Əlillərin məhkəməyə əlçatanlığı təmin edilmir - NARAZILIQ!
Tarix: 26-06-2021, 12:57 | Çap et
DİA.AZ: - "Yay gəlincə, Milli Məclisdə “qızmar” iclaslar daha da qızışmaqdadır. Uzun müddət əlilliyi olan şəxslərə saxta diqqət və qayğını pərdələməkdən yana, saxta əlillər, qazilər qonusunu ortaya atanlar əlillik meyarlarını toplumun “şəbəkə müzakirəsi”nə verməklə, “AzTV şousu” göstərməklə diqqəti başlıca məqsəddən, dövlətin ana xəttindən yayındırmağa nail olunub . Dövlətin ali məqsədi isə ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun -Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi ilə döğrulanıb : “ DÖVLƏTİN ALİ MƏQSƏDİ İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARININ VƏ AZADLIQLARININ , AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ LAYİQLİ HƏYAT SƏVİYYƏSİNİN TƏMİN EDİLMƏSİDİR”". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Mövzumuz əlillərin hüquqları ilə bağlı olduğundan Ana Qanunun 38-ci (“Sosial təminat hüququ”) və 60-cı maddəsi ilə təminat verilən “hüquq və azadlıqların inzibati və məhkəmə təminatı” maddələrini diqqətə çatdıraq. Qısaca vurğulayaq ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, amma gerçəkdə elə məhkəmənin özünün bu maddi hüquqa prosessual qadağa qoyması qanuniləşdirilir. Hazırda Mülki Prosessual Məcəllənin (MPM) 174-cü maddəsinə vəsatət verməyə görə vəkilə 500 manata qədər cərimə tətbiq edilməsi barədə bənd əlavə edilməsi və rüsumların 100 manatdan başlaması ilə bağlı müzakirələr belə deməyə əsasdır. Təsəvvür edin, yataq xəstəsi əlil hansısa sosial hüququnun pozulmasına görə iddia qaldırmaq üçün ən azı 100 manat ödəməlidir ki, praktiki olaraq mümkün deyil. Elə “AzTV” şousunda Qarabağ əlili Şamayil Mustafayevin “həkim-ekspert”lər tərəfindən təxribata çəkilməsini götürək. Əlilə, kəllə-beyin travması almış şəxsə qarşı bu münasibət hansı normaya sığır? “Şou”dan açıq-aşkar görünür ki, şəxs əlilliyi olandır, etdiyi hərəkət də güclü psixi-emosional pozuntunun, hüquq dilində desək, anlaqsızlığın təsirindəndir. Anlaqsız durumda edilən hərəkətlərə görə isə qanunvericilikdə cəza nəzərdə tutulmayıb. Fikrimiz diqqəti “həkim-ekspert”lərin qanunsuz hərəkətlərinə yönəltmək, məhkəməyə əlçatanlığın əlçatmaz olmasını diqqətə çatdırmaqdır. Əlbəttə, əlilin öncədən ayrılan müdafiəçisi olsa idi, onu qanunsuzluqdan çəkindirər və mülki qaydada məhkəməyə müraciət etmək yolunu tutardı. Məhkəmənin işə necə baxacağı artıq başqa söhbətdir. İndi MPM-ə vəsatət verməyə qadağa qoyan dəyişikliyin edilməsi hüququn üstünlüyünə yox , hüququn aşağılanmasına gətirəcək. Onsuz da normal vəkilliyin , məhkəmə müdafiəsinin olmadığı göz önündədir , bir yandan da “vəsatətlərin əsaslılıq dərəcəsi” 500 manata qaldırılır! Hansı vəkil müdafiəçisi olduğu aztəminatlı şəxsin, yataq xəstəsi əlilin hüququ üçün 50 manatlıq dövlət büdcəsindən aldığı vəsaitin üstünə 450 manat da əlavə edib, büdcəyə qaytarmaq təhlükəsi altında “təhlükəli vəsatət” verər?
“Əlilliyi olan şəxslərin hüquqları” haqqında 31.05.2018-ci il tarixli qanunda əlillərin məhkəmələrə əlçatanlığı məsələsinə baxılmalıdır. Başqa sözlə, əlil hüquqlarının, əlillərin Konstitusiya ilə təsbit edilən insan hüquqları və azadlıqlarının məhkəmədə müdafiəsi üçün onların olduqları , yaşadıqları yerə ən yaxın məhkəməni seçmək hüququ tanınmalıdır. Yoxsa, Lerikdə yaşayan yataq xəstəsi əlil hansısa inzibati məhkəməyə, istəsə də gedə bilməz axı! Vəkillər Kollegiyası, regional vəkil büroları əlillərin müdafiəsinə yüksək ödənişlə cəlb edilməlidir. Cəriməni, vəsatət “rüsumu”nu artırmaqdansa, aztəminatlı şəxslərə vəkil xidməti haqqını artırmaq daha məntiqli olar. Yeri gəlmişkən, MPM-in 67-ci maddəsi də aztəminatlı şəxslərin hüquqlarına qadağaya gətirir. Bu maddə kassasiya və digər qaydada Ali Məhkəməyə müraciət edəndə vəkilin məcburi iştirakını tələb edir. Təsəvvür edin, kassasiya şikayəti vermək üçün prosessual müddət 10 gündür , vəkil ayrılması haqqında ərizəyə baxılması isə ortalıq 2 ay çəkir, daha 2 ay vəkil havayı olduğundan işə çıxmaq istəmir və beləcə vətəndaşın Konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan məhkəmə təminatı , 61-ci maddə ilə təminat verilən hüquqi yardım almaq hüququ pozulur. Bu “məcburi hüquq” Avropa Məhkəməsinə, eləcə də Konstitusiya Məhkəməsinə müraciət etməyə süni əngəllər yaradır. Və, deyəsən, elə başlıca məqsəd
də budur ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə qadağa qoyulsun. Bir məsələni də vurğulayaq ki, mülki məhkəmə icraatında vəkilin məcburi iştirakı nəyə gərəkir? Nəyə görə, vətəndaş özünə pulla vəkil tutmalıdır və indi təklif olunan dəyişikliklə heç vəsatət hüququ da tanınmır ?! Kərbalayi demiş, bir azdan kassasiya şikayətinin yazılmasına da cərimə qoyacaqlar. Gerçəkdə, şikayətin yazılmamasına görə, vəkillikdən imtinaya görə mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.
Milli Məclisin diqqətinə onu da çatdıraq ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 14.3 maddəsi də əlillər barədə ayrı-seçkilik deməkdir. Burada yazılıb ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlil olmuş şəxslər istisna olmaqla, digər əlillərin fərdi evlərdə sosial infrastruktur ilə təminatı onların öz hesabına həyata keçirilir. Belə çıxır, müharibə əlilləri, anadangəlmə əlillər özlərinə on minlərlə manata başa gələn infrastruktur qurmalıdır? Bu ayrı-seçkiliyə də son qoyulmasına baxmaq olar.
Ümumiyyətlə, ölkədə əlilliyi olan şəxslərin hüquqlarını qoruyan qurum yoxdur. Bu yoxluğun yerini doldurmağa ehtiyac var".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
|