Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR
Tarix: 30-04-2024, 12:10 | Çap et
Ötən ilin oktyabrında Respublika Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tikinti layihələrində pozuntular aşkarlanması ilə bağlı məlumat yaydı. Məlumatda auditlə əhatə olunan dövrdə nazirlik və onun tabeliyində olan bir çox qurumlarda yol verilən qanunsuzluqlara toxunulub. Burada diqqət çəkən məqam dövlət satınalmaları ilə bağlıdır.
Məlumatda qeyd edilir ki, nazirliyin qurumlarında satınalma müqaviləsinin şərtlərinə, həmçinin öhdəliklərin icrasına düzgün əməl edilməyərək 2 obyekt üzrə 5 % miqdarında və ya 1 milyon 379,9 min manat məbləğində keyfiyyət zəmanəti vaxtından əvvəl podratçılara ödənilib, “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə, satınalma müqavilələrinin şərtlərinə və müvafiq satınalma prosedurlarına düzgün əməl olunmayıb, 1 halda bank təminatının müddətində uyğunsuzluq olan iddiaçı prosedurdan kənarlaşdırılmaq əvəzinə qalib elan edilib, 6 halda ehtimal olunan qiymətdən yüksək qiymət təklif edən iddiaçıların adı yekun protokolda qeyd edilməyib və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməyib, 7 halda satınalma müqaviləsi nümunəvi formaya uyğun tərtib edilməyib, 3 halda satınalma müqavilələrinə əlavə edilmiş dəyişikliklər üzrə artırılan dövr üçün müqavilənin icrasının bank təminatı və 1 halda müqavilə müddətindən sonrakı 30 bank günü üçün bank təminatı podratçılar tərəfindən təqdim edilməyib, 5 halda obyektin ehtimal olunan qiyməti satınalma müqaviləsi bağlandıqdan sonra (tərtib) müəyyən edilib, 1 halda müqavilənin müddətinin uzadılması ilə bağlı müqaviləyə əlavə razılaşma protokolu tərtib edilməyib, 7 halda satınalma müqavilələrinin nəticəsi barədə məlumatlar tender elanının verildiyi mətbuat orqanında və ya rəsmi internet saytında yerləşdirilməyib, 1 halda isə gecikmə ilə yerləşdirilib.
Bunlar Hesablama Palatasının Gənclər və İdman Nazirliyinin və onun tabeliyindəki bilavastə tikinti layihələrinə cavadeh olan qurumların auditi zamanı aşkarlanıb. Maraqlıdır, Gənclər və İdman Nazirliyinin regional idarələrində bu tip yoxlamalar aparılsa nə kimi qanunsuzluqlar ortaya çıxa bilər? Düzdü son dövrlər sözügedən nazirliyin regional idarələrinin bəzi rəhbərlərinin adı rüşvətxorluqda hallanıb və bununla bağlı qanun çərçivəsində lazımı tədbirlər həyata keçirilib. Amma Gənclər və İdman Nazirliyinin regional idarələrində dövlət vəsaitlərindən səmərəli istifadə olunmaması, korrupsiya əməllərinə yol verilməsi, iş fəaliyyətində kifayət qədər çatışmamazlıqlar, nöqsanlar, maliyyə və kadr saxtakarlıqları, vəzifədən sui- istifadə halları, vəzifəli şəxslərin özbaşınalığı kimi xoşagəlməz hallar hələ də mövcuddur. Necə ki, nazirliyin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində də bu kimi hallara yol verilir.
Rəsmi məlumatlrda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi Prezident İlham Əliyevin Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 10 dekabr 2022-ci il tarixli Sərəncamından sonra Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon gənclər və idman idarələrinin əsasında yaradıldığı bildirilir. Ötən ilin iyulunda Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə sözügedən idarə Nəcəf Novruzova həvalə edilib. Qeyd edək ki, Nəcəf Novruzov daha əvvəl Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.
