Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
Tarix: 17-09-2021, 11:37 | Çap et
Azərbaycana xaricdən gələn bütün gözəl ideyalar və təşəbbüslər bir ilin içində zay olur. Çünki idarəetmə yarıtmaz olur, yeni sistem rüşvətə bulaşır, “üstü bəzək, altı təzək” siyasəti yürüdülür. Anaxeber.info bildirir ki, bu mənada icbari tibbi sığortanın “təşkili” də təəccüb doğurmadı. Çünki İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və onun sədri Zaur Əliyev bu işdə heç bir yenilik gətirməyiblər. Əslində TƏBİB sədri Ramin Bayramlı ilə yanaşı Agentliyin rəhbəri Zaur Əliyev də yarıtmaz, bərbad, bacarıqsız menecmentliyinə görə istefa ərizəsini yazmalıydı. Ona görə ki TƏBİB-in uğursuzluqlarının başında da Z.Əliyev dayanır. Əgər TƏBİB pandemiya ilə mübarizədə üz-gözünə bulaşdırdısa, Agentlik də tibbi sığortanın təşkilində eyni dərəcədə biabırçılığa imza atıb. Artıq ölkə üzrə icbari tibbi sığortanın tətbiqinin 6 ayı tamam olacaq. Lakin “köhnə hamam, köhnə tas” davam edir. İstənilən xəstəxanaya və poliklinikaya müraciət etməklə əsl gerçəkliyi görmək mümkündür. Məlum olacaq ki, vətəndaşlar tibbi sığortanın imkanlarından faydalana bilmirlər, yenə ağxalatlıların cibinə pul basmaq, yenə “hörmət” qüvvədədir. O zaman tibbi sığorta kimlər üçün tətbiq olunub? Bundan kim yararlana bilir? Z.Əliyev ayrılan vəsaitləri hara xərcləyir? Əgər vətəndaş həkimə yenə pul verirsə, xəstəxananın girişində qoyulan qeydiyyat yerində iki nümayəndə formal olaraq pasientlərin ad-soyadını sistemə salıb yola verirsə, bunun harası tibbi sığorta oldu? Baş nazirin müavini Əli Əhmədov bildirmişdi ki, Agentliyin maliyyələşməsinin əsas yükü büdcənin üzərinə düşəcək. İndi vətəndaşlar bu imkandan istifadə edə bilmirsə, yenə həkimə rüşvət verilirsə, onda büdcə pulları hara axır, bu, talan, korrupsiya deyilmi? Ümumiyyətlə, səhiyyənin pərən-pərən salınması, üç strukturun bacarıqsızlığı vətəndaşları boğaza yığıb: əhali nə Səhiyyə Nazirliyindən, nə TƏBİB-dən, nə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yarıdı. Əslində, yanvardan bəri tibbi sığortanın təşkilində müəyyən irəliləyiş olmalıydı. Amma bunun üçün ilk növbədə istək olmalıdır. Z.Əliyevin rəhbəri olduğu qurum isə xəstəxanalardakı vəziyyətə nəzarəti həyata keçirmir. Agentlik tibbi sığortanın tətbiqindən öncə həkimlərin, tibbi işçilərinin ələbaxımlılığına son qoymalıdır. Bu isə hökumətin siyasətində əksini tapmalıdır. Yəni həm həkimlərin maaşı yüksək olmalıdır, həm vətəndaşların rifah səviyyəsi... Əks təqdirdə tibbi sığorta görüntü xətrinə bir prosesə çevriləcək. Heç bir vətəndaş xəstəxanada həkimə pul verməmiş qəbuluna düşə bilmir, kimsə pul verməmiş analiz, müayinə etdirə bilmir, o zaman Z.Əliyevin missiyasının adı nədir? Ümumiyyətlə, icbari tibbi sığortanın işlək mexanizmi olmayacaq. Əgər həkimin haqqı ödənmirsə, bunda heç bir müəssisə maraqlı olmayacaq. Heç kim istəməz ki, kimsə onun şəxsi mülkünə və ya qazandığı pula nəzarət etsin. Ona görə islahatlar adı ilə başladılan bütün sahələr üzrə prosesin yekunu əvvəlki bazarla müşayiət olunur, yenə vətəndaşın əli cibindədir, dəyişən isə fiqurlar və qurumların adlarıdır. AzadlıqRadiosunun hazırladığı reportajdan da görünür ki, vətəndaşlar narazadırlar. Bakı sakinlərindən biri deyir ki, qeydiyyatda olduğu poliklinikada bir sıra analizlərini verə bilməyib, bəzi analizlər isə ödənişlidir: “Adi ALT, AST (Qaraciyərin, ürəyin və eninəzolaqlı əzələlərin zədələnməsinin diaqnostikasında istifadə olunur) analizlərinin olmadığını bildirdilər. Dedilər ki, bu analizləri vermək istəyirəmsə, özəl klinikaya getməliyəm. Ümumi qan analizinə görə isə pul istədilər. Üstəlik də, dedilər ki, İcbari tibbi sığortanın tətbiqi tam başlamayıb. Mən yaşlı, pensioner adamam. Özəl xəstəxanalara pulum çatmır. Axı apreldən bütün bunlar pulsuz olmalı idi”. Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da təsdiqləyir ki, icbari tibbi sığorta ölkə üzrə 6 aydır işə düşməsinə baxmayaraq, hələ də vətəndaşlar və həkimlər ona tam olaraq etibar etmir., sistem tam gücü ilə işləyə bilmir. Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|