Kəlbəcər azad oldu... QALDI KƏLBƏCƏRİN TƏHSİLİ... - İTTİHAM
Tarix: 2-12-2021, 16:46 | Çap et
Xatırladaq ki, bu ilin oktyabrında Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyən Namiq Rəcəbov təyin edildi. Qeyd edək ki, ötən ilin noyabrın 25-də müzəffər Ordumuzun və Ali Baş Komandanın peşəkar diplomatiyası hesabına 28 il sonra düşmən işğalından azad edilən Kəlbəcərin məmurlarından, xüsusən təhsilindən şikayətlər daim aktualxeber.az-ın redaksiyasına daim gəlməkdədir. Həmin bu N.Rəcəbov haqqında da Kəlbəcər rayon 31 saylı tam orta məktəbin müəllimi İsmayılov Kamil Allahverdi oğlu tərəfindən yazılmış müraciət redaksiyamıza daxil olmuşdu. Təhsil nazirinə və bizə ünvanlanmış müraciətdə deyilirdi: “Cənab nazir, işlədiyim Kəlbəcər rayon 31 saylı tam orta məktəbin direktoru Namiq Rəcəbovun saxta əməlləri barədə bir neçə faktı Sizə çatdırmaq istəyirəm. Namiq Rəcəbov 2001-ci ildə İnşaat Universitetin bitirib və Qəbələ rayon peşə məktəbində təlim ustası kimi fəaliyyətə başlayıb. Peşə məktəbində işləməyinə baxmayaraq 2002-ci ildə Kəlbəcər rayon 31 saylı tam orta məktəbin direktorundan saxta arayış əldə etmişdir ki, guya riyaziyyat müəllimi işləyib. Halbuki həmin məktəbdə 1993-cü ildən indiyədək riyaziyyat fənnini mən və digər müəllim tədris edib. Həmin saxta arayışı Gəncə Müəllimlər İnstitutuna təqdim edərək 2003-cü ildə riyaziyyat və informatika ixtisasi üzrə guya Yenidənhazırlanma kursunu bitirmişdir.(Onu da qeyd edim ki, eyni müddətdə həm peşə məktəbində işləmişdir, həm də Gəncə şəhərində kursda olmuşdur. Belə hal mümkündürmü?) Həmin ildən Kəlbəcər rayon 31 saylı tam orta məktəbin direktoru, saxta arayış verən, İzzət Bayramov N.Rəcəbova ehtiyac olmadığı halda riyaziyyat və informatika müəllimi kimi işə qəbul edir. 2019-cü ildə N.Rəcəbov məktəbə direktor təyin olundu, elə həmin gündən o, özünəməxsus saxtakar əməllərini davam etdirdi. Öz yaxınlarından ibarət qrup yaradılaraq haqqın tələb edənləri cəzalandırır, ən zəif cəza töhmətlə nəticələnir. MİQ vasitəsilə məktəbə təyin olunmuş müəllimlərə bilərəkdən, qanunsuz olaraq H(1) kompensasiyası ödənilir. Özü kimi saxtadiplomlu, (Təhsil Nazirliyinin onların diplomlarının dövlət nümunəli olmadığını təsdiq etdiyi halda) məhkəmə qətnaməsi olmayan şəxsləri dərs saatları ilə qanunsuz olaraq təmin etmişdir. Sinif otaqları sayı az olduğu halda bir növbədə 12 sinif komplekti necə dərs keçmişdir? Nitq qüsurlu, danışıq qabiliyyətinə malik olmayan, lal uşağı evdətəhsilə cəlb etmişdir, halbuki həmin uşağa xüsusi təhsil müəssisəsi lazımdır. Evdətəhsilə cəlb olunmuş digər şagirdlərə indiyə qədər heç bir fənndən dərs keçilməmişdir, şagird fənn müəllimlərini hələ tanımır, dərnək və əlavə məşğələlər keçilmədən onların pulları mənimsənilir. Məktəbin 7 nəfər texniki işçisinə bilərəkdən, vəzifə səlahiyyətlərinən sui-istifadə edərək 20% əlavə əməkhaqqı yazmışdı.Məktəbin təsərrüfat müdiri iş saatlarının toqquşmasına baxmayaraq ikinci iş yerində də işləyirmiş, məktəbin müəllimi əsas iş yeri otel olmağına baxmayaraq (iş saatlarının toqquşmasına baxmayaraq) məktəbdə dərs aparmışdır. Direktor belə qanundankənar əməllərinə yol verməklə bilərəkdən həmin şəxslərə 8 ay maaş yazmışdır. N.Rəcəbov məktəbdə dərs bölgüsünü öz maraqlarına uyğun olaraq aparır, dərs saatlarını və sinif rəhbərliyini hərraca çıxarır. Naməlum səbəblərdən çoxillik təcrübəyə malik müəllimlərin əlindən sinif rəhbərliklərini alıb bir gün belə pedaqoji staja malık olmayan müəllimlərə verir. Direktorun bu və ya digər saxta əməlləri barədə dövlət orqanlarına rəsmi məlumatlar verdiyim üçün 2020-ci ilin sentyabr ayından etibarən mənə və yoldaşıma qarşı qərəzli mövqe nümayiş etdirir. 2020-ci ilin sentyabr ayının 22-də heç bir xəbərdarlıq etmədən, (maddə 68. 2.d bəndi) qanunsuz olaraq, 8-saylı ƏMHM-nin rəisi Fərahid Qəhrəmanovun göstərişilə yoldaşımı işdən azad etmişdir. (Yoldaşım 1990-cı ildən indiyədək məktəbdə texniki işçi kimi çalışmışdır). 08.10.2020-ci ildə şəhid qohumumun yas mərasimində iştirak etdiyimə görə 10. 10 2020-ci il tarixdə fövqəladə iclas təşkil edərək (maddə 10 a,b,c bəndləri) məni 6-cı sinifdə dərs keçdiyim zaman dərsi dayandırıb məni iclasa cağırtırıb mənə həm töhmət, həm sinif rəhbərliyim, həm də 5 saat dərsimi əlimdən almaq kimi üç cəza tədbiri görüldü. Cənab nazir belə cəza tədbirləri tək mənə tətbiq olunub, yoxsa şəhidlərimizin yas mərasimində iştirak edən hər bir kəsə tətbiq olunur ? Onu da qeyd edim ki, direktor öz saxta əməllərini ört-basdır edilməsi üçün lazımi dövlət orqanlarına izahat əvəzində şikayətçi barəsində yanlış və böhtan xarakterli məlumatlar verir. Əmək Məcəlləsindən və təhsil qanunundan xəbəri olmayan, inşaatcı, saxta arayış əsasında pedaqoq diplomunu əldə edən bu şəxs direktorların müsahibəsindən necə və hansı yolla keçmişdir? Xahiş edirəm Namiq Rəcəbovun qərəzli və qanunsuz əməlləri araşdırılıb lazımi qiymət verilsin”. Bu müraciəti ona görə xatırlatdıq ki, Namiq Rəcəbov barəsində redaksiyamıza yeni məlumatlar daxil olmuşdur. Aktualxeber.az-a daxil olan həmin məlumatlara görə Təhsil Şöbəsinin müdiri İcra başçısı Azər Qocayevi belə saymaq istəmir. Belə ki, ötən həftə Mingəçevirdə yerləşən 114 saylı orta məktəbin bir qrup müəllimi RİH başçısının qəbulunda olaraq N.Rəcəbovun onların iş rejiminə müdaxilə etməsini şikayət etmişlər. A.Qocayev də TŞ müdirinə elə onların yanında göstəriş vermişdir ki, direktorun işinə müdaxilə etməsin və kollektivi razı yola salsın. Amma elə qəbuldan çıxan kimi Namiq müəllim direktora zəng edib deyib ki, mən icra başçısına deyil, öz havadarlarıma tabeyəm, mənim dediyimi etməlisən. Maraqlıdır görəsən keçmişi qaranlıq olan, rüşvətxorluq edən bir şəxsin bu vəzifəyə gətirilməsinə, rayonun icra başçısını saymayacaq dərəcədə özbaşınalıq etməsinə kim belə şərait yaradır?! Ümidvarıq ki, əlaqədar orqanlar onun barəsində lazımi ölçü götürəcəklər. Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|