heç bir mübarizə aparılmayıb. Bu baxımdan, isanlarda elə bir düşüncə yaranırdı ki, guya bunlar toxunulmazdır. İnsanlar da bu cür reallıqla barışmalı olurdu. Nəticədə qanunlara qarşı da ruh düşkünlüyü əmələ gəlirdi. Daha sonra isə bu cür əməliyyat tədbirlərinin olması insanlarda ruh yüksəkliyi yaratdı”.

Mahmud Hacıyev həbs edilən məmurların törətdikləri cinayətləri dövləti cinayətlər adlandırıb: “Hüquq-mühafizə orqanları qanunla onlara verilmiş səlahiyyətlərdən istifadə edib, qanunsuz əməllərlə məşğul olan məmurları məsuliyyətə cəlb edirlər. Onların həbsinin davamlı olmasını istəyirəm. Düşünürəm ki, bu cür məmurların törətdikləri cinayətlər dövləti cinayətlərdir. Çünki onlar dövləti məhv edirlər. Nəticədə, dövləti hörmətdən salırlar. Ən əsası da qanunları saymır və tabe olmamağa çalışırlar. Məsələn, Çində bu cür əməllərə yol verən məmurlar güllələnir. Buna görə də Çin iqtisadi baxımdan inkişaf etmiş dövlətdir. Yəni ki, onlar güllələnməyə layiq məmurlardır. Məsələn, Ağstafanın həsb edilən keçmiş icra başçısının əməliyyat videosu yayılmışdı. Qarnını qaşıyaraq müavininə deyir ki, hansısa iş adamı bizim haqqımızı niyə göndərmir. Maraqlıdır ki, davamlı olaraq icra başçıların həbs edilməsinə baxmayaraq, digərləri bundan örnək götürmür. Sonuncu dəfə Şəmkirin icra başçısının törətdiyi əməllər buna bariz nümunədir. Sanki rüşvətxorluq onların qanına işləyib. Bu yaxında mediada oxuyuram ki, Pirallahı rayonun icra başçısı Vətən müharibəsində yaralanmış qaziyə deyir ki, sənə süpürgə verim Pirallahı rayon mərkəzinin küçələrini süpür. Görün, bu icra başçısının tərbiyəsini… İcra başçısı bu sözləri 44 gün Vətən müharibəsində can qoyan, 3 ordenlə təltif olunan, Şuşanın azad olunmasında qəhrəmanlıq göstərmiş zabitə deyir. Sizcə, bu icra başçısında mədəniyyət deyilən bir şey varmı?..”

Hüquqşünas bildirib ki, məmurlar bir-biriylə qohumluq əlaqələri quraraq, cinayətkar şəbəkə yaradıblar: “Digər tərəfdən, məmurların bir-biriylə qohumluq əlaqələri var. Sanki, cinayətkar şəbəkə yaradıblar. Onlar qohumluq əlaqələrini cinayətkar şəbəkəni yaratmaq üçün qururlar. Sözügedən məmurlarda nə Vətənə, nə də torpağa sevgi hissləri var. Onların beyni yalnız bir istiqamətdə işləyir, külli miqdarda pul yığmaq, varlanmaq. Hüquq-mühafizə orqanları prosesə gec başlasalar da, amma yaxşı başladılar. Ümid edirik ki, əməliyyat tədbirləri davam edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru