Zakir Həsənov Səfər Əbiyevdən qalma köhnə heyətə sonuncu zərbəsini hazırlayır - Yeni həbslər ola bilər
Tarix: 14-03-2014, 15:30 |
Çap et
DİA.AZ: - «Müdafiə Nazirliyində kadr islahatı bitməyib və növbəti dəyişiklik dalğası korpsularda, habelə hərbi hissələrdə özünü biruzə verəcək». Bu barədə DİA.AZ-a hərbi qaynaqlar informasiya verib.
Məlumatlı mənbənin bildirdiyinə görə, mənbə iddia edir ki, korpus komandirlərindən ikisinin görəvindən alınması gözlənilir və artıq bununla bağlı müdafiə naziri Zakir Həsənov tərəfindən prezidentə - ali baş komandana müraciət olunub.
Mənbə onu da əlavə edib ki, eyni zamanda korpus komandirlərindən birinə qarşı cinayət işi də açıla bilər: «Çünki neçə müddətdir ki, müdafiə nazirliyi daxilində təftiş həyata keçirilir və yoxlamalar zamanı korpus komandirlərindən birinə qarşı ciddi ittihamlar toplanılıb».