Prezident Administrasiyası daxilində böyük savaş başladı - Buna son döyüş də demək olar
Tarix: 3-03-2014, 16:15 |
Çap et
DİA.AZ: - Bu arada redaksiyamıza maraqlı bir məlumat daxil olub. Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, artıq hakimiyyət daxilində iki maraqlı tərəf qəti, həm də həlledici mübarizəyə qalxıb.
Xəbəri verən qaynaq redaksiyamıza açıqlamasında deyir ki, Prezident Administrasiyası daxilində cərəyan edən savaşda kimin qalib gələcəyi həm də kənar qüvvələrin proseslərə təsirindən birbaşa asılıdır.
Mənbənin söylədikləri: «Döyüşən tərəflər bu dəfə acımasız savaşa girişibilrə. Kimin qalib gələcəyini təxmin etmək çətindir. Amma bu savaşın nəticələri PA-da dəyişikliklərlə özünü nəzərə çarpdıracaq».