Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

Xalqın milyonları “20 manatlıq” şirkətlərə necə ötürülür? - ARAŞDIRMA
Tarix: 18-09-2021, 08:47 | Çap et
Xalqın milyonları “20 manatlıq” şirkətlərə necə ötürülür?
“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…”

Bu sözləri prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən bildirib.

Qeyd edək ki, dövlət tenderlərinin məmurların yaxın çevrəsinə məxsus şirkətlər arasında pay-püş edilməsi media və sosial şəbəkələrdə tez-tez qabardılsa da, ciddi tədbir görülmür. Satınalamalar üzrə Dövlət Agentliyi tender sifarişi verən dövlət qurumlarının qeyri-rəsmi istəkləri üzrə qərarlar qəbul edir. Bu zaman yeni yaradılan MMC-lərə, praktik iş təcrübəsi olmayan, 10-20 manat nizamnamə kapitalına malik şirkətlərə üstünlük verilir ki, bu da tenderlərin qeyri-şəffaf və yeyintiyə əsaslanan bölgü olduğunu təsdiqləyir.

Məsələn, prezidentin tenderlərdəki korrupsiya hallarını tənqid etdiyi gün mediada Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin qalib elan etdiyi şirkətlə bağlı məlumatlar açıqlanıb. Məlumatda qeyd olunur ki, yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri dəyərləndirilib. Açıq tenderin qalibi “XAN-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi qalibə 3 milyon 701 min 167 manat ödəyəcək.

Vergilər Nazirliyinin informasiya bazasında aparılan araşdırma zamanı məlum olur ki, “XAN-2017” MMC təxminən 4 ay əvvəl – 2021-ci il mayın 5-də təsis olunub. Nizamnamə kapitalı isə cəmi 20 manatdır. Şirkətin fəaliyyəti barədə, o cümlədən, onun rəhbəri Məmmədov Ceyhun Seyidqabil oğlu haqqında internet resurslarında heç bir informasiya yoxdur. Beləliklə, dövlətin 3,7 milyon manatı cəmi 4 ay əvvəl yaradılan, heç bir iş təcrübəsi olmayan şirkətə verilib.

Başqa bir fakta diqqət çəkək: bu günlərdə məhkəməsi davam etdirilən Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov “Azəraqrartikinti” şirkətinə nə az, nə çox – 31 milyon manatlıq tenderlər verib. Dövlət Xidmətinin keçirdiyi əksər tenderlərin qalibi məhz bu şirkət olub.

Dövlət Turizm Agentliyi isə bu günlərdə “Daxili turizmin təbliğat kampaniyası üçün kreativ konsepsiyasının hazırlanması xidmətinin satın alınması tenderində” “Reprise Digital Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib. Həmin MMC-yə Dövlət Turizm Agentliyi 135 min 841 manat ödəyəcək. Qeyd edək ki, bu şirkət ötən il yaradılıb və cəmi 20 manat nizamnamə kapitalına malikdir.

Səhiyyə Nazirliyinin Sumqayıt şəhərində və Samux rayonunda mərkəzi xəstəxana binalarının inşasının davam etdirilməsi ilə bağlı elan etdiyi 2 açıq tenderdə isə “Palma İnşaat” və “Fərid İnşaat” firmaları qalıb gəlib. Onlara müvafiq olaraq 9,123 milyon manat və 6,945 milyon manat, ümumilikdə 16,068 milyon manat ödəniləcək. Bu şirkətlər nazirliyin əksər tenderlərində “qalib gəlirlər”.

Səhiyyə Nazirliyinin uzun illərdir tibbi avadanlıqlar, ləvazimatlar və s. alışı üzrə dəyişməz tender qalibi isə “Arash Medical Company”dir. Bu şirkətə nazirliyin verdiyi tenderlərin ümumi məbləği bəlkə də yüz milyonlarla hesablana bilər.

Aydındır ki, bu tip şirkətlərin arxasında yüksək vəzifəli dövlət məmurları dayanır, onlar bu yolla büdcə vəsaitlərini mənimsəyirlər. Belə faktların sayı yüzlərlədir, amma təəssüf ki, dövlətin maliyyə nəzarəti qurumları – Maliyyə Nazirliyi, Hesablama Palatası böyük miqyaslı korrupsiya əməliyyatları ilə bağlı ciddi tədbirlər görmür. Hüquq-mühafizə orqanları da mediada dərc olunan faktlara laqeyd yanaşır. Yalnız hansısa icra başçısı, yüksək vəzifəli dövlət məmuru həbs ediləndə onların bu tip cinayətləri üzə çıxarılır.

Hüquqşünas Hafiz Həsənov “Press Klub”a şərhində bildirdi ki, ölkədə irimiqyaslı korrupsiya hallarının baş verdiyi sahələrdən biri də tenderlərdir:

“Hesab edirəm ki, bu sahədə korrupsiya hallarının aradan qaldırılması üçün həm qanunvericilikdə dəyişikliklər edilməli, həm də qanunların tətbiqinə dövlət və ictimai nəzarət gücləndirilməlidir”.

Hüquqşünas qeyd etdi ki, hazırda “Dövlət satınalmaları haqqında” qanun və digər müvafiq normativ hüquqi aktlar dövlət satınalmaları sahəsində münasibətləri ümumən tənzimləmək üçün yetərlidir:

“Lakin bu normativ hüquqi aktlar tender komissiyalarının təşkili, tenderlərin şərtləri, keçirilməsi və nəticələrinin obyektivliyi ilə bağlı məsələlərdə ədalətin, qanuniliyin və şəffaflığın təmin olunmasına real hüquqi təminatlar yarada bilmir. Ona görə də həmin normativ hüquqi aktlarda kompleks şəkildə qeyd edilən məsələlər üzrə təkmilləşdirmələr aparılmalıdır. Bununla yanaşı, dövlət satınalmalarında qanunvericiliyin düzgün və birmənalı tətbiqinə dövlət və ictimai nəzarət təmin edilməlidir. Bunun üçün tenderlərin keçirilməsi və nəticələri müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən monitorinq olunmalıdır”.

H. Həsənov əlavə etdi ki, tenderlərin qalibləri, niyə məhz həmin qurumun qalib seçilməsi barədə məlumatlar insanlar üçün əlçatan olmalı, tenderlərin nəticələrinə dair geniş ictimai məlumatlandırma aparılmalıdır:

“Bunlardan əlavə, tenderlərin qanunvericiliyin tələblərinə uyğun keçirilməməsinə, prosesin şəffaf aparılmamasına və tenderlərə kənar müdaxilələrə görə məsuliyyət tədbirləri də gücləndirilməli və sərtləşdirilməlidir. Beləliklə, hesab edirəm ki, dövlət satınalmaları sahəsində korrupsiya hallarının aradan qaldırılmasına belə bir kompleks yanaşma olarsa, bu sahədə vəziyyət müsbətə doğru dəyişər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru