Bakının 4 rayonunun və daha bir neçə rayonun başçısı dəyişir - İcra başçıları ilə bağlı yeni dalğa
Tarix: 12-03-2014, 11:44 |
Çap et
DİA.AZ: - İcra başçılarının yeni ələmə prosesi start götürür. Bu barədə yaxın günlərdə hərəkətlənmə olacaq. DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, Bakının 4 rayonunun icra başçısının eyni gündə çıxarılması gözlənilir.
Xatırladaq ki, hələ xeyli əvvəlindən bu barədə informasiya vermişik. Amma müəyyən səbəblərdən yubanma baş verir.
Məlumatı verən mənbənin sözlərinə görə Xətai, Sabunçu, Suraxanı və Yasamal rayonlarının icra başçıları vəzifələrindən azad ediləcək.
Bu arada mənbə onu da bildirir ki, eyni zamanda Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov, habelə Azərbaycanın ən yaşlı icra başçısı hesab olunan Xaçmaz RİH rəhbəri Şəmsəddin Xanbabayev də tutduqları vəzifələrindən alınacaqlar.
Qərarların yaxın vaxtlarda elan olunacağı söylənilir.