Nəcəf Novruzovun rəhbərliyi ilə şimal bölgəsinin rayonlarında gənclər və idman siyasəti hansı səviyyədə həyata keçirilir? Elektron mediada bölgədə təşkil olunan bir neçə turnirdən başqa məlumat yoxdu. Amma rəsmi mənbələrdə geniş məlumatlar var.
Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalmaların təşkili qanunla müəyyən olunmuş qaydada həyata keçirilməyib. Araşdırma zamanı müəyyən olundu ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası tərəfindən 31.10.2023-cü il tarixində dövlət satınalmalarının vahid internet portalında 2023-cü ilin alınması nəzərdə tutulan satınalma planları açıqlanmışdır. Satınalma planlarına 2 kotirovka sorğusu daxil edilmişdir.
Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalması – Kotirovka sorğusu (e-kotirovka), Oktyabr, 2 ay müddətində
Qusar rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalması – Kotirovka sorğusu (e-kotirovka), Oktyabr, 2 ay ərzində
Qeyd edək ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən 2023-cü ildə yuxarıda göstərilən kotirovka sorğularından dövlət satınalmalarının vahid internet portalında iddiaçılara yalnız 1 lot üzrə (e-kotirovka) elektron dəvət elanı vermişdir. Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması – 01.11.2023-cü il tarixdə. Kotirovka sorğusunun şərtlər toplusunda zərflərin açılış tarixi və vaxtı 17.11.2023-cü il tarixə müəyyən edilmişdir. Buna baxmayaraq sözügedən kotirovka sorğusunun nəticəsi barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirilməmişdir.
Amma Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası dövlət satınalmalarının vahid internet portalında 2023-cü ildə bir kotirovka sorğusunun nəticəsini açıqlamışdır. Qusar rayonu üzrə bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması – “KASKAD-DEN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 19.270 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 01.12.2023-cü il tarixdə açıqlanmışdır. Amma bu kotirovka sorğusu üzrə iddiaçılara heç bir elektron dəvət elanı verilməmişdir.
Buradan suallar yaranır: Qusar rayonu üzrə bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması üzrə iddiaçılara (e-kotirovka) elektron dəvət elanı verilməmişsə bu kotirovka sorğularının qalibi necə müəyyən edilib? Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması üzrə iddiaçılara (e-kotirovka) elektron dəvət elanı verilmişsə, müəyyən olunmuş vaxtda satınalması keçirilibsə, nəticələri barədə qanunla müəyyən edilmiş qaydada ictimaiyyətə nə üçün acıqlama verilməmiş, dövlət satınalmalarının vahid internet portalına nə üçün məlumatlar yerləşdirililməmişdir?
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası 2023-cü ildə keçirilməsi nəzərdə tutulmuş kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara dəvət (e-kotirovka) elanı verməmiş, bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirməmişdir. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Xüsusilə bildirmək istərdik ki, Nəcəf Novruzov Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi olduğu dövrdə də satınalmaların təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, idman malları, əyani vəsait, hədiyyələr və s. xidmətlər üzrə keçirilmiş kotirovka sorğularının nəticələrini ictimaiyyətə açıqlamamışdır. İdarə tərəfindən 2022-ci ildə idman malları, əyani vəsait, hədiyyələr və s. xidmətlərin satınalması üzrə qalib seçilmiş “BONNET AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 49.550 manat məbləğində satınalma müqviləsi bağlanılmışdır. Adıçəkilən MMC bundan başqa heç bir satınalmada iştirkçı olmamış, hazırda isə riskli vergi ödəyicilərinin siyahısına daxil edilib və 6098.16 manat vaxtında ödənilməyən vergi borcu var. Bu da Nəcəf Novruzovun rəhbərliyi dövründə Nərimanov rayon Gənclər və İdman İdarəsinin şübhəli MMC ilə işbirliyində olduğunu deməyə əsaslar verir.
Qeyd edək ki, Nəcəf Novruzov deputat Siyavuş Novruzovun qardaşı oğludur. O, uzun müddət Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi olmaqla bərabər, həm də Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb.
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|