Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Almaniya federal kansleri Olaf Şolts və ya ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp arasında görüş planlaşdırılmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Almaniya Bundestaqının deputatı Roderix Kizevetterin bəyanatına münasibət bildirərkən deyib.
Qeyd edək ki, Kizevetter Şoltsun fevralın 23-dən əvvəl Moskvaya səfər edə biləcəyini və Trampla Putinin görüşünün “mart ayına planlaşdırıldığını” iddia edib